GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bir il öncəki həbsin tarixçəsi və ya qram-qram verilən azadlıq...

Bir il öncəki həbsin tarixçəsi və ya qram-qram verilən azadlıq...

Tarix: 8-04-2013, 20:37 Bölmə :Ölkə Baxış: 679
Bir il öncəki həbsin tarixçəsi və ya qram-qram verilən azadlıq...

“Kür” Vətəndaş Cəmiyyətinin koordinatoru
Oqtay Gülalıyev hələ də polis nəzarəti altındadır


Kür daşqınlar; süni, yoxsa təbii fəalkət?

2010-cu ilin may ayında baş verən Kür daşqınları təbii fəlakət kimi təqdim olundu. Sonradan əslində baş verənlərin-on minlərlə insanın evsiz eşiksiz qalmasının təbii fəlakətdən daha çox məmur səhlənkarlığı olması faktı üzə çıxdı. Amma iş bununla da bitmədi. Kürün dalğasını üstələyən korrupsiya dalğası fəlakət zonasını cənginə aldı. Selin nəticələrinin aradan qaldırılması üçün dövlət büdcəsindən ayrılan milyonlar məmur-oliqarxların yeni qazanc mənbəyinə çevrildi...
... Həmin zaman yüksək çinli xeyli sayda vəzifəli şəxsin yer aldığı dövlət komissiyası yaradıldı. Amma faciə yaşayan insanların ümüd və pənah yeri bu komissiya və dövlət məmurları deyil, “Kür” Vətəndaş Cəmiyyəti oldu. Cəmiyyət qısa müddətdə baş verənlərin təbii fəlakət yox məmur səhlənkarlığının nəticəsi olduğunu aşkarlamaqla yanaşı, fəlakətin miqyası, vətəndaşlara dəymiş ziyanın tam həcmini və ən əsası vəzifə sahiblərinin maddi maraqları üzərində qurulan korrupsiya sistemini ortaya qoymuş oldu. O günlərdə Saatlı-Sabirabad zonasında hər bir insan üçün bir doğma ad var idi – “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı və onun koordinatoru Oqtay Gülalıyev. Heç bir vəzifə səlahiyyəti olmayan, sadəcə baş verənlərə vətəndaşlıq məsuliyyəti ilə yanaşan bu şəxs zəlzələ qurbanlarının tək ümüd yeri olmaqla yanaşı korrupsiya şəbəkəsinin də yuxularını ərşə çəkən faktor idi. Bu səbəbdən məmurlar vətəndaşların problemin həll etməkdənsə, Oqtay Gülalıyev problemindən qurtulmaq yolunu tutdular və bu bir il öncəyə təsadüf etdi...

Oqtay Gülalıyev niyə həbs olundu?
Və ya prezidentə müraciətə əks reaksiya...


2012- ci il, 8 aprel... Sabirabad rayonunun Minbaşı kəndində “Kür” Vətəndaş Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyev Kür daşqınlarının təsirinə məruz qalan insanlarla görüş keçirərkən əvvəldən hazırlanmış plan əsasında Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunur. Ondan şikayət edən məmurlar ordusu öz ərizələrində göstəriblər ki, o gəlib dövlətə qarşı danışır, camaatı nümayişlərə təhrik edir və s. Bu O.Gülalıyevə qarşı birinci təxribat deyildi. Məsələn, yanvarın 7-də “Kür” qərargahı Sabirabadda forum keçirmək istəyir. Amma Sabirabad Rayon İcra Hakimiyyəti tədbiri sel daşqınlarından əziyyət çəkənlərlə polis qarşıdurmasına çevirir. Nəhayət, forum fevralın 28-də baş tutur. Burada da qarşıdurmaya edilən cəhdin qarşısını məhz O.Gülalıyev alır. Həmin tədbirdə seldən əziyyət çəkənlər yerli İcra Hakimiyyətlərini korrupsiya, rüşvət və ayrı-seçkilikdə ittiham edirlər. Görünür bütün bunlar korrupsiya azarkeşlərinin maraqlarını təmin etmir və onlar O.Gülalıyevi şərləməkdən başqa yol tapmırlar.
«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının üzvü, «Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev elə ilk gün baş verənləri şərh etdi: “Oqtay Gülalıyev Minbaşı kəndinə monitorinq keçirməyə, yerli sakinlərlə görüşə getmişdi. Orada kənd sakinləri ilə görüşən vaxtı bələdiyyə başçısı, icra nümayəndəsi gəlib onu təhqir edib. Əslində belə bir vəziyyət iki ildir davam edir. İcra orqanları, bələdiyyələr vətəndaş cəmiyyəti üzvlərinin orada işləməsində maraqlı deyillər. Biz sonuncu dəfə prezidentə də müraciət edəndə vətəndaş cəmiyyətinin, medianın, yerli icmaların komissiyaların işində təmsil olunmasını göstərmişdik. Çünki bu, daha çox şəffaflıq, yardımın ədalətli paylanmasına şərait yaradır. Ancaq görürük ki, çox ciddi müqavimət var, elə ona görə də Oqtay Gülalıyevi həbs etdilər, çünki «Kür» Vətəndaş Cəmiyyəti Qərargahı çoxsaylı korrupsiya, icra orqanlarının vətəndaşları aldatması faktlarını aşkar edib.”
Kür daşqınları ilə bağlı ayrılan milyonların göyə sovrulması, səmərəsiz və təyinatsız xərclənməsinin qarşısının alınması, bu prosesdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini təşkil etmək məqsədilə “Kür” Cəmiyyəti 31 mart 2012- ci ildə ölkə başçısı İlham Əliyevə rəsmi müraciət etdi. Müraciət Oqtay Gülalıyevin imzası ilə göndərild və mətni mətbuatda yayıldı. Müraciətdən 1 həftə sonra isə məktubun müəllifi həbs edildi...

Vəkilsiz qapalı məhkəmə...
Və polis şöbəsində işgəncə


Bir gün sonra aprelin 9-da məlum oldu ki, Sabirabadda vəkilinin iştirakı olmadan, Oqtay Gülalıyevin qapalı məhkəməsi keçirilib və ona 12 sutkalıq həbs cəzası verilib. Gülaliyev Cinayət Məcəlləsinin 296-cı (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozma və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə törədildikdə) maddə ilə ittiham edilib. Amma bununla da rahatlıq tapmayan sifarişçilər Oqtay Gülalıyevin 12 gündəlik inzibati həbs cəzasının başa çatmasına bir gün qalmış Sabirabad Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçdi və o, Bakıya 3 saylı Şüvəlan İstintaq Təcridxanasına gətirildi. Bu dəfə “Kür” koordinatoru Cinayət Məcəlləsinin 220.2- ci maddəsi ilə (mitinq və iğtişaşlara çağırış) ittiham olunurdu. Maraqlıdır ki, ona qarşı irəli sürülən ittiham aktında Gülalıyev Hacıqabul- Horadiz yolunu bağlamaq, Şirvan şəhəri yaxınlığındakı Kür çayı üzərində körpünü dağıtmaqda, maşınları yandırmaq, insanları hakimiyyətə itaətsizlikdə, mitinqlərə və iğtişaşlara çağırışda ittiham olunurdu.
Həbsin ilk günlərindəcə Gülalıyevin iki il əvvəl müalicə aldığı mədə-bağırsaq xəstəliyi kəskinləşir. Buna hələ aprelin 8-də Sabirabad rayon polis rəisinin mavini başda Rauf Məcidov və bir neçə polisin Gülalıyevə fiziki xəsarət yetirməsi, onu 2 gün qaranlıq, ağır qoxulu zirzəmidə ac- susuz, ayaq üstə saxlamaqla fiziki və psixoloji təzyiq göstərmk səbəb olub. Həbsi zamanı Gülalıyevin qarın boşluğuna zərbələr endirilib ki, bu da daxili orqanların, o cümlədən bağırsağın fəaliyyətinə təsir göstərib.
Gülalıyev aprelin 17-də ikinci dəfə Sabirabad rayon polis idarəsinin istintaq təcridxanasının növbətçi rəhbəri Seyfəddin Quliyev tərəfindən təhqirlərə və fiziki təzyiqə məruz qalır. Baş verənlərlə bağlı O.Gülalıyev Daxili İşlər Naziri Ramil Usubova məktub ünvanlayır, amma rayon polis şöbəsi məktubun Sabirabadda olan hüquq müdafiəçiləri vasitəsi ilə nazirə çatdırılmasına icazə verməyib. “Kür” koordinatoru həbsdə olarkən təzyiq dairəsi yalnız onun özü ilə məhdudlaşmadı. O.Gülalıyevin yaxınları işdən çıxarıldı, təqib və təzyiqə məruz qaldı. Ailə üzvləri, vaxtilə yaşadığı ev nəzarət altında saxlanıldı.

Ölkə hüdudlarını aşan müdafiə kampaniyası...

Hakimiyyət tərəfindən Oqtay Gülalıyevə qarşı edilən amansız təzyiqlərə və şərləmə kampaniyasına baxmayaraq ölkə mediası, vətəndaş cəmiyyəti institutları və Kür daşqınlarının təsirinə məruz qalan yerli əhali onun müdafiəsinə qalxdı. “Turan” İA- nın direktoru Mehman Əliyevin rəhbərliyi ilə Müdafiə Komitəsi yaradıldı. “Kür” Qərargahı koordinatorunun həbsi günü İctimai Palata, KXCP və digər partiyalar, QHT- lər və onun vəkillərindən olan İntiqam Əliyev Oqtay Gülalıyevi siyasi məhbus elan etdilər. Tanınmış vəkil İntiqam Əliyevlə yanaşı onun hüquqlarının müdafiəsinə Əlaif Həsənov, Yalçın İmanov və Fariz Namazlı qoşuldu.
Oqtay Gülalıyevin həbsinə etirazla bağlı müdafiəsi kampaniyası ölkə hüdudlarını aşaraq qısa bir vaxtda beynəlxalq təşkilatları hərəkətə gətirdi. Azərbaycan tarixində İlk dəfə olaraq qısa vaxtda Amnestyu İnternational təşkilatı həbsindən bir neçə gün sonra O.Gülalıyevi “vicdan məhbusu” elan etdi. Human Rights Watch, Front Line Defenders, Article 19, Norveç İnsan Hüquqları Evi, Beynəlxalq Hüquq Müdafiə Təşkilatları Federasiyası, İşgəncələr Əleyhinə Komitə və s. kimi tanınmış, nüfuzlu beynəlxalq təşkilatlar davamlı şəkildə onun həbsdən azad olunmağı istiqamətində mübarizə apardı. Avropa Şurasının Azərbaycanlı siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin hazırladığı siyahıya Oqtay Gülalıyevin adı siyasi məhbus kimi əlavə edildi. Məlumatlara görə 2012- ci iyun ayında ABŞ Dövlət katibi xanım Klintonun Bakıya səfəri zamanı dövlət başçısı ilə görüşü zamanı da O.Gülalıyevin qanunsuz həbsi müzakirə mövzusu olmuşdur.
Beynəlxalq dəstək və ölkə ictimaiyyətinin təzyiqi nəticəsini verdi. İyunun 13-də Sabirabad Rayon Məhkəməsinin qərarı ilə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin barəsində həbs qətimkan tədbiri dəyişdirildi və məhkəmə zalından azadlığa buraxıldı. 3 aylıq həbs və baş verənlərə ən dəqiq qiyməti azadlığa çıxan kimi O.Gülalıyevin özü tərəfindən verildi: “Mən sifarişlə həbs edildim və eyni qaydada sifarişlə də həbsdən azad edildim. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı fəaliyyətini qanunvericiliyə uyğun qurub. Hər hansı qanun pozuntusundan söhbət belə gedə bilməz, fəaliyyətimizi davam etdirəcəyik. Qanunsuz həbslər bizi mübarizəmizdən və fəaliyyətimizdən döndərə bilməz”.

Polis nəzarəti altında ev dustağı olan QHT rəhbəri

Oqtay Gülalıyev azadlığa buraxılsa da haqqında açılmış cinayət işinə xitam verilmədi. Əksinə, məhkəmənin qərarı ilə ev dustağı olmaqla polis nəzarəti altında verildi. Ölkədən çıxmağı yasaq edildi. Hazırda həbsindən və haqqında açılan cinayət işindən 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq qanuna zidd şəkildə O. Gülalıyev haqqında açılmış cinayət işinə xitam verilməyib. Dəfələrlə etdiyi müraciətə baxmayaraq onun qanunsuz həbsinə və həbs zamanı üzləşdiyi fiziki zorakalıq, işgəncə və qeyri- insanı rəftara hüquqi qiymət verilməyib. Əksinə ona qarşı baş verənlərin təşkilinə rəhbərlik edən Sabirabad rayon Polis Şöbəsinin rəsi müavini Rauf Məcidovun rütbəsi həbsdən bir neçə ay sonra artırılaraq Tər- Tər rayon Polis Şöbəsinə rəis təyin olunub. Eyni zamanda həbsin təşkilində iştirak edən Sabirabad rayon İcra hakimiyyətinin başçısı Nazim İsmayılov dövlət başçısının xüsusi sərəncamı ilə “səmərli fəaliyyətinə görə” (seçmə həmin Sərəncamdandır- red.) “Vətənə xidmət” ordeni ilə təltif olunub.
Hazırda O.Gülalıyev məhkəmənin qərarı ilə polis nəzarəti altında olmaqla ev dustağıdır. O, hər həftənin 4- cü günü Xətai rayon 37- ci polis bölməsindən qeydiyyatdan keçir, ölkədən çıxmasına qadağa qoyulub. Halbuki, hələ həbsdə olarkən Penitensiar Xidmətin Baş Tibb İdarəsinin verdiyi rəsmi tibbi rəyə əsasən O.Gülalıyev əməliyyat olunmalıdır. Lakin ölkədən çıxmağı yasaq edildiyindən qonşu ölkələrin birində əməliyyat oluna bilmir.

“Türmədən qorxmaq lazım deyil”
Və ya yarımçıq Azadlıq...


Göründüyü kimi, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəaliyyətinə hökümət ciddi nəzarət edir və təşkilatın fəaliyyətinı hər yolla məhdudlaşdırımağa çalışır. Amma bütün bunlara baxmayaraq təşkilat öz fəaliyyətini davam etdirir. Hazırda Kür daşqınlarının təsirinə məruz qalan, problemləri bu günə qədər həll olunmayan 116 nəfərin hüquqları Şirvan İnzibatı İqtisad Məhkəməsində “Kür” Cəmiyyəti tərəfindən qorunur. Təşkilat eyni zamanda Qax- Zaqatalada 2012- ci ildə baş vermiş zəlzələnin təsirinə məruz qalmış yerli sakinlərin problemlərinin həlli istiqamətində çalışır. “Kür” Cəmiyyətinə olan təzyiqlər O. Gülalıyevlə yekunlaşmır. Təşkilatın digər üzvü hüquq müdafiəçisi İlham Əmiraslanov qanunsuz olaraq həbs olunub və 2 il müddətinə azadlıqdan məhrum edilib. O ailəlidir, 2 az yaşlı övladı var. Bütün bu xatırlamalardan sonra O. Gülalıyevin özünün həbsdən çıxarkən söylədiyi fikirləri bir daha xatlrlatmaq yerinə düşər: “Azadlıqda insan özünü necə hiss eləyərsə o cür hiss edirəm. Mən bu gün kiçik məhbəsdən böyük məhbəsə çıxmışam. Azərbaycan özü bu gün böyük bir məhbəsdi. Əgər burada hər dəqiqə insanların hüquqları tapdanılırsa, şərlənirsə, həbs olunursa deməli onlar azadlıqda da məhbəs həyatı yaşayırlar. Bu gün bizim Azadlığımız da yarımçıqdır... Əgər bu gün xalqın qürur yeri – Azadlıq Meydanı yeraltı maşın dayanacağına çevrilibsə, deməli, xalqın azadlıq simvolu həbs edilib. Bu baxımından məhbəsdən məhbəsə keçdim. Bunu böyük dəyərləndirmirəm ki, azad olunmuşam. Haqq etdiyim azadlığıma qismən qovuşdum. Türmədə olan zaman bir şüar da öyrəndim; Türmədən qorxmaq lazım deyil, türmə sizdən qorxmalıdır. Mən türmədən qorxmuram, sabah yenə nəyə görəsə məni həbs edə bilərlər.”

«Gündəm xəbər»
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qəbələdə təbii fəlakət (Fotolar)

    Qəbələdə təbii fəlakət (Fotolar) ...

    23-07-2015, 13:00

  • 
  • “Kür” Kəmaləddin Heydərovu yoxlayır

    “Kür” Kəmaləddin Heydərovu yoxlayır ...

    17-02-2013, 12:48

  • 
  • "Kür" məhbusunun problemləri var

    "Kür" məhbusunun problemləri var ...

    15-05-2013, 13:17

  • 
  • Kəmaləddin Heydərovdan 1 milyard dolların hesabı sorulur

    Kəmaləddin Heydərovdan 1 milyard dolların hesabı ...

    21-04-2013, 13:31

  • 
  • Çində fəlakət: 164 nəfər öldü, 15 milyon insana ziyan dəydi

    Çində fəlakət: 164 nəfər öldü, 15 milyon insana ...

    25-07-2016, 14:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu