Son zamanlar rayon icra hakimiyyəti başçılarına qarşı başlayacaq “səlib yürüşü”nün küləyi Suraxanı rayon icra başçısı İlqar Abbasovdan da yan keçməyəcək. Bizimxeber.az-a daxil olan məlumata görə, illərdir ki, rayona rəhbərlik edən İlqar Abbasovun yarıtmaz rəhbərliyi Suraxanıda problemlərin üst-üstə yığılmasına və əhalinin ciddi narazılığına səbəb olub. Suraxanını gözdən uzaq rayon hesab edən İlqar Abbasov buranı ancaq biznes fəaliyyəti üçün uğrulu məkan hesab edir. Yəqin elə bu səbəbdəndir ki, onun barəsində danışanda məsələn “avtoyuma biznesi” yada düşür. Görünür, rayondakı yolların payız-qış mövsümündə bərbad vəziyyətdə olduğunu nəzərə alan icra başçısı nəqliyyat vasitələrinə öz fəaliytətsizliyi səbəbindən yaranan palçıq probleminin aradan qaldırılmasında bu vasitə ilə “yardımçı” olmağı qərara alıb. Ancaq heç bu da son deyil. İcra başçısı binaların qarşısındakı boş, amma satılması qanunla qadağan olunan əraziləri də pula çevirməyi bacarır. Həmin ərazilər müxtəlif təyinatla ayrı-ayrı adamlara satılır və heç də ucuz qiymət qoyulmur. İcra başçısına bu işdə müavini Etibar Yolçiyev yardım edir. Müavininin yardımı ilə Suraxanı rayonunu biznes mərkəzinə çevirən İlqar Abbasov hər fürsətdən məharətlə yararlanır. Bir fakt göstərək. Bizimxeber.az-a daxil olan məlumata görə, rayonun Dədə Qorqud adlanan ərazisində 3 hündürmərtəbəli bina yerlə- yeksan edildi. Sahibkarlara milyonlarla manat dəyərində ziyan vuruldu. İcra başçısı söz verdi ki, dəymiş ziyan müqabilində sahibkarlara kompensasiya ödəniləcək. Amma bu, elə söz olaraq qaldı və sahibkarlar kompensasiya ala bilmədilər. Sonradan məlum oldu ki, əslində bu məqsədlə büdcədən kifayət qədər vəsait ayrılıb, sadəcə bu vəsaiti müxtəlif üsullarla İlqar Abbasov özu “həzm-rabeden” kecirib. Hətat “Coco-Cola”da da pay sahibi olduğu bildirilən icra başçısı əsl sahibkar olmağı da bacarıb. Danışmağı sevməyən və ictimaiyyət arasında çox görünmyən icra başçılarından hesab edilən İlqar Abbasov hətta rayon sakinlərinin belə tanımadığı rəhbərlərdəndir. Rayon ərazisində ən acınaqcalı vəziyyətin müşahidə olunduğu ərazilərdən biri də Hövsan qəsəbəsidir. Bu qəsəbədə boş torpaq tapmaq demək olar ki, mümkün deyil. Çünki icra başçısı üçün boş qalan torpaq itirilən pul deməkdir və İlqar Abbasov bunu özünə bağışlamaz. Hövsan qəsəbə nümayəndəsi, bələdiyyə sədri İlqar Abbasovun tələblərindən yorulduqlarını bildirərək gələcək təhlükəyə görə narahatlıq keçirirlər. Məlumatlara görə, satılan torpaqlarda heç bir sənəd verilmədən ev tikintisinə icazə üçün 4-5 min manat rüşvət tələb olunur. Bakının digər rayonlarının icra başçılarından fərqli olaraq İlqar Abbasovu rayonun heç bir problem maraqlandırmır. Hətta dövlət tədbirlərində, mərasimlərdə belə heç bir müzakirəyə qoşulmur, kabinetindən kənara çıxmadan idarətməyə üstünlük verən İlqar Abbasov sadəcə bir neçə mətbua orqanı ilə əməkdaşlıq edir ki, bu da ictimai rəydə özü haqqında formalaşan rəyi dağıtmağa xidmət etmək üçündür. Əslində mətbuatın bəlası ola “malalamaq” siyasəti burda da köməyə çatıb. Maraqlı məqamlardan biri də İlqar Abbasovun öz şəklindən qorxmasıdır. Bəlkə də bu, sizə qəribə gələ bilər. Belə ki, İlqar Abbasov özü, yaxud rayon haqqında yazılan hər hansı tənqidi materialdan çəkinmir və tədbir görülməsi üçün heç bir göstəriş vermir, əksinə barəsində yazılanları görməzdən gəlir. Ancaq bu məsələdə “təmkinli” davranan icra başçısı şəklini görəndə eyni təmkini nümayiş etdirə bilmir. Fotosu yayıldığı an onu çıxatdırmaq üçün bütün vasitələrdən istifadə edir. İlqar Ababsov üçün ölkədə yaranmış durumun heç bir əhəmiyəyti yoxdur. Ölkə rəhbərinin sahibkarlığın inkişafı ilə bağlı tapşırıqları da bu icra başçısı üçün diqqətə alınmalı məqam deyil. Məsələ burasındadır ki, ölkədə iqitsadi durumun çətinləşdiyi bir zamanda icra başçısı sahibkarlığın inkişafına təkan verməli olduğu halda onlar üçün problem yaradır. Məsələn, bütün market sahiblərinə süni qiymət artımı ilə mübarizə tədbirlərinin onlara şamil edilmədiyini bildirir və əvəzində aylıq haqların miqdarını artırır. Bu məsələdə market sahibləri ilə kiçik bir əməkdaşlıq da kara gəlir. Belə ki, müvafiq nazirliklərdən rayon ərazisindəki ticarət mərkəzlərində reydlərin keçiriləcəyi xəbərini öz mənbələri vasitəsilə alan icra başçısı sahibkarların dərhal məlumatlandırılması tapçırığını verir. Beləliklə reyd müddətində hər şeyin qaydaya salmasına yardım edir. Ardından hər şey köhnə axarı ilə davam edir. Qazanan icra başçısı, uduzan əhali olur. Ədil Hüseynli
Sorğu
Yeni dizaynımız necədir?