GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qusarın İcra Başçısı əhaliyə zülm edir – İDDİA

Qusarın İcra Başçısı əhaliyə zülm edir – İDDİA

Tarix: 1-04-2016, 12:46 Bölmə :Ölkə Baxış: 0
Qusarın İcra Başçısı əhaliyə zülm edir – İDDİA

Qusar rayon məhkəməsi vətəndaşı, rayon prokurorluğu isə başçını müdafiə edir.
Qusar rayon sakini Hacımirzə Ağamirzəyev rayon İcra Hakimiyyəti ilə bağlı şikayət məktubu göndərib.
O, Qusar rayon İcra Hakimiyyəti Başçısının məhkəmənin qərarı olmadan, xüsusi mülkiyyətində olan evini sükdürdüyünü, bununla da cinayətə yol verdiyini iddia edir. Həmin məktubu qısa ixtisar və zəruri redaktə ilə təqdim edirik:
“1992-ci ildə fərdi ev tikmək məqsədilə Qusar rayonun Samur qəsəbəsi ərazisində mənə verilmiş 0,10 ha. torpaq sahədə 5 otaqlı yaşayış evi, 2 otaqlı hamam binası, 2 otaqlı yardımçı bina tikdim. 02.06.2010-cu ilə qədər həmin evdə yaşamışam.
Əzab-əziyyətlə, külli miqdarda vəsait xərcləməklə tikdiyim xüsusi mülkiyyətimdə olan evim 02.06.2010-cu il tarixdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun şifahi tapşırığı əsasında, məhkəmənin qərarı olmadan, rəsmi xəbərdarlıq edilmədən, kompensasiya ödənilmədən, razılığım alınmadan və hətta iştirakım təmin olunmadan sökülmüşdür.”
Hacımirzə Ağamirzəyevin yazdığına görə, söküntüyə rəhbərliyi icra hakimiyyətinin əməkdaşları Şahid Fərəməzov, Elşad Əlimuradov, Nadirşah Məmmədov və Mahir Mustafayev həyata keçirib. Evin sökülməsində isə Samur-Həzrə yolunun tikintisinə ezam olunmuş, Abşeron rayonu Novxanı kənd sakini Hümbətov Polad Səfər oğlunun idarə etdiyi, Tale.A.T. şirkətinə məxsus ekskavatordan istifadə edilib. Bu zaman onun bütün əmlakı da məhv edilib: “Evimi zorla sökməklə, bütün əmlakım qəsdən məhv edilməklə, seyfdə saxladığım 30 000 manat, 800 ABŞ dolları pulum oğurlanmaqla, Azərbaycan Respublikası CM nin 157,177,186.2.1, 308 və 309 cu maddələrində nəzərdə tutulan cinayət tərkibli hərəkət edilmişdir”.
Məktub müəllifi bildirir ki, kompensasiya tələb etdiyi üçün, icra başçısı onu həbs etdirmək istəyib: “Qusar rayon icra başçısı Şair Alxasov İcra Hakimiyyətinin şöbə müdiri Ənvər Balabəyovun iştirakı ilə 2 dəfə məni rəsmi qəbul edərək, evimin söküntüsü tapşırığını şəxsən özü verdiyini təsdiqləyib. Evimin qanunsuz sökülməsi ilə əlaqədar başçıdan kompensasiya tələb etdikdə isə, o, öz nüfuzundan istifadə etməklə, rayon prokurorluğuna qanunsuz tapşırıq verərək, süni ittihamlar yaratmaqla mənə cinayət işi açdırdı. Məni əsassız olaraq Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə təqsirləndirdilər. Hətta cinayət işi yekunlaşdırılaraq məhkəməyə verildi. 3 il ərzində yüzlərlə məhkəmə baxışı keçirildikdən sonra, Qusar rayon Məhkəməsinin sabiq hakimi Telman Məmmədov cənabları icra başçısı Şair Alxasovun bütün təsir və təzyiqlərinə baxmayaraq, Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq, hörmətli prezident İLHAM ƏLİYEV cənablarının ona tapşırdığı HAKİMLİK vəzifəsini vicdanla icra etməklə, bəraət qərarı çıxardı. Qusar rayon Məhkəməsinin 11 iyul 2013 cü il tarixli hökmü ilə, cinayət hadisəsi olmadığı göstərilərək mənə bəraət vermişdir. Həmin bəraət hökmü yuxarı instansiya məhkəmələrin müvafiq qərarları ilə qüvvədə saxlanılmışdır.
Təhqiqat, ibtidai istintaq, prokurorluq, məhkəmə organlarının qanunsuz hərəkətləri nəticəsində mənə vurulmuş zərər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Dövlət büdcəsinin vəsaiti hesabından 1700 manat pul vəsaiti təzminat şəklində mənə ödənilmişdir.
Yuxarıda qeyd etdiyim əsaslara, faktlara, sübutlara görə hesab edirəm ki, tələbim haqlı və əsaslıdır. Şair Alxasov xüsusi evimi məhkəmənin qərarı olmadan, ekskavatorla sökdürməklə, bütün əmlakımı qəsdən məhv etməklə, mənə külli miqdarda zərər vurmaqla, qanunazidd hərəkət edilməsinə rəvac verməklə, konstitusion hüquqlarımı bilərəkdən kobudcasına pozulmasına tapşırıq verməklə, qanunsuzluğa yol vermişdir. Bütün bu qanunsuz hərəkətlər – evimi məhkəmənin qərarı olmadan qanunsuz sökdürməsi, mülkiyyətimdəki 0.46 ha torpaq sahəsini zorla, tamah məqsədilə əlimdən alması həmin ərazidə özlərinə böyük, hər bir şəraiti olan dəbdəbəli kommersiya obyektinin tikilməsi məqsədilə qabaqcadan planlaşdırılmışdır.
02.06.2010-cu ildən etibarən Azərbaycan Respublikasının bütün rəhbər organlarına müraciət etsəm də, bütün müraciətlərim aidiyyatı üzrə icra edilməsi üçün Qusar rayon İcra Hakimiyətinə və Qusar rayon Prokurorluğuna göndərilib. Onlar isə icra etməyərək, arxivə göndəriblər”.
Hacımirzə Ağamirzəyev müraciətlərinin dəfələrlə KİV-də də işıqlandırıldığını, televiziyalarda süjetlər verildiyini, ancaq nəticəsiz qaldığını bildirir: Evimin qanunsuz sökülməsi ilə əlaqədar mənə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə Qusar RİH-nə qarşı 332 000 manat dəyərində mülki iddia qaldırmışam. Hazırda da məhkəmə baxışları davam etməkdədir.
Xüsusi evimi qəsdən sökməklə cinayət tərkibli hərəkət etmiş vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə Qusar rayon Prokurorluğuna da müraciət etmişəm. Müraciətim Qusar rayon Polis Şöbəsinin Samur Polis Bölməsində qeyri-obyektiv araşdırılıb. Evimi qəsdən sökməklə cinayət tərkibli hərəkət etmiş vəzifəli şəxslərin cinayət hərəkətləri bilərəkdən müdafiə edilməklə, təhqiqatçı Xəqani Dadaşovun 17.11.2015-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilib.
Həmin qərardan narazı olduğuma görə Qusar rayon Məhkəməsinə şikayət etdim. Qusar rayon Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli qərarı ilə, Samur Polis Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 17.11.2015-ci il tarixli qərar ləğv edilərək, materiallar Qusar rayon Prokurorluğuna geri qaytarılıb.
Qusar rayon prokuroru Zahid Vəliyev Qusar rayon Məhkəməsinin 23.12 2015-ci il tarixli qərarından narazı olduğu üçün, həmin qərardan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına protest, yəni şikayət verməklə, Qusar rayon Məhkəməsinin 23.12.2015-ci il tarixli qərarının ləğv edilməsini xahış edib.
Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası protestə baxaraq, protesti təmin etmədən, 01.02.2016-cı il tarixli qərarı ilə, Qusar rayon Məhkəməsinin 23.12.2015-ci il tarixli qərarı dəyişdirmədən öz qüvvəsində saxlayıb.
Göründüyü kimi, Qusar rayon prokuroru Zahid Vəliyev Azərbaycan Respublikasının qanunvericilik tələblərinə zidd olaraq, zərərçəkmiş vətəndaşın pozulmuş hüquqlarını bərpa etmək əvəzinə, qanunsuz hərəkət etməklə bütün əmlakımı məhv edən vəzifəli şəxslərin cinayət hərəkətlərini müdafiə etməkdən əl çəkmir. Qusar rayon icra başçısı Şair Alxasov və İcra Hakimiyyətinin digər vəzifəli şəxsləri törətdikləri qanunsuz hərəkətlərə görə, qanunvericilik tələblərinə əsaslanmaqla, cinayət məsuliyyətinə cəlb edilməlidirlər”.
P.S. Məktubda göstərilənlərlə bağlı Qusar rayon icra başçısı Şair Alxasovun və İcra Hakimiyyətinin də mövqeyini işıqlandırmağa hazırıq.
“AzPolitika”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İcra başcısı vətəndaşın evini sökdürüb, özünə obyekt tikdirib? - Qusarda

    İcra başcısı vətəndaşın evini sökdürüb, özünə ...

    30-03-2016, 17:09

  • 
  • Qusarın icra başçısı yola salınır... - Daha 3 rayonun başçısı ilə bağlı da qərar hazırdır...

    Qusarın icra başçısı yola salınır... - Daha 3 ...

    31-08-2020, 12:12

  • 
  • Qusar rayon İcra Hakimiyyəti nə işlə məşğuldur? - Şəhidin məzarı hələ də götürülməyib

    Qusar rayon İcra Hakimiyyəti nə işlə məşğuldur? - ...

    4-01-2021, 17:45

  • 
  • Qusar sakinləri başçıdan narazılıq edirlər -MÜRACİƏT

    Qusar sakinləri başçıdan narazılıq edirlər ...

    27-05-2020, 13:03

  • 
  • Qusarın icra başçısı tezliklə kreslosu ilə vidalaşmalı olacaq – Gözlənti…

    Qusarın icra başçısı tezliklə kreslosu ilə ...

    26-10-2016, 22:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu