Ötən gün özünü evlərinin yaxınlığından keçən körpüdən Akkuşa çayına atmış Salyan rayonunun Seyidsadıqlı kənd sakini, 35 yaşlı Aysel Dadaşovanın cəsədi tapılıb.
Cəsəd qadının özünü çaya atdığı yerdən 7 km aralıda, rayonun Qızılağac kəndi ərazisində suyun üzərinə çıxdığı üçün aşkar olunaraq FHN-nin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
* * *21:30 (25.04.2019)
Bu gün Salyan rayonunun Seyidsadıqlı kəndində özünü Kür çayından qidalanan Akkuşa çayına ataraq intihar etmiş müəllimənin axtarışları qaranlıq düşdüyündən sabaha saxlanılıb.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, çayın körpüsündə qadının ayaqqabıları və jileti aşkarlanıb. Onun azyaşlı övladı paltarın anasına məxsus olduğunu deyib.
Aysel Dadaşovanın evlərində yazıb qoyduğu məktubda isə onun ölümündə heç kəsin günahkar olmadığı bildirilib.
Qadının həyat yoldaşı Bağır Dadaşov Bakı şəhərində tikilən evlərdən birində rəngsaz işlədiyindən hadisə baş verən vaxt evdə olmayıb.
Aysel Dadşovanın son zamanlar xəstəlikdən əziyyət çəkdiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.
* * *19:31
Bu gün axşam saatlarında Salyan rayonunun Seyidsadıqlı kəndində intihar hadisəsi baş verib.
Kəndin 35 yaşlı sakini Aysel Vaqif qızı Dadaşova özünü evlərinin yaxınlığından keçən Akkuşa çayının körpüsündən suya ataraq intihar edib.
Aysel Dadaşovanın 3 azyaşlı oğlan uşağının anası və Seyidsadıqlı kənd orta məktəbinin ibtidai sinif müəlliməsi olduğu deyilir.
Hazırda özünü suda batırmış qadının cəsədinin tapılması üçün üçün FHN-in dalğıc-xilasediciləri tərəfindən axtarış işləri aparılır.Hadisə yerinə yerli icra və hüquq-mühafizə orqanlarının rəhbərləri də gəlib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?