Salyan rayonunun sakinləri tərəfindən Kürsəngi dağında orta əsrlərə aid üzük möhür, gümüş pul və digər qədim əşyalar tapılıb.
Adim.az report-a istinadən bildirir ki, Kürsəngi yaşayış məskəni Salyan rayonunun mərkəzindən 30 kilometr aralıda mövcud olub. Hündürlüyü 80 metrə çatan Kürsəngi dağı Cənub-Şərqi Şirvan düzündə yerləşir. Onun etimologiyasına gəlincə, müxtəlif versiyalar söylənilir.
Kürsəngi yaşayış məskəni Kür çayının qollarından bir Kürsəngi dağının yaxınlığından axdığından "Kürün səngidiyi yer" kimi də mənasını verir. Ehtimallara görə, Kür çayı bu dağın yaxınlığından axdığından elə insanlar da burada məskunlaşıb. Dağın şərqində və cənubunda torpq üzərində qalaqlanmış kərpic qalıqları, şirli və şirsiz qablara və digər maddi-mədəniyyət nümunələrinə rast gəlinməsi buraların böyük yaşayış yeri olduğunu sübut edir. Tarixçi Rasim Dadaşovun sözlərinə görə, hətta burada aşkarlanan qədim qəbirlərin bəziləri ölçüsünə, dəfn olunma üslubuna görə, İslamdan əvvəlki dövrə gedib çıxır. Ərazidə çox sayda görünən kərpiclərdən də görünür ki, burda qırmızı və qonur rəngdə kərpiclər də istehsal olunub. Bu günlərdə yerli sakinlər tərəfindən orta əsrlərə aid tapılan üzük möhür də bunu sübut edir. Həmin üzük möhürlə qırmızı kərpiclərin üzərinə möhür vurmaqla yerli istehsalın olduğunu sübut edir.
Kürsəngi dağında indi dağılmış müşahidə qülləsi olmaqla yanaşı İslam dinindən əvvəl bütpərəstliyə aid el arasında "Dəli pir" kimi tanınan şəfa ocağı isə bu günə kimi qorunaraq saxlanılıb.
Aşkarlanan tapıntılar onu göstərir ki, Kürsəngi dağında eramızdan da əvvə yaşayış olub. Tarixçilərin sözlərinə görə, Kürsəngi dağında bu gün arxeoloji qazıntıların aparılmasına ciddi ehtiyac var.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?