Fransa polisi 9 mindən çox gənci onların radikal hərəkatların tərəfdarı ola biləcəyini ciddiyə alaraq, nəzarət altına alıb.
Musavat.com-un məlumatına görə, bu barədə "Sputnik" agentliyinə fransız deputat, sosial şəbəkələrin monitorinqi üzrə Komitənin həmsədri Natali Quli bildirib.
"Radikallaşma həddində olan gənc adamlar Fransada nəzarət altındadır. Onların sayı 9 mindən artıqdır. Özü də bu gənclərin yarıdan çoxu öz dinini dəyişib - xristianlıqdan islama keçib", - Quli qeyd edib. Onun sözlərinə görə, gənclərin terrorçuların sırasına cəlb olunmasının qarşısını almağa yönəlik səylər orta məktəbdən başlanmalıdır. "Fransada gənc insanların de-radikallaşması - uzun, çox uzun işdir və bir saatın içində onu görmək mümkünsüzdür" - komitə həmsədri əlavə edib.
Bundan öncə xəbər verilmişdi ki, Fransa Suriyaya gedən radikal ovqatlı vətəndaşların sayına görə Avropa Birliyi ölkələri arasında liderlik edir. 2014-cü ilin sentyabrından bu yana onların sayı 1200-ü keçib.
Sorğu
Yeni dizaynımız necədir?