Bu gün Masallı rayon Məhkəməsində hakim Zeynal Zeynalovun sədrliyi ilə 7gun.az saytının rəhbəri Cavid Şirəliyevə qarşı verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclası keçirilməli idi. Ancaq şikayət verənlərin heç biri məhkəməyə gəlməmişdilər. Hakim buna görə hazırlıq iclasını 28.02.2024-cü il tarixə təyin edib.
Jurnalistin barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət edənlər Masallı rayon Ərkivan qəsəbə 3 saylı orta məktəbin direktoru və həmin məktəbin pedoqoji kollektividir. Onlar Cavid Şirəliyevin AR CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək, həbs edilməsini istəyirlər.
GundemXeber.Az olaraq, məhkəmə proseslərini diqqətdə saxlamağa çalışacağıq.
Sorğu
Yeni dizaynımız necədir?