Türkiyəyə məxsus quru yük gəmisi Kerç boğazı üzərindən Krıma çəkilən körpünü taran edib.
gundemxeber.az ölkə.az-a istinadən bildirir ki, Türkiyənin "Turkuaz Shihhing Corp" şirkətinə məxsus "Lirə" quru yük gəmisi Krımla Rusiyanın birləşdirəcək körpünün dirəklərindən birini dağıdıb.
Məlumata görə, hadisə dünən gecə baş verib. Türk gəmisi körpünün iki dirəyini sıradan çıxarıb. Gəminin 9 heyət üzvü olub. Onlardan heç biri xəsarət almayıb.
Xatırladırıq ki, körpünün tikintisi haqda Rusiya prezidenti Putin şəxsən sərəncam vermiş və inşaat işlərini şəxsən öz nəzarətinə götürmüşdü.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?