Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, martın 7-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, Qubanın dağlıq ərazilərində isə qar yağıb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 0,5-2, Lənkəran-Astara zonasında 1-7, Böyük Qafqazda 3-24, Oğuzda 41, Mərkəzi-Aran rayonlarında 2-14, Göyçayda 27, Qazax-Gəncə zonasında 1-9, Naxçıvan MR-da 3-11, Kiçik Qafqazda 1-6 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Xınalıqda 33, Qırızda 27, Ləzədə 15, Rükdə 10 sm olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?