Bakıda mənzildən xeyli miqdarda qızıl və qiymətli əşyalar oğurlanıb. Lent.az-ın məlumatına görə, 20-ci Sahə yaşayış massivi, E.Əzizov küçəsi 16 ünvanında yaşayan, 1979-cu il təvəllüdlü Səmədova Lalə Mirsəlim qızı 8-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər onun evini talayıblar. Şikayətçi qeyd edib ki, anasıgildə olduğu müddətdə naməlum şəxs və ya şəxslər pəncərədən keçmək yolu ilə evə daxil olublar. Evdən 2 min manat dəyərində qızıl-zinət əşyaları, 600 manat dəyərində "Sony" markalı televizor və 200 manat dəyərində "Samsung" markalı fotoaparat oğurlanıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?