Hazırda Türkiyədə olan Britaniyalı diplomat Leigh Turner Twitter hesabından İstanbulda məhkəməsi davam edən casusluqda ittiham edilən iki jurnalistlə çəkdirdiyi şəkli paylaşdığı üçün tənqidə məruz qalıb.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan dövlət xəbər agentliyi Anadolu Ajansa verdiyi müsahibədə Britaniya Baş Konsulunun jurnalistlərdən biri ilə çəkdirdiyi şəkilidən məmnun qalmadığını bildirib.
Cumhuriyet qəzetinin baş redaktoru Can Dündar və iş yoldaşı Ərdəm Gül yayımladıqları videodan sonra hökuməti devirmək ittihamları məhkəməyə cəlb olunublar. Yayımlanan videoda Türkiyə kəşfiyyat agentliyinin üzvlərinin 2014-cü ildə Suriyaya silah göndərdiyi göstərilir.
“Bir ölkənin baş konsulu casusluqda ittiham olunan jurnalistlərin məhkəməsinə gedərək onları dəstəkləyib. Bununla yanaşı, jurnalistlə yanaq-yanağa şəkil çəkdirərək yayımlayıb. Bununla da sakitləşməyib, sosial mediada “Türkiyə necə ölkə olacağına qərar verməlidir” deyə həddini aşacaq sözlər paylaşıb,” Ərdoğan Anadolu xəbər agentliyinə bildirib.
Prezident əlavə edib ki, Törner Türkiyə hökumətinin alicənablıq və qonaqpərvərliyi ilə buradadır.
“Əgər bu insan bu ölkədə işə hələ də gedə bilirsə, bu bizim alicənablıq və qonaqpərvərliyimizdən irəli gəlir. Əgər o başqa ölkədə olsaydı, bu kimi hərəkətinə görə ölkədə bir gün belə qalmasına icazə verməzdilər,” deyə Ərdogan Anadolu xəbər agentliyinə bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?