Azərbaycanın 3 böyük rayonuna (2004-2005-ci illər Nərimanov, 2005-2019-cu illər Suraxanı və 2019- cu il Şirvan) rəhbərlik edən İlqar Abbasovun rəsmi avtobioqrafiyası diqqətimi cəlb etdi. İlqar Abbasov 1958-ci ildə anadan olub və 1979-cu ildə İnşaat mühəndislər İnstitutunu bitirib. Və ... 2004-cü ildə paytaxt Bakının ən bahalı rayonu olan Nərimanova icra başçısı təyin edilib. Bəs, görəsən, 25 il ( = 2004 -1979 ) İlqar müəllim haralarda olub, nə işlə məşğul olub..? Abbasovun rəsmi tərcümeyi- halında bu 25 illik dövr bircə cümlə ilə qeyd olunub: Müxtəlif tikinti idarələrində çalışmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Adam mat-məəttəl qalır. Necə yəni 25 il...müxtəlif tikinti idarələri...sahibkarlıq-filan. Hansı idarə(lər)də ? Hansı sahibkarlıq fəaliyyəti ? Və birdən paytaxtda icra başçısı olasan ... Bu necə ola bilər axı ? Heç kimin tanımadığı sahibkarı, biznesmeni, bircə saat dövlət idarəetmə təcrübəsi olmayan birini paytaxtın ən böyük rayonuna başçı təyin edirlər. Bəli, Ramiz müəllimin sehrli əli görünür. Həmin dövrdə və elə indi də İlqar Abbasov COCA COLA şirkətinin şəriki idi. Və onun resursları Ramiz Mehdiyevin diqqətindən yayınmamışdı. Adını unutduğum məşhurlardan biri deyir ki, əlində ÇƏKİC varsa, hər şey sənə MİSMAR kimi görünəcək. Bəli, biznesmen İlqar Abbasov üçün icra başçısı olmaq ən gəlirli biznes sahəsidir. Nərimanov rayonunda torpaq, tikinti, obyekt və.s. çox bahadır. İlqar Abbasov da belə şeylərin əsl ustasıdır. İlqar Abbasov həm də hansı rayona gedirsə, qohum-əqrəbasını yığıb özünə müavin, köməkçi, şöbə müdiri aparır. Bir deyən yoxdur ki, ay yoldaş, bura dövlət qurumudur e, bu sənin üçün ailə arendası deyil, şirkət deyil.
Nərimanovdan sonra İlqar Abbasov uzun müddət, 14-15 il Suraxanıda lövbər saldı. Cənab başçı Suraxanıda da abadlıq, insanların rifahını yaxşılaşdırmaq əvəzinə ancaq torpaq alveri, tikintilərə icazə vermək bazarlığı, özünün ticarət obyektlərini artırmaqla məşğul oldu. İlqar Abbasovun təyin etdiyi icra nümayəndələri isə ancaq küçə ticarəti ilə məşğul olanlardan aylıq pul yığmaqla məşğul olublar. Yuxarıda qeyd etdik ki, İlqar Abbasov hara gedirsə, qohum-əqrəbasını da özü ilə aparır. Təsəvvür edirsiniz, başçının Suraxanıda müavini və “kassiri “ bacanağı Etibar Yolçiyev idi. İlqar Abbasov Şirvana başçı təyin olunan kimi bacanağını özünə köməkçi apardı. Görəsən, o boyda Şirvanda bir köməkçi tapmaq olmurdu ? Məqsəd bəllidir. Bütün maxinasiyaları gizlətmək üçün komandaya “yad adam” buraxmaq olmaz. Bəli, İlqar Abbasov Nərimanovda, Suraxanıda qazandığı təcrübəni indi də Şirvanda tətbiq edir. Bu barədə növbəti yazıda. P.S.CƏNAB BAŞÇI HEÇ NARAHAT OLMA, GÜN GƏLƏCƏK DTX SƏNİN DƏ QAPINI DÖYƏCƏK.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?