Türkiyədə Gülən camaatına qarşı keçirilən əməliyyat çərçivəsində bir universitet rektoru ilə bir nazirliyin sabiq müşaviri həbs olunub.
gundemxeber.az xəbər verir ki, Türkiyənin İzmir vilayətində keçirilən əməliyyat zamanı Şəfa universitetinin rektoru professor Mehmet Atəş və Əmək Nazirliyinin sabiq müşaviri Fatih Acar həbs olunublar.
Həbs olunan şəxslərin İzmir prokurorluğunun açdığı istintaq çərçivəsində bəzi ictimai ərazilərinin təşkilata dəyərindən aşağı satılaraq haqsız qazanc əldə edilməkdə ittiham olunduqları bildirilir.
Əməliyyat çərçivəsində bundan başqa Fateh universitetinin sabiq rektoru professor Şərif Əli Tekalanın da axtarışa verildiyi bildirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?