Türkiyənin Qara dəniz sahilində batan yük gəmisində 4 Ukrayna vətəndaşı həlak olub. Bu barədə məlumatı Ukraynanın Ankaradakı səfiri verib.
Türkiyə sahil keşikçilərinin xəbərinə görə, Panama bayrağı altında üzən gəmi fəlakət siqnalını yanvarın 7-də Türkiyənin Samsun vilayətinin 150 kilometrliyindən göndərmişdi. Samsun valisi Osman Kaymakın verdiyi məlumata görə, Volgo Balt 214 adlı gəminin heyətinə 11 ukraynalı və 2 azərbaycanlı daxil idi.
Kaymak bildirib ki, qəza nəticəsində 6 heyət üzvü həlak olub, 2-si azərbaycanlı olmaqla, 7 nəfər xilas edilib.
Ukrayna səfiri Andriy Sıbiha gəmidə 11 Ukrayna vətəndaşının olduğunu və onlardan dördünün öldüyünü təsdiqləyib. Həlak olanlardan ikisinin milliyyəti məlum deyil.
Türkiyə valisi sağ qalanlardan birinin sözlərinə istinadən bildirib ki, qəza güclü dalğanın gəmi gövdəsini ikiyə parçalaması ilə baş verib.
Türkiyə sahil keşikçi xidməti bildirib ki, axtarış-xilasetmə əməliyyatında bir təyyarə, üç helicopter və iki gəmi iştirak edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?