İstiqlalçı millət vəkili, sabiq daxili işlər naziri, general İsgəndər Həmidovun vəziyyəti stabil ağır olaraq qalır. Dünən City Hospitalın və qardaş Türkiyəmizdən olan həkimlərin birgə konsiliumu keçirildi. Hemodinamik göstəricilərinin (qan təzyiqi, nəbz), tənəffüs sayının, qan saturasiyasının (oksigen təminatının) stabilləşməsini, xəstənin ağrı və səs qıcıqlarına zəif reaksiyasını, baş beynin növbəti tomoqrafiyası zamanı ödemin azalma tendensiyasını nəzərə alaraq xəstəyə traxeostomiya qoyulması qərara alındı və uğurla icra edildi. Hal-hazırda vəziyyəti stabil ağır olaraq qalır, koma vəziyyətindədir, hemodinamik göstəricilərini inotrop dəstəksiz (dərman preparatlarının köməyi olmadan) saxlaya bilir. Xəstə zondla qidalandırılır. Allah şəfa versin, dualarımız onunladır.''
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?