GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Vilyam Hacıyev “Banditizm”də

Vilyam Hacıyev “Banditizm”də

Tarix: 8-04-2013, 10:36 Bölmə :Ölkə Baxış: 2 202
Vilyam Hacıyev “Banditizm”də

İcra başçısının əməllərinə görə cavab vermək vaxtı çatıb

İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevlə rayonun abadlaşdırılması, təmir-tikinti prosesində iştirak edən iş adamları ilə bir müddət əvvəl yaranan qalmaqal yenidən qızışıb. Bir müddət öncə iş adamları ilə icra başçısının razılığa gəlindiyi bildirilsə də, indi bəlli olur ki, V.Hacıyev hələ də həmin şəxslərlə arasında olan pul problemini həll etməyib.

Bu barədə məlumat verən «Omis» MTK-nın rəhbəri Osman İsayev V.Hacıyevin görülən iş üçün razılaşdıqları pulu vermədiyini bildirib. Onun sözlərinə görə, rəhbəri olduğu «Omis» MTK tərəfindən İmişli şəhərinin girəcəyi, hasarın, yolun çəkilməsi, yolkənarı obyektlərin aqlay işlərini görüblər, amma bu günə kimi veriləcək 40 min manatı ala bilməyiblər: «Mənimlə bərabər, 13 iş adamı ilə Vilyam Hacıyev arasında problem yaranıb. Yəni, hər şirkət bir işi görüb, amma söz verilən pulu ala bilməmişik, daha doğrusu, icra başçısı pulu verməkdən imtina edir. Elə iş adamı var ki, Vilyam Hacıyevin ona 250 min, 100 min manat borcu var. Ən kiçik məbləğ bizimkidir - 40 min manat. Ümumilikdə isə 700 min manatdan söhbət gedir ki, Vilyam Hacıyev onu verməkdən imtina edir. Pərviz Zahirova 130 min manat, Nadir Feyziyevlə Cahangir müəllimə bir yerdə 370 min manat, Cavanşir müəllimə 80 min manat, Vaqif Məmmədova 100 min manat borcu var. İşi görüb, qurtarandan sonra hamı pulunu istəyəndə, dedi ki, verəcəm, bir qədər keçəndən sonra isə bildirdi ki, ümumiyyətlə, sizə verəcəyim yoxdur. Bu cavabı eşidəndən sonra etiraz elədik ki, gördüyümüz işləri sökürük. Vilyam Hacıyev buna ehtiyac olmadığını, məsələni həll edəcəyini bildirdi. Amma sonradan Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə şikayət elədi ki, guya biz hansısa qanunsuz iş görürük. İcra başçısından narazı qalan iş adamları Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində sorğu-sual edildi və nəticədə Vilyam Hacıyevin təqsirli olduğu, bizim pulumuzu vermədiyi ortaya çıxdı».
O. İsayevin sözlərinə görə, təxminən bir ay, ay yarım bundan əvvəl Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində Vilyam Hacıyev onlara söz verib ki, həftənin birinci günü pullarını verəcək. Ancaq o vaxtdan bəri yenə də pulu verməkdən imtina edir: «Biz işin görülməsi ilə bağlı müqavilə bağlamaq istəyəndə dedi ki, kişinin sözü elə müqavilədir. Bir də ki, bu günə kimi bir neçə dəfə iş görmüşük, pulumuz verilib. Yəni, arada bir etibar olub, amma sonda bu etibardan sui-istifadə edilib. Dəfələrlə zəng edirik, amma heç kimin telefonuna cavab vermir. Bundan əlavə, Samux rayonundakı beton zavodunun müdirinin 400 min manatı, həmçinin, bir də üç nəfər iş adamı var ki, onların da müəyyən məbləğdə pulları verilmir. Nadir müəllimlə Üzeyir müəllim dünən Vilyam Hacıyevin qəbulunda olublar. İcra başçısı onlara deyib ki, «mənim dədəmin evində işləməmisiz, Prezident üçün işləmisiz, o da bu işlər üçün 2 milyon pul ayırıb, onun da bir milyonu geri qayıdıb. Ona görə də gedin, pulunuzu Prezidentdən alın»,-deyib».
Hüquq-mühafizə orqanlarına şikayət edib-etməyəcəklərinə gəlincə, O.İsayev deyib ki, müsbət nəticə olacağına inanmadıqları üçün belə bir təşəbbüs qaldırmaqda maraqlı deyillər: «Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində Vilyam Hacıyev borcunu qaytaracağına söz versə də, bir neçə gündən sonra vədinə xilaf çıxdı. O boyda idarədən sonra harasa şikayət etməyin mənası yoxdur. Məsələylə bağlı Vilyam Hacıyevi Prezident Administrasiyasına da çağırıblar, problemi həll etməyi tapşırıblar, amma nəticə yoxdur»

Tahir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vilyam Hacıyev İmişli sahibkarlarına Bakıdakı villasını təmir etdirib

    Vilyam Hacıyev İmişli sahibkarlarına Bakıdakı ...

    16-01-2013, 10:07

  • 
  • Vilyam Hacıyev müavini ilə yollarını ayırmaq istəyir, amma...

    Vilyam Hacıyev müavini ilə yollarını ayırmaq ...

    21-05-2014, 10:07

  • 
  • Vilyam Hacıyev medianı hədələdi

    Vilyam Hacıyev medianı hədələdi ...

    19-02-2013, 11:02

  • 
  • Vilyam Hacıyevdən Rəsul Quliyevə maliyyə dəstəyi

    Vilyam Hacıyevdən Rəsul Quliyevə maliyyə dəstəyi ...

    21-12-2012, 12:46

  • 
  • Vilyam Hacıyev Hesablama Palatasına “danos” verirmiş

    Vilyam Hacıyev Hesablama Palatasına “danos” ...

    30-12-2012, 11:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu