GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məhəmməd Gəncəvi nə istəyir?

Məhəmməd Gəncəvi nə istəyir?

Tarix: 20-03-2016, 03:00 Bölmə :Ölkə Baxış: 0
Məhəmməd Gəncəvi nə istəyir?

Onun vaxtilə heç bir əsas olmadan 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına layiq görülməsi, yüksək çinli vəzifə sahiblərinin sifarişləri əsasında baş tutub

Artıq bir neçə dəfədir ki,”Gündəm Xəbər” qəzetinin redaksiyasına üz tutan və vaxtilə yüksək çinli vəzifə sahiblərinin verdikləri sifarişlər əsasında həbs olunan Məhəmməd Gəncəvi, bu gün də davamlı mübarizəsini aparır və üz-üzə qaldığı problemlərinin ictimailəşməsinə də çalışır. Odur ki, işıq üzü görən açıqlamalarda bəzi vəzifə sahibləri barəsində səslənən ittihamlar Məhəmməd Gəncəviyə məxsusdur.

Belə bir səbəblər üzündən də, nə qədər ki, Məhəmməd Gəncəvinin fəryadına aidiyyəti qurumlar cavab verməyiblər, biz də hər sayımızda bu harayı dərc edəcəyik. Gəncə şəhər sakini Məhəmməd Gəncəvi bildirir ki, “məni Heydər Əliyevin plakatına görə həbs etdilər. Bu biabırçılığa Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti hələ də susurlar. Əgər Baş Prokuror vəzifəsini Zakir Qaralov daşımasaydı, o halda yəqin ki, Gəncə şəhər prokuroru cənab F.Həsənəliyevin kəfəni çoxdan çürüyərdi. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı, ölkə rəhbərinin səlahiyyətli nümayəndəsi cənab E. Vəliyev hələ də dərk etmir ki, Prezidentə xəyanət etmək, Allah-Təalaya xəyanət etmək deməkdir”. Sözsüz ki, bütün bunlar dəfələrlə “Gündəm Xəbər” qəzetinin redaksiyasına üz tutan və üzləşdiyi problemlərinin ictimailəşməsinə də çalışan və əslən Gəncə şəhərindən olan Məhəmməd Gəncəviyə məxsusdur.

O redaksiyamıza ünvanladığı müraciəti ilə ölkə rəhbərinə xahişini çatdırır ki, “cənab Prezident! Mənim Sizdən xahişim odur ki, ünvanınıza ünvanladığım şikayət ərizəmi səlahiyyətli nümayəndəniz, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab E.Vəliyevə göndərilməsi üçün, müvafiq tapşırıqlarınızı verməyəsiniz. Ona görə ki, o, Sizi eşitmir, Sizə xəyanət edir. Əgər belə olmasaydı, o halda o, ulu öndər mərhum prezidentimiz Heydər Əliyevin, ölkə başçısı İlham Əliyev cənablarının və Mir Cəlal Paşayevin plakat-şəkillərini sakinlərin gözləri qarşısında təhqir edən, cıran, uzun illər insan alveri ilə məşğul olan, ailəvi yataqxanada qanunsuz komendant vəzifəsində çalışan, vaxtilə mərhum prezidentimiz Heydər Əliyevin sırf düşməni olmuş Füzuli Məmmədovun (Frenk Elkaponi), Gəncə şəhər Polis İdarəsinin sabiq rəisi N.Əfəndiyevin, şəhər icra hakimiyyətinin sabiq başçısı E.Əzizovun, onun müavini A.Əliyevin, şəhər prokuroru F. Həsənəliyevin, şəhər polis idarəsinin rəisi F.Şabanovun, rəis müavini İ.Balakişiyevin, Kəpəz rayon Polis Şöbəsinin rəisi A.Məmmədovun adamı, 1990-cı ildə dördotaqlı yataqxana evlərini F.Məmmədovun ofisinə çevirərək, ulu öndər Heydər Əliyevə qarşı təxribatlar aparan və F. Məmmədovun partiyasına özü əqidədə olanları toplayan, anası erməni olan F.Abdullayeva və başqaları, hələ də azadlıqda gəzməzdilər.

Onu da vurğulamaq istəyirəm ki, plakat-şəkillərin F.Abdullayeva tərəfindən təhqir edilərək cırılması xəbərini mənə, mənimlə qonşu olan, 2 saylı poliklinikada xadimə işləyən N.Məmmədova adlı fahişə demişdi. O, gizli yaşadığı cinayət-axtarış şöbəsinin əməkdaşı olan V.Hümbətovun maşınında, gecə saat təqribən 2 radələrində üç dəfə iş yerimə gələrək, mənə xəbər vermişdi və hər ikisi məndən dönə-dönə tələb də etmişdilər ki, mən gedib F.Abdullayevadan hüquq-mühafizə orqanlarına şikayət edim. Amma, çox keçmədi ki, N.Məmmədova ilə bərabər, V.Hümbətov da kimlərinsə göstərişi ilə, dediklərini dandılar. Mən N.Məmmədovaya zəng edərək ondan soruşduqda ki, niyə ilk dəfə dediyiniz sözlərinizi

danırsınız? O zaman o, bildirdi ki, “mən prezidentlərin şəkillərini hərləmirəm”. Poliklinikanın qarşısında isə o, məni ölümlə hədələyərək, üstümə pıçaq da çəkdi. Bundan sonra E.Əziziovun tanışları, ləzgi millətindən olan 2 bacı dələduzluqla məşğul olaraq, biri özünü Prezident Aparatının əməkdaşı, digər isə özünü Milli Məclisin üzvü kimi təqdim etdikdən sonra, ulu öndər Heydər Əliyevin və ölkə rəhbəri İlham Əliyev cənablarının plakat-şəkillərini sakinlərin gözləri qarşısında təhqir edərək bildirdilər ki, "sən bunlaramı arxalanırsan, bizə də ləzgi bacıları deyərlər" dedi.

Onu da diqqətinizə çatdırım ki, mən cinayətkarlar barəsində şəhər icra hakimiyyətinin sabiq başçısı cənab E.Əzizova şikayət edərkən, o mənə minnətdarlıq etmək əvəzinə, məni küçədə tum çırtlayan, bir gözü kor olan şəxsə tapşırdı və şikayətimə də baxmadı. Nə o, nə də ki, onun müavini A.Əliyev məni qəbul etmədilər.

Cinayətkarlar barəsində sabiq polis rəisi mərhum R.Musayevə şikayət edərkən, o da E.Əzizov kimi minnətdarlıq etmək əvəzinə, məni təhqir etdi və iki dəfə üstümə hücum çəkərək üzünü fahişələrə və polis əməkdaşlarına tutaraq dedi: "ə, bu nə danışır, dəli olub, nədir, bunu niyə tutmursunuz?" Çox keçmədi ki, polis əməkdaşları məni ruhi-əsəb dispanserinə də apardılar və həmin an da, dispanserdən çıxa bildim. Son anda məcbur olub cinayətkarlar barəsində şəhərin prokuroru A.Vəliyevə şikayət etdikdə (hal-hazırda o, Baş Prokurorluqda vəzifə sahibi) o, E.Əzizovdan və mərhum R.Musayevdən fərqli olaraq, mənə minnətdalıq edib bildirdi ki, "sən nə danışırsan, heç Əliyevləri, mənim əziz müəllimim Mir-Cəlal müəllimi təhqir etmək olarmı? Arxayın ol, baş verənlərə şəxsən özüm nəzarət edəcəm" desə də, son anda heç bir nəticə olmadı.

Maraqlı hal odur ki, kimlərinsə sifarişi ilə məhkəmədə cinayət-axtarış şöbəsinin əməkdaşı V. Hümbətov adlı dələduzun, “dezirti”nin biri, özünün və fahişə dostlarının cinayət əməllərini ört-basdır etmək adı altında, yəni mən həbs olunum deyə, məhkəmədə mənə, ulu öndər mərhum prezidentimiz Heydər Əliyevə, ölkə rəhbərimiz İlham Əliyev cənablarına şər və böhtanlar ataraq, məsxərəyə qoyaraq, utanmadan, qızarmadan, abır-həya etmədən yalandan dedi ki, "möhtərəm hakim, Məhəmməd dəli olub. Prezidentlərin şəkillərini qadınlar tualetinə o, vurmuşdu. Üstümə bıçaq çıxararkən onun qolunu burdum və yerə yıxıb bıçağı da əlindən mən aldım". Onun danışdıqlarını F.Abdullayeva, N.Məmmədova, kənarda pul verilib üzə durmağa gətirilən Azad adlı şəxs və 10 nəfər polis əməkdaşları ilə bərabər, müstəntiq də təsdiq etdi. Belə bir addımın atılması, əslində insanlığa qarşı əsl terrorizm oldu. Məhkəmədə N. Məmmədova da məni şantaj edərək bildirdi ki, "möhtərəm hakim, prezidentlərin şəkillərini Məhəmməd təhqir etdi və yararsız hala da saldı.

Beləliklə, Kəpəz rayon Məhkəməsinin hakimi cənab Salman Babayev, sabiq icra başçısı E.Əzizovun, onun müavini A.Vəliyevin, mərhum polis rəisi R.Musayevin sifarişləri əsasında, ulu öndər, mərhum prezidentimiz Heydər Əliyevin, ölkə başçısı İlham Əliyev cənablarının şərəf və ləyaqətini layiqincə qorumadılar və bir qrup fahişənin, dələduzluqla məşğul olan cinayət-axtarış şöbəsinin əməkdaşı V.Hümbətovun ayağına verərək, mənə 4 il 6 ay həbs cəzası verdi. Onu da nəzərinizə çatdırım ki, mən həbs olunduqdan sonra N. Məmmədova, məndən yenə də əl çəkmədi və 16 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə şər və böhtanlar ataraq, eyni zamanda şikayət ərizəsi də göndərərək yazmışdı ki, “Məhəmməd məni yenə də narahat edir, məni ölümlə hədələyir və bildirir ki, həbsxanadan çıxan kimi səni də, sənin həkimini də öldürəcəyəm”.

Belə bir biabırçılıqlardan sonra şəhər prokuroru cənab F. Həsənəliyev, polis idarəsinin rəisi F. Şabanov, onun müavini İ. Balakişiyev, Kəpəz rayon polis şöbəsinin rəisi A.Məmmədov, 2 saylı poliklinikanın baş həkimi, sabiq icra başçısı E.Əzizov, onun müavini A. Vəliyev, mərhum polis rəisi R.Musayev heç bir əsas olmadan haqlı şikayətimə cavab verərək bildirmişdilər ki, sizin göstərdiyiniz faktlar öz təsdiqini tapmır və belə bir səbəb üzündən də kitaba tikilmir. Baş verən

belə bir olaylara cənab E.Vəliyevin də göz yumması, yəqin ki, mərhum prezidentimiz Heydər Əliyevə və ölkə rəhbəri İlham Əliyev cənablarına qarşı bəslənilən xəyanətdir.

Onu da vurğulamaq istəyirəm ki, adı xoşagəlməz olaylarda hallanan N.Məmmədova adlı bir kimsənin, ölkəmizin səhiyyə sahəsində çalışması, yəqin ki, yolverilməz haldır. Bu birbaşa həkim kollektivinə və ora üz tutan xəstələrə qarşı hörmətsizlikdir desək, heç də yanılmarıq.

İndi düşünürəm ki, görəsən V.Hümbətov adlı dələduzun biri məhkəmədə yuxarıda adlarını çəkdiyim məmurların özlərinin, yaxud da atalarının şəkillərinə böhtanlar atıb məsxərəyə qoysaydı və yalandan desəydi ki, "möhtərəm hakim, Məhəmməd dəli olub, məmurların özlərinin və atalarının şəkillərini qadınlar tualetinə vurmuşdu", yaxud da əxlaqsızlıqla məşğul olan F.Abdullayeva, həmin şəkilləri təhqir edib yarasız hala salsaydı, onlara ofis açsaydı, N.Məmmədova adlı birisi telefonda “məmurların şəkillərini hərləmirəm” desəydi və yaxud ləzgi bacıları onların özlərinin və atalarının şəkillərini təhqir edib yarasız hala salıb "bizə də ləzgi bacıları deyərlər" desəydilər, görəsən cənab F.Həsənəliyev cinayətkarlara hansı cəzanı verərdi? Əgər belədirsə, bəs onda cənab F.Həsənəliyev ulu öndər mərhum prezidentimiz Heydər Əliyevə və ölkə rəhbəri İlham Əliyev cənablarına qarşı hörmətsizlik edən cinayətkarlar barəsində niyə ölçü götürmür? Səbəb nədir? Bəlkə F.Həsənəliyevin özü və atası ulu öndər Heydər Əliyevdən və ölkə rəhbərimiz İlham Əliyev cənablarının özlərindən və atalarından artıq şəxslər olublar ki, biz onu bilməmişik?

Cənab Prezident! Siz hər zaman etdiyiniz çıxışlarınızda bildirirsiniz ki, “uşaqlar bizim gələcəyimizdir”. Əgər bu belədirsə, bəs onda uzun illər insan alveri ilə məşğul olan, dəfələrlə keçici xəstəliyə tutulan, özü kimi düşüncə sahibi olan qadınların cinsi orqanlarına, mal-qaraya vurulan şprislərlə iynələr vuran F. Abdullayevanın fahişəxanasında böyüyən qız uşaqlarından hansı gələcəyi gözləmək olar?

Mən inanıram ki, ulu öndər mərhum prezidentimiz Heydər Əliyevin və ölkə rəhbəri İlham Əliyev cənablarının çörəyini yeyən "kişilər", onlara xəyanətlər edənlər, haqsız hökm çıxaranlar barəsində nə vaxtsa ölçü götürüləcək.

Mən media vasitəsilə üzümü dələduzluqla məşğul olan cinayət-axtarış şöbəsinin əməkdaşı B. Hümbətova tutaraq deyirəm, “yalan danışan kim olar? Deyirəm ki, kişinin gərək ləyaqəti, dəyanəti olsun. Əsas da “üzdəniraq” olmasın. Çünki, mənə və mərhum prezidentimiz Heydər Əliyevin, ölkə rəhbərimiz İlham Əliyev cənablarının plakat-şəkillərinə şər və böhtanlar atan, məsxərəyə qoyan şəxsin özü "üzdəniraqıdır". Cinayətkarı müdafiə edən hüquq-mmühafizə orqan başçılarına da ar olsun deyirəm.

Günahsız bir insanı zindana salmaq, ona heç bir əsas olmadan cəza vermək, bəzi hüquq-mühafizə orqanı əməkdaşlarının vicdansız, qəddar olmalarından xəbər verir. Bu cür əməl sahibləri, həyatda günahsız insanların nifrətini qazanırlar.

Mən bu açıqlamamı Məhəmməd Peygəmbər (s.a.s) bir kəlamı ilə başa vururam. Bir gün ağır döyüşdən sonra İmam Əli (r.a) Peyğəmbərdən soruşur: Siz mübarizəni hansı yolla aparırsınız? Peyğəmbərimiz cavab verir ki, mən səbr edib mübarizəmi aparıram. Mən də səbr edib mübarizəmi aparıram, axıra kimi də aparacagam.

Ardı var...

Məhəmməd Gəncəvi

"Qızıl Qələm" media mükafatı laureatı

Gəncə şəhəri.

Mob: 050 854 11 34
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Məhəmməd Bağırov həbs olundu

    Məhəmməd Bağırov həbs olundu ...

    11-10-2014, 12:45

  • 
  • İdarə, müəssisə, təşkilat rəhbərlərinin və digər vəzifə sahiblərinin nəzərinə!

    İdarə, müəssisə, təşkilat rəhbərlərinin və digər ...

    9-12-2016, 12:55

  • 
  • Təziyiqlərə məruz qalan jurnalist Prezidentə müraciət etdi

    Təziyiqlərə məruz qalan jurnalist Prezidentə ...

    22-01-2016, 20:01

  • 
  • Məhəmməd Gəncəvi “od püskürür”

    Məhəmməd Gəncəvi “od püskürür” ...

    8-02-2016, 21:24

  • 
  • Məhəmməd Gəncəvinin qürurlu iradəsi, yəqin ki, “nahaqqa” qalib gələcək

    Məhəmməd Gəncəvinin qürurlu iradəsi, yəqin ki, ...

    25-04-2016, 14:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu