GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycan-Aİ əməkdaşlığı: rəsmi Bakının sabit mövqeyi

Azərbaycan-Aİ əməkdaşlığı: rəsmi Bakının sabit mövqeyi

Tarix: 9-03-2016, 13:07 Bölmə :Ölkə Baxış: 0
Azərbaycan-Aİ əməkdaşlığı: rəsmi Bakının sabit mövqeyi

Qlobal miqyasda geosiyasi mənzərənin mürəkkəbləşməsi fonunda Avropa İttifaqının müstəqilliyini yaxın keçmişdə əldə etmiş dövlətlərlə əməkdaşlığında son zamanlar qeyri-müəyyən məqamlar özünü göstərir. Xüsusilə ikili standartlar siyasəti və islamofobiyanın təzahürləri meydana bir sıra suallar atır. Aİ-nin bəzi təsisatlarının Azərbaycana qarşı qərəzli mövqe tutması, əsassız ittihamlar irəli sürməsi vəziyyəti mürəkkəbləşdirir. Ancaq prezident İlham Əliyevin Bakıda keçirilən "Cənub qaz dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında Qərblə əməkdaşlığın strateji aspektlərinə gətirdiyi aydınlıq olduqca əhəmiyyətli oldu. Çünki bununla avropalı siyasətçilər bir daha Azərbaycan rəhbərliyinin Aİ ilə əlaqələri sistemli və səmimi şəkildə inkişaf etdirmək kursunu dəyişmədiyinə şahid oldular. Bakı müstəqil siyasi kursunu daim inkişaf etdirir və seçdiyi yoldan imtina etmək fikrində deyil.

Xarici siyasətdə müstəqillik və ardıcıllıq: Azərbaycan nümunə göstərir

gundemxeber.az newtimes.az-a istinadən bildirir ki, Azərbaycanın xarici siyasətində Avropanın xüsusi yer tutduğunu ölkə rəhbəri dəfələrlə vurğulayıb. Dünyada cərəyan edən mürəkkəb proseslərin fonunda prioritetlərin dəyişə bilməsi haqqında da müəyyən fikirlər səsləndirilib. Digər tərəfdən, Aİ ikili standartlar siyasəti ilə özünü etibardan sala bilər. Bir sıra Qərb ölkəsində islamofobiyanın genişlənməsi, müsəlman miqrantlara qarşı ədalətsiz münasibət müəyyən suallar meydana çıxarıb.

Bunlardan başqa, Aİ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə lazımi səviyyədə ədalət nümayiş etdirib təcavüzkara qarşı konkret addımlar atmır. Baxmayaraq ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir, hələlik onun səmərəli fəaliyyəti hiss edilmir. Almaniya kimi böyük Avropa dövləti də Minsk qrupunun üzvü olaraq münaqişənin həllində lazımi qətiyyəti göstərmir.

Son dövrlərdə Avropada maliyyə böhranının kəskinləşməsi və Aİ-nin bəzi təsisatlarının Azərbaycanla bağlı qərəzli sənədlər hazırlaması, bir sıra əsassız ittihamlar irəli sürməsi əlaqələrin taleyini sual altına qoymuşdu. Bunun fonunda da qurumun yeni müstəqil dövlətlərlə əməkdaşlıq proqramlarının reallaşmasında çətinliklər yaranmışdı. O cümlədən Aİ-yə assosiativ üzvlük məsələsində mövcud olan qeyri-müəyyən məqamlardan danışılırdı.

Lakin Azərbaycan rəhbərliyi bu cür mürəkkəbliklərə baxmayaraq, müstəqil xarici siyasətini dönmədən həyata keçirməkdədir. Həmin kontekstdə rəsmi Bakı Aİ ilə əməkdaşlığın pozitiv aspektlərini inkişaf etdirməkdədir. Dövlət başçısı Avropa ölkələri ilə əlaqələrin strateji cəhətini daim vurğulayır və iştirakçısı olduğu layihələrin həyata keçirilməsində tam səmimiyyət nümayiş etdirir. Avropalı siyasətçilər fevralın 29-da Bakıda keçirilən "Cənub qaz dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında bunun bir daha şahidi oldular. Həmin tədbirdə Azərbaycan prezidenti Aİ ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin çox mühüm aspektlərini önə çəkdi.

Prezidentin bu məsələdə irəli sürdüyü tezislər strateji mahiyyətlidir və bərabərhüquqlu tərəfdaşlığın gözəl nümunəsidir. İlham Əliyev öncə "Avropa İttifaqı ilə əlaqələrimizin yaxşı tarixi və inkişafı üçün çox əhəmiyyətli potensialın" olduğunu vurğulayır (bax: Bakıda "Cənub qaz dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilib / AZƏRTAC, 29 fevral 2016).

Burada söhbətin yalnız enerji təhlükəsizliyindən getmədiyi ayrıca qeyd edilir. Ümumiyyətlə, Azərbaycan Aİ ilə "siyasi dialoqa, iqtisadi əməkdaşlığa aid bir çox məsələlər üzərində işləyir" (bax: əvvəlki mənbəyə). Dövlət başçısı fikrini inkişaf etdirərək konkret istiqamətləri də ifadə edir: birincisi, "Avropa İttifaqı əsas ticari tərəfdaşımızdır" ("Demək olar ki, ticarət dövriyyəmizin yarısı Avropa İttifaqının üzv dövlətlərinin payına düşür"), ikincisi, regionda təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq edilir, üçüncüsü, müxtəlif sahələr üzrə proqnozlaşdırma istiqamətində əlaqələr mövcuddur, dördüncüsü, multikulturalizm və mədəni müxtəliflik ilə bağlı sıx işlər aparılır və s. (bax: əvvəlki mənbəyə).

Strateji əməkdaşlıqda etibarlılıq: Brüsselin ikili standartlardan imtinası

Deməli, Azərbaycan Aİ-yə strateji tərəfdaş kimi yanaşır və əməlində bunu konkret faktlarla sübut edir. Təqdirəlayiqdir ki, rəsmi Bakı Aİ-nin müəyyən tərəddüdlərinə və ikili standartlar praktikasına üstünlük verməsinə baxmayaraq, seçdiyi kursdan imtina etmir. Ölkə başçısı ifadə edib: "Azərbaycan əməkdaşlığın uzun illəri ərzində özünü etibarlı tərəfdaş kimi doğruldub. Biz üzv dövlətlərlə və bütövlükdə, Avropa İttifaqı ilə ikitərəfli münasibətlərimizi gücləndirmək istəyirik" (bax: əvvəlki mənbəyə). Yəni Azərbaycan bu təşkilatla münasibətlərində kifayət qədər sistemli və səmərəli mövqe tutub. Həmin kursun əsasını ulu öndər Heydər Əliyev qoyub və indi bu kurs prezident İlham Əliyev tərəfindən inkişaf etdirilir.

Bunun üçün real əsaslar var. İlham Əliyev toplantıda ayrıca vurğulayıb ki, Azərbaycan Aİ üzvü olan ölkələrin üçdə biri ilə "...strateji tərəfdaşlıq haqqında bəyannamələri, yaxud sazişləri artıq imzalayıb və ya qəbul edib. Bu, əslində, əməkdaşlığımızın mahiyyətini əks etdirir" (bax: əvvəlki mənbəyə).

Yuxarıda qeyd olunanları nəzərə alsaq, ölkə başçısının Aİ ilə əməkdaşlıqda milli təhlükəsizlik məsələsini önə çəkməsinin tam məntiqli olduğunu görərik. Belə ki, müasir geosiyasi reallıqlar təhlükəsizliyin kompleks xarakterli faktorlarla sıx bağlı olduğunu təsdiq edir. Burada enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin vəhdəti haqqında da danışmaq mümkündür. Həmin aspektdə "Cənub qaz dəhlizi" həm də milli təhlükəsizliyin təmininə xidmət edən layihədir.

Bu məqam çox maraqlı bir özəlliyi aktuallaşdırır. Deyilənlərdən aydın olur ki, Azərbaycan öz milli təhlükəsizliyi məsələsini, ümumən, Avropanın təhlükəsizliyi ilə sıx əlaqədə görür. Strateji aspektdə bu, Bakının Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlıq niyyətindən xəbər verir. Deməli, Azərbaycan özünün milli təhlükəsizliyini həyata keçirdiyi müstəqil siyasəti ilə təmin etmək kursunu reallaşdırır.

Müqayisə üçün deyək ki, Ermənistan bu səviyyədə siyasət yeritməkdən məhrumdur. O, öz milli təhlükəsizliyini təmin edə biləcək real potensiala və fəaliyyət kursuna malik deyil. İrəvanın ipi Kremlin əlindədir. Bu barədə Ermənistanın ekspertləri də fikir bildirirlər. Məsələn, erməni ekspertlərdən biri yazır: "Qərb Ermənistanın öz suverenliyini qoruyub saxladığını dəqiqləşdirmək istəyir. Bu, Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi və Rusiyanın Ermənistanda hərbi mövcudluğunu açıqca ifadə etməsi...fonunda daha aydın özünü göstərir" (bax: Наира Айрумян. Евросоюз хочет уточнить, является ли Армения суверенной / "Lragir.am", 29 fevral 2016).

Bunlar Ermənistanın xarici siyasətinin real vəziyyətini əks etdirən bir fraqment, özü də daha dolğun ifadə edilməyən bir fraqmentdir. Ümumi mənzərə rəsmi İrəvan üçün daha faciəvidir. Deməli, Ermənistan rəhbərliyi həyata keçirdiyi "xarici siyasət xətti" ilə özünün suverenliyini təmin etmək imkanından məhrum olub. Gürcüstanın da həmin aspektdə bir sıra çətinlikləri vardır. Onlar haqqında gürcü KİV-i kifayət qədər informasiyalar yayıb.

Bu kimi faktların fonunda Azərbaycan rəhbərliyinin suverenliyin təmini məsələsini Avropa ilə sıx əməkdaşlıq kontekstində nəzərdən keçirməsi çox mühüm bir hadisədir. Digər məqamlarla yanaşı, həm də ona görə ki, Bakı eyni uğurla regionun böyük ölkələri olan Rusiya, İran və Türkiyə ilə əlaqələri gücləndirir. Prezident İlham Əliyevin İrana son səfəri, Rusiya prezidenti ilə apardığı telefon danışıqları və yüksək səviyyəli Rusiya rəsmi nümayəndələrinin Bakıya gəlişi, Türkiyə ilə strateji tərəfdaşlığı daha da inkişaf etdirməklə bağlı müzakirələrin nəzərdə tutulması bu tezisin əsaslı olduğunu göstərir.

Bütün bunlara görə, dövlət başçısı İlham Əliyev adıçəkilən toplantıda əminliklə bəyan edir: "Biz güclü tərəfdaşlıq qurmuşuq. Xanım Moqerininin qeyd etdiyi kimi, söhbət yalnız enerjidən getmir. Bu gün biz gələn bir neçə il üçün əsl tərəfdaşlıq yaratmışıq. Əməkdaşlığımız layihə başa çatdıqdan sonra bitməyəcək, davam edəcək. Əminəm ki, daha fəal əməkdaşlıq layihə başa çatdıqdan sonra reallaşacaq. Çünki hamımız bir-birimizlə bağlı və bir-birimizdən asılı olacağıq. "Cənub qaz dəhlizi" layihəsi bir çox illər ərzində hamımıza - hasilatçılara, tranzit ölkələrə və istehlakçılara fayda verəcək. Bu, enerji təhlükəsizliyi layihəsidir" (bax: əvvəlki mənbəyə).

Onu da deyək ki, Azərbaycan rəhbəri "Cənub qaz dəhlizi"nin iştirakçısı olan ölkələrin təmsilçilərinin toplantısında ABŞ-la da əməkdaşlığın perspektivlərindən böyük ümidlə danışıb. Biz, bütövlükdə, Qərblə münasibətlərin yeni səviyyəyə yüksəlməsinin şahidi oluruq. Şübhəsiz ki, bunların tam reallaşması üçün Qərbin, ilk növbədə, ikili standartlardan imtina etməsi lazımdır. Azərbaycan tərəfi öz səmimi sözünü deyib. İndi növbə Qərbindir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında iştirak edir

    Prezident İlham Əliyev Bakıda "Cənub Qaz ...

    29-02-2016, 09:54

  • 
  • “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı olacaq

    “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində ...

    11-01-2018, 21:11

  • 
  • İtaliya dövlət katibi "Cənub Qaz Dəhlizi"nin strateji önəmindən danışıb

    İtaliya dövlət katibi "Cənub Qaz ...

    29-02-2016, 11:41

  • 
  • Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası başlayıb

    Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində ...

    28-02-2020, 11:16

  • 
  • İlham Əliyev: "Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələsidir və enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyidir"

    İlham Əliyev: "Cənub Qaz Dəhlizi enerji ...

    23-02-2017, 21:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu