Bakının Nərimanov rayonunda özünü MTK sahibi kimi təqdim edən şəxs dələduzluq edib.
Report xəbər verir ki, rayonun Təbriz küçəsi 63 ünvanında yerləşən “Dağlar” MTK-nın ofisində özünü MTK-nın sahibi kimi təqdim edən Çingiz adlı şəxs Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Elnarə Abdullayevadan 70 min manat alaraq ona mənzil satıb. Sonradan məlum olub ki, həmin mənzil başqa adama satılıb.
Sorğu
Yeni dizaynımız necədir?