“Trend” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, bu gün səhər saatlarında nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində Çilov adası yaxınlığında Rusiya Federasiyasına məxsus quru yük gəmisinin mühərrikində texniki nasazlıq baş verib.
Hadisə ilə bağlı FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin "Qoryaçi" qəza-xilasetmə gəmisi hadisə yerinə cəlb olunub.
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasından isə “Trend”-ə verilən məlumata görə, Xəzərin Azərbaycan sahillərində xarab olmuş Rusiya Federasiyasına məxsus quru yük gəmisinə yardım üçün əlavə qüvvələr göndərilib: "Ruslara təmir işlərinin aparılması üçün administrasiyanın ağırtonnajlı gəmisi cəlb olunub".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?