Jurnalistlər bu toyu da işıqlandıra bilməyəcəklər.
gundemxeber.az primetime.az-a istinadən xəbər verir ki, estrada müğənnisi Günel Ələkbərovanın qardaşı aprel ayında subaylıqla vidalaşacaq.
Möhtəşəm toyun hazırlıqlarına başlayan müğənni bu xoş günün mediada işıqlandırılmasına edilən qadağaları indidən açıqladı: "Mənim jurnalistlərə hörmətim çox böyükdür. Səhnədə olduğum illər ərzində onlardan hər zaman dəstək görürəm. Amma istəmirəm ailəmizdə baş verəcək bu xoş hadisə mediada işıqlandırılsın. Həm qardaşım, həm də gələcək həyat yoldaşı şou-biznesdən uzaq insanlardır. Ona görə də toylarında çəkiliş aparılmasının tərəfdarı deyillər.
Ümidvaram ki, jurnalistlər bu istəyimizə hörmətlə yanaşacaqlar. Allahdan hamıya xoşbəxtlik arzulayıram. Təki həmişə toy-bayram olsun".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?