GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mingəçevirdə dələduzluqla bağlı şok faktlar

Mingəçevirdə dələduzluqla bağlı şok faktlar

Tarix: 7-03-2016, 16:57 Bölmə :Ölkə Baxış: 0
Mingəçevirdə dələduzluqla bağlı şok faktlar

Ramiz Rzayevin və Mingəçevir İcra Hakimiyyəti başçısının adından dələduzluq edən şəxs azadlığa buraxıldı

Son vaxtlar ölkəmizdə dələduzluq cinayətlərinin sayı artıb. Adətən belə cinayətləri törədən şəxslərin əksəriyyəti dövlət orqanlarının keçmiş işçiləri olub. Buna görə də son vaxtlar dələduzluq cinayəti törədən şəxslər hüquq-mühafizə, digər dövlət qurumlarının, həmçinin məhkəmə orqanlarının işçiləri kimi təqdim edərək dələduzluq edirlər. Bu günlərdə məhkəməsi başa çatan Göygöl rayon sakini, 1948-ci il təvəllüdlü Xəlil Mehdiyev özünü Vəkillər Kollegiyasının üzvü kimi, həmçinin icra hakimiyyətinin vəzifəli şəxsi kimi təqdim edərək, dələduzluq edib. O, həmçinin dələduzluq edən zaman Ali Məhkəmənin rəhbər şəxsi ilə tanışlıq əlaqəsinin olmasını, həbsdə olan şəxsin azadlığa butraxılmasına nail olması ilə də bağlı dələduzluq edib.

İttihama görə, Xəlil Mehdiyev tanışı Ruziyə Lətifovanı aldadıb. Xəlil Mehdiyev onun yaşadığı Oğuz rayonu V.Xudumov küçəsindəki 14 saylı yaşayış evinin hasarla iki yerə ayrılmasını və evin digər hissəsində yaşayan məcburi köçkünləri həyətyanı sahədən çıxaracağını vəd edib. O, habelə evin qeyd olunan ayrılmış hissəsini məhkəmədə iddia qaldırmaqla və onu nümayəndə kimi təmsil etməklə adına sənədləşdirilməsinə nail olacağını deyib. Xəlil Mehdiyev müxtəlif vaxtlarda buna görə Ruziyə Lətifovadan 13500 manat alıb. O, vədinə əməl etməyərək, həmin pulu mənimsəyib.

Bundan başqa Xəlil Mehdiyev uzun müddət ərzində Mingəçevir şəhərində cinayət və mülki işlər üzrə nümayəndə kimi hüquqi yardım göstərməklə və bununla da şəhər sakini kimi tanıdığı Fatma Ələkbərovanın ona olan etibarından sui-istifadə edib. O, cinayət işləri üzrə təqsirləndirilən və ya məhkum edilmiş şəxsə hüquqi yardım göstərməsi üçün vəkillər kollegiyasının üzvü olmadığı Cinayət Məcəlləsinin 332.2.1 və 332.2.3-cü (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında təkrar, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qarşılıqlı münasibətlərin

nizamnamə qaydalarını pozma) maddələri ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair barəsində hökm çıxarılmış Fatma Ələkbərovanın qardaşı oğlu Əvəz Mahmudzadəyə hüquqi yardım göstərəcəyini və bütün vasitələrdən istifadə edərək Əvəz Mahmudzadənin ona təyin edilmiş cəzadan azad edilməsinə nail olacağını yalandan vəd edib. O, 18 oktyabr 2013-cü ildə Fatma Ələkbərova ilə görüşərək, ondan ilk olaraq 6000 manat, daha sonra isə oktyabrın 22-də “Kür” çayının sahilində Fatma Ələkbərovanın qardaşı İlqar Ələkbərovla görüşərək, ondan 2000 manat alıb.

Xəlil Mehdiyev 2013-cü ilin noyabr ayının əvvəllərində Mingəçevir şəhər sakini Aybəniz Aslanovanın yaşadığı Mingəçevir şəhəri, Nizami küçəsi, 16 saylı binanın 45 saylı mənzilinin eyvanının artırılmasının sənədləşdirilməsinə köməklik edəcəyi adı ilə aldadaraq 5670 manat və 150 ABŞ dolları məbləğində pulunu ələ keçirib.

Bundan başqa Xəlil Mehdiyev Zahid İsmayılova qarşı dələduzluq edib. O, Zahid İsmayılovun oğlu Azər İsmayılovun Famil Süleymanov və Qəni Süleymanov ilə bir-birinə qarşılıqlı xəsarət yetirməsi ilə bağlı Mingəçevir şəhər Polis şöbəsində fakta görə Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə başlanınmış və istintaq olunan cinayət işi üzrə Azər İsmayılovu nümayəndə kimi təmsil edəcəyini, habelə qarşı tərəfə pul verməklə barışdırılmasında vasitəçi kimi iştirak edəcəyini vəd edib. O, buna görə Zahid İsmayılovdan 1550 manat məbləğdə pul alıb.

Xəlil Mehdiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəlil Mehdiyev 6 il 4 ay 3 gün müddətinə azadlıqdan məhrum edilib.

“Məndən şikayət etdi”

Hökmdən narazı qalan Xəlil Mehdiyev apelyasiya şikayəti verib. O, şikayətində barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq ediliməsini istəyib. Onun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən Xəlil Mehdiyev bildirib ki, 2012-ci ilin iyul ayında Ruziyə Lətifova ilə оnun Oğuz rayonu Xudumov küçəsində yerləşən həyətyanı sahəsində görüşüb: “Ruziyə mənə həyətdə olan evi göstərərək, həmin evin sənədləşməsinə kömək etməyimi xahiş etdi. Həmin işlə bağlı sənədlərin yığılaraq hazırlanmasını, smetaların tutulmasını, müəyyən olunan sənədlərin hazırlanmasını bildirdim. Ruziyə razılaşaraq rəsmi müqavilə bağladıq, xidmət pulu olaraq 500 manat pul ödədi. Bundan sonra həmin işlə məşğul oldum və müxtəlif sənədlər toplayaraq, 38 dəfə Oğuz rayonuna gedib-gəlmişəm, 4 dəfə də Qəbələ rayonuna daşınmaz əmlakın reyestri xidməti idarəsinə gedib-gəlmişəm. Bundan əlavə, Ruziyə “Azərpoçt” MMC vasitəsi ilə adıma 2013-cü ilin iyulun 23-də 2000 manat, yanvarın 31-də 100 manat, fevralın 18-də 50 manat, mayın 26-da 100 manat və iyunun 9-da 200 manat göndərib. Nəhayət, həmin işlə bağlı sənədlər topladıqdan sonra Ali Məhkəməyə rəsmi müraciət etdim. Sonra isə həmin işin həlli gecikdiyi üçün Ruziyə Lətifova məndən şikayət etdi. Ruziyə Lətifоvаdаn bаşqа heç bir pul аlmаmışam. Ruziyənin mənə qarşı mülki iddiasını qəbul etmirəm”.

“10 min manat istənildiyini bildirdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Fatma Ələkbərova təxminən 2013-cü ilin avqust ayında Mingəçevir Şəhər Məhkəməsinin qarşısında görüb: “Həmin vaxt Fatma başlarına bəla gəldiyini və qardaşı oğlu Əvəz Mahmudzadənin hərbi hissədə cinayət etdiyinə görə tutulduğunu, ona görə də ona köməklik etməyimi xahiş etdi. Fatmaya vəkillər kollegiyasının üzvü olmadığımı və fərdi qaydada sahibkar hüquqşünas kimi bütün cinayət işlərində zərərçəkmiş tərəfdən iştirak etdiyimi, ancaq bu işdə onlara kənardan tanış kimi işlə tanış olduqdan sonra kömək edə biləcəyimi bildirdim. Ondan hökmün sürətini аldım. Təxminən 2013-cü

ilin oktyabr ayında Gəncə şəhərinə gedəndə аrtıq аpelyаsiyа məhkəməsinin hökmü qüvvəsində saxlamış оlduğunu bildim”.

Xəlil Mehdiyevin bildirdiyinə görə, oktyabrın 16-da, saat 18.00-da Fatma Ələkbərova və Bаhаr Ələkbərоvа ilə Mingəçevir şəhəri, 20 Yanvar küçəsində görüşüblər: “Həmin vаxt işlə bаğlı 10 min manat istənildiyini bildirdim. Bununula Fаtmа razılaşdı və pul hazır olanda xəbər etməsini bildirdim. Oktyabrın 18-də Fatma Ələkbərova yenidən zəng edərək pulun hazır olduğunu və görüşmək istədiyini bildirdi. Şəhərin 20 Yanvar küçəsində görüşdük. Həmin vaxt Fatma Ələkbərovanın qardaşı İlqar Ələkbərov kağızın arasında 5000 manat verdi. Pulları saymadan idarə etdiyim avtomobilə qoydum. İlqar Ələkbərov həmin vaxt pulun qalan hissəsini 2-3 günə verəcəyini bildirdi. Təxminən 7-8 gün sonra Fatma Ələkbərova yenidən zəng edərək görüşmək istədiyini və pulun qalığını gətirəcəklərini bildirdi. Mingəçevir şəhəri, 20 Yanvar küçəsində Fatma və İlqar ilə yenidən görüşdük. İlqar Ələkbərov pulu tаm düzəldə bilmədiyini və 2700 manat düzəltdiyini bildirdi. 2700 manatı İlqardan götürdüm və onların yanında sayaraq avtomobilə qoydum. İlqar Ələkbərov həmin vaxt qalıq 2300 manatı tezliklə düzəldəcəyini bildirdi”.

“Verdikləri pulu qaytarmasını bildirdi”

Xəlil Mehdiyev qeyd edib ki, 2013-cü ilin dekabr ayında Ali Məhkəməyə gedərək Əvəz Mahmudzadənin işi ilə maraqlanıb: “Oradan bu işdə təqsirləndirilən şəxslərin valideynləri müxtəlif ünvanlara şikayət ərizələri yazdıqlarına görə işin müsbət həllini tapmasının hələ ki, mümkün olmamasını bildirdilər. Bu barədə Fatma Ələkbərovaya zəng edərək məlumat verdim və Ali Məhkəmədə işin baxılmasının 19 aprel 2014-cü il tarixə təyin edildiyini bildirdim. Təxminən 2014-cü ilin mart ayında İlqar və Fatmaya Bakı şəhərinə getməyi, Ali Məhkəmədən çağırılmalarını bildirdim. Həmin vaxta kimi İlqar Ələkbərovun mənə verdiyi 7700 manat özümdə qalıb. Sonra İlqar Ələkbərov mənə yol pulu olaraq 160 manat verdi və geri qayıdanda da 140 manat verəcəyini bildirdi. Cəmi İlqar Ələkbərov mənə 300 manat yol xərci verib”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2014-cü ilin aprel ayının axırlarında Bakı şəhərində Ali Məhkəmədə olarkən orada tanıdığı bir şəxslə görüşüb və bu işin həlli üçün həmin şəxsə 7700 manat pul verbş, qalan 2300 manat pulun qısa müddətdə çatdıracağını bildirib: “Sonra bu işləri qurtardıqdan sonra Mingəçevir şəhərinə qayıtdım. Fatma və İlqara qalan 2300 manat pulu vermələrini, həmin pul çatmasa Əvəz Mahmudzadənin işinin həll olunmayacağını dedim. 2014-cü ilin may ayının axırlarında Mingəçevir Şəhər Məhkəməsinin qarşısında Fatma Ələkbərova ilə görüşərkən, qalan 2300 manatı düzəldə bilmədiklərini və mənə verdikləri 7700 manatı qaytarmasını bildirdim. Yaxın vaxtlarda həmin pulu tam şəkildə qaytaracağımı bildirdim. Hаzırdа həmin pulu tаm ödəmişəm”.

“Hörmət olaraq 1000 manat verəcəyini bildirdi”

Xəlil Mehdiyev əlavə edib ki, 2 nоyаbr 2013-cü ildə İlhami Aslanov onun mobil telefonuna zəng edərək görüşmək istədiyini bildirib: “İlhami Aslanovla həmin gün günorta saatlarında Mingəçevir şəhəri Nizami küçəsində görüşdük. Həmin vaxt İlhami Zülfü Əkbərova zəng etdi və bir az keçməmiş Zülfü oraya gəldi. Birlikdə söhbət edərkən İlhami Aslanov yaşadığı Nizami küçəsi 16 saylı binanın 45 saylı mənzilinin eyvanının artırılmasına razılıq alınması üçün köməklik göstərilməyimi xahiş etdi. Noyabrın 11-də İlhami Aslanov zəng edərək, yenidən görüşmək istədiyini bildirdi, həmin vaxt İlhami və anası Aybəniz Aslanova avtomobildən düşərək, yanıma gəldilər. Sonra isə Zülfü Əkbərov da yanına gəldi. Aybəniz oradan uzaqlaşaraq başqa yerdə söhbət etmələrini xahiş etdiyi üçün şəhər məscidinin yanına getdik. Həmin vaxt İlhami Aslanov 3000 manat verdi və əlavə olaraq 2000 manat verəcəyini bildirdi. Həmçinin İlhami mənə hörmət olaraq ayrıca 1000 manat verəcəyini də bildirdi. Təxminən 3-4 gün sonra İlhami zəng edərək görüşmək istədiyini dedi. Mən də İlhami ilə razılaşdım və Nizami küçəsində dairənin yanında görüşdük. Həmin vaxt İlhami eyvanın artırılması üçün əlavə olaraq 2000 manat verdi. Həmçinin İlhami mənə xidmət haqqı olaraq 670 manat və 150 ABŞ dolları pul verdi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 2013-cü ilin dekabrında İlhami Aslanov həmin evin sənədlərinin surətini ona təqdim edib: “Sənədlərin surətini İlhamidən aldıqdan sonra 2014-cü ilin yanvar ayında 3 dəfə Bakı şəhərinə gedərək Mingəçevir şəhər İcra Hakimiyyəti başçısına yaxın olan şəxslərlə görüşmək istədim, ancaq görüşə bilmədim. Bundan sonra 2014-cü ilin yanvar ayının sonlarında Aybəniz Aslanova Zülfü Əkbərovla görüşərək eyvanın artırılmasına hələ də icazə alınmamağımı, verdiyi 5670 manat və 150 ABŞ dollar pulun geri qaytarımağımı bildirdi. Aybəniz Aslanovaya 1600 manat və 150 ABŞ dollar qaytarmışam, 4000 manatı isə qаytаrmаmışam”.

Xəlil Mehdiyev qeyd edib ki, Zahid İsmayılov yanına gələrək Mingəçevir şəhər Polis şöbəsində işi araşdırılan oğlu Azər İsmayılovun hüquqlarını müdafiə etməsini xahiş edib: “Həmin işdə Azər İsmayılov zərərçəkmiş olduğuna görə Zahidlə razılaşaraq onun oğluna kömək edəcəyimi boynuma götürdüm. 9 aprel 2014-cü ildə Azər İsmayılovla müqavilə bağladım və 500 manat xidmət haqqı aldım. Müqavilə əsasında hüquqi yardım göstərmək üçün 500 manat məbləğində mədaxil qəbzi yazılaraq Azər İsmayılova təqdim edildi. Sonra isə mənə məlum oldu ki, Azərin qardaşı Zamiq Şura adlı şəxsin oğlu Sakit adlı şəxsi vuraraq xəsarət yetirib. İşin gedişatı ilə əlaqədar Azərin atası Zahid İsmayılov Qəni adlı şəxsin qohumları ilə barışmaq üçün, Qəni adlı şəxsə və onun qohumlarına çatdırmaq üçün mənə 1000 manat verdi. Dəfələrlə Qəni və Şura ilə görüşərək bu işin yoluna qoyulması üçün söhbət etdim. Nəticədə Qəni və Şura Zahid İsmayılovla razılaşdıqlarını və Zahidin onlara 3000 manat pul verməli olduğunu, ona görə də 1000 manat pulu götürməyəcəklərini bildirdilər. Bundan sonra Zahidin 1000 manat pulunu qaytardım. 2014-cü ilin yanvar ayında Zahidə qalan 550 manat pulu da qaytarmışam”.

Məhkəmə prosesində zərərçəkmişlərin ifadəsi dinlənildikdən sonda qərar elan edilib. Qərara görə, Xəlil Mehdiyevin apelyasiya şikayəti təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Yeni hökmə əsasən Xəlil Mehdiyevin barəsində 4 il sınaq müddəti olmaqla cəzası şərti hesab edilib. Onun barəsində seçilmiş həbs qəti imkan tədbiri ləğv edilib, o, məhkəmə zalından azadlığa buraxılıb.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Böyük dələduzluq: Baş prokurorun "kirvəsi" tutuldu – Təfərrüat

    Böyük dələduzluq: Baş prokurorun ...

    29-06-2018, 16:26

  • 
  • SOCAR-ın vəzifəli əməkdaşına qarşı dələduzluq

    SOCAR-ın vəzifəli əməkdaşına qarşı dələduzluq ...

    18-04-2017, 09:47

  • 
  • Saxta polisin məhkəməsi başladı

    Saxta polisin məhkəməsi başladı ...

    13-10-2017, 11:45

  • 
  • Elnarə Abdullayevaya 70 minlik dələduzluq

    Elnarə Abdullayevaya 70 minlik dələduzluq ...

    5-08-2016, 00:58

  • 
  • Azərbaycanlı məmura qarşı 170 minlik dələduzluq - Özü şikayət edib

    Azərbaycanlı məmura qarşı 170 minlik dələduzluq - ...

    30-11-2017, 11:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu