Milli Şura rəhbərlərin sentyabrın 4-də Böyük Britaniyaya səfərinin müəyyən vaxta qədər təxirə salınacğı haqda məlumat vermişdik. Buna səbəb Milli Şura üzvlərinin viza probleminin olmasıdır.
Avqustun 30-da sənədlərini Böyük britaniya səfirliyinə təqdim edən qurum üzvləri hələ ki, viza ala bilməyiblər. Bu səbəbdən London səfəri qeyri-müəyyən bir vaxta təxirə salınıb.
Qeyd edək ki, Böyük Britaniya səfirliyi qeyri-yaşayış məqsədilə istənilən vizaların verilməsinə 15 iş günü ərzində baxır. Lakin sənədlərdə problem olmazsa, bu ən qısa vaxt ərzində də verilə bilər.
Xatırladaq ki, Milli Şura üzvlərindən Müsavat Partiyasının başqanı İsa Qəmbər, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və EL Hərəkatının sədri Eldar Namazovun Londona səfərində iştirakı nəzərdə tutulub.
Sorğu
Yeni dizaynımız necədir?