GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Müsavatdan gedənlərin partiyaya qayıtması üçün cəhdlər göstərmək niyyətində deyiləm”

“Müsavatdan gedənlərin partiyaya qayıtması üçün cəhdlər göstərmək niyyətində deyiləm”

Tarix: 7-04-2016, 00:13 Bölmə :Ölkə Baxış: 0
“Müsavatdan gedənlərin partiyaya qayıtması üçün cəhdlər göstərmək niyyətində deyiləm”

Yadigar Sadıqov: “Vurğun Əyyub, Hikmət Hacızadə, Qubad İbadoğlunun partiyadan getməsi itkidir”

Prezidentin imzaladığı sonuncu əfv sərəncamı ilə azadlığa çıxan Müsavat Partiyasının başqan müavini və Divan üzvü Yadigar Sadıqov suallarımızı cavablandırıb. Keçmiş siyasi məhbus əsasən siyasi proseslər, Müsavatda müşahidə edilən hadisələr, AXCP ilə münasibətlər, REAL Hərəkatının perspektivi və digər istiqamətlərlə bağlı danışıb. Müsahibəni təqdim edirik.

- Yadigar bəy, siz həbsdə olanda Müsavat Partiyasının qurultayı keçirilib. Lakin qurultayda narazılıqlar da özünü göstərib və nəticədə partiyadan qopmalar müşahidə edilib. Bu vəziyyəti necə şərh edirsiniz?

- Müsavat Partiyasının qurultayı əslində nümunəvi, şəffaf, ədalətli və rəqabət şəraitində keçirilib. Hər bir namizəd üçün münasib şərait yaradılıb. Səsvermə zamanı da, say komissiyasında hər maraqlı tərəfin nümayəndəsi olub. Məncə, bununla Müsavat ilkə imza atdı. Lakin təəssüflər olsun ki, qurultaydan sonra proseslər arzu edilən istiqamətdə inkişaf etmədi. Özünü məğlub hiss edən tərəf nəticələrlə barışmaq istəmədi. Onların qurultaydan öncə verdiyi açıqlama ilə qurultaydan sonra verdiyi açıqlamalar uyğunluq təşkil etmədi. Qurultaydan sonra məğlub olan tərəf bir növ təftişçiliyə başladı. Bu da, arzu edilən deyildi. Beləcə yaranan hay-küy demokratik qurultay ab-havasını kölgədə qoydu. Sonda proses bəzi üzvlərin partiyadan uzaqlaşması, bəzilərinin isə uzaqlaşdırılması ilə nəticələndi. Acınacaqlı nəticə idi. Biz istəməzdik ki, illər uzunu bizimlə bir yerdə olan insanları itirək. Təəssüflər olsun ki, vəziyyət bu həddə çatdı.

- Hikmət Hacızadə, Qubad İbadoğlu, Adil Qeybulla, Vurğun Əyyub, Səxavət Əlisoy və onlarla belə şəxs Müsavatı tərk edəsi oldu. Sizcə, bu Müsavat Partiyası üçün itki hesab oluna bilər?

- Hər bir sıravi üzvün getməsi itkidir. Biz çalışıb sıralarımızı artırmalayıq. Belə olan halda bir nəfərin partiyadan getməsi ciddi itkidir. Xüsusilə, Vurğun Əyyub, Hikmət Hacızadə, Qubad İbadoğlu partiyanın tanınmış simaları idi. Əlbəttə, onların partiyadan getməsi itki hesab olunmalıdır.

- Tofiq Yaqublu elan edib ki, Müsavatdan gedənləri partiyaya qaytarmaq məqsədilə cəhdlər göstərəcək, ADR Hərəkatı ilə təmaslar saxlayacaq. Sizin də, belə bir missiyanız olacaqmı?

- Mən bu məsələdə Tofiq Yaqubludan daha bədbinəm. Hesab edirəm ki, yeni bir cəhd uğurlu nəticəyə səbəb olmaqdansa, sönən ocağın yenidən körüklənməsinə, qarşılıqlı ittihamlara və mübahisələrə səbəb olacaq. Buna görə də, inanmıram ki, Tofiq Yaqublu uğurlu bir işə nail olsun. Mən özüm də, belə bir cəhd etmək istəmirəm. Çünki bunun uğurlu olacağına inamım yoxdur.

- Həbsdən çıxdıqdan sonra ADR Hərəkatının üzvləri ilə görüşünüz olubmu?

- Şəxsi görüşümüz olmayıb. Çünki mən Bakıda qısa müddət oldum. Amma istər Qubad İbadoğlu, istər Əlövsət Talışxanlı, istərsə də digər şəxslər mənə zəng edərək təbriklərini çatdırıb. Bəziləri Feysbukda məni təbrik ediblər. Təəssüflər olsun ki, ancaq Vurğun Əyyub bir reaksiya verməyib.

- Bəlkə Vurğun Əyyubla əvvəllər problemləriniz olub...

- Yox. Vurğun Əyyubla hər zaman mehriban əlaqələrimiz olub, bir-birimizi yaxın hesab etmişik. Ola bilsin ki, mənim Arif Hacılını dəstəkləməyim Vurğun Əyyubu narazı salıb. Mən inanmaq istərdim ki, Vurğun Əyyub qəbul edər ki, bu mənim seçimim və mövqeyimdir.

- Ancaq iş ondadır ki, Müsavatda qalıb partiya rəhbərliyinə müxalifətdə duran gənclər qrupu da var. Sizin onlarla münasibətiniz necə olacaq?

- Yəqin sizdə görürsünüz ki, mənim bu prosesləri daha geniş müşahidə etmək imkanım olmayıb. Məhdud müşahidəmə əsasən deyə bilərəm ki, siz daha çox Müsavatda qalıb, amma partiya işində iştirak etməyənləri nəzərdə tutursunuz. Bu

da, onların hüququdur. Əlbəttə, onlar partiya rəhbərliyinə müxalif fikirdə ola bilərlər. Müsavatda dəfələrlə belə fikir ayrılıqları yaranıb. Məndə bunu normal qarşılamışam. Lakin partiya əleyhinə təbliğat, rəhbərliyin aşıqlanması və təhqir edilməsi halları baş verəndə, bu qəbuledilməz olur. Azından belə şəxslər partiyadan xaric edilir. Lakin fərqli fikirləri olanlar partiyada qala, etik qaydalara riayət edilməsi ilə fəaliyyət göstərə, gələcəkdə toparlanıb yenidən öz namizədliyini vermək və rəhbərliyə gəlmək niyyətində ola bilərlər. Bu onların hüququdur.

- Tural Abbaslı bəyan edib ki, may ayında “Ağ Bloku” partiyaya çevirib qurultay keçirəcəklər. Bu o deməkdir ki, Müsavatın bir qrup gənci də Tural Abbaslı ilə gedəcək. Durumu necə qiymətləndirirsiniz?

- Onların hüququdur. Əgər partiya yaradacaqlarsa, Müsavatdan gedəcəklər. Çünki eyni anda iki partiyada təmsil olunmaq mümkün deyil. Və yaxud onların təşkilat şəklində qalıb fəaliyyətləri Müsavatın fəaliyyəti, taktika, strategiyası və apardığı siyasətlə üst-üstə düşməsə yollarımız ayrılacaq. Əgər onlar partiya yaradarlarsa, Müsavatdan gedərlərsə, mən uğurlar arzulayaram.

- Müsavatdan ayrılan bir qrup artıq ADR Hərəkatını qurub, bir qrup isə yayda ayrılaraq Ağ Partiya qurmaq niyyətindədir. Bu təşkilatlar Müsavatdan güclü qüvvəyə çevrilə bilərmi?

- Mən buna inanmıram. Tural Abbaslının və digərlərinin təşkilatı olsun və onlar Müsavatı keçərək uğur əldə etməsinə inamım yoxdur. Bu Tural Abbaslının və digərlərinin şəxsi keyfiyyəti ilə bağlı məsələ deyil. İndi siyasi fəaliyyət göstərmək, insanlar arasında təbliğat aparmaq imkanları da məhduddur. Yalnız internet var. Əgər bərabər şərait yaranardısa, inanmıram ki, onlar Müsavatdan nüfuzlu təşkilat halına gələ bilərlər.

- Tofiq Yaqublu Müsavatla AXCP-ni barışdırmaq, münasibətləri düzəltmək və bir araya gətirmək məqsədilə təkliflər irəli sürüb. Siz bu təklifləri müdafiə edirsinizmi?

- Müsavat Milli Şuradan ayrılanda bəyan etdi ki, bu qurumla funksional əməkdaşlığa hazırdır. Yəni bizim Milli Şuradan çıxmağımız o mənanı vermir ki, tamamilə yolları və istiqamətimizi ayırdıq. Müsavatın bəyan etdiyi mövqe “ayrılsaq da, bərabərlik” mövqeyi idi. Təəssüflər olsun ki, AXCP və Milli Şura buna mənfi reaksiya verdi, bunu xəyanət kimi qiymətləndirdi. Müsavatla əməkdaşlıqdan imtina etdilər. Buna görə də, hazırda söhbət Müsavatın öz addımına yenidən diqqət etməsindən gedə bilməz. Milli Şura Müsavatla bağlı tutduğu mövqeyə yenidən baxması lazımdır. Müşahidələrimə görə, Tofiq Yaqublunun bu təşəbbüsünə Milli Şura və cəbhəçilər meylli görünmürlər. Odur ki, bu məsələdə nikbin deyiləm.

- REAL Hərəkatı Respublikaçı Alternativ Partiyası yaratmaq qərarını verib. Vaxtı ilə siz REAL-ın təmsilçiləri ilə dey.az-ın forumunda birgə iştirak edirsiniz, bu şəxsləri tanıyırsınız. REAL həmdə iddia edir ki, ənənəvi müxalifətin yürütdüyü siyasəti xalq dəstəkləmir. Necə düşünürsünüz, Respublikaçı Alternativ Partiyası ənənəvi müxalifəti əzərək əsas müxalifət partiyasına çevrilə bilərmi?

- Yeni siyasi təşkilatlar yarananda adətən müxalif partiyaları əzmək haqda düşünür. Buyurub fəaliyyətlərini göstərsinlər. Biz daha çox təşkilatların olmasını istəyirik. Mən bilirəm, İlqar Məmmədov və Natiq Cəfərli daima müxalifətin yürütdüyü taktikanı tənqid ediblər. Amma xeyli müddətdir ki, REAL Hərəkatı yaranıb, lakin mən onlardan bir fərqli şey görməmişəm. Bəlkə partiya kimi formalaşandan sonra gördük. Onlara bu istiqamətdə uğurlar arzu edirəm.

-Şəxsiyyət vəsiqənizin itməsi, bu sənədin həbsdən çıxdıqdan sonra sizə qaytarılmaması barədə xəbərlər dolaşır. Bu məsələyə aydınlıq gətirə bilərsinizmi?

-Bəli, bu barədə məlumat doğrudur. Məlumat üçün deyim ki, cəzaçəkmə müəssisəsindən azad edildiyim zaman mənə şəxsiyyət vəsiqəsinin Pentensiar Xidmətdə olmadığını bildirdilər. Dedilər ki, sənədim cəzaçəkmə müəssisəsində deyil. Eyni zamanda məsləhət gördülər ki, yaşadığım ərazi üzrə polis idarəsinə müraciət edim, ola bilsin ki, mən həbs edilən zaman şəxsiyyət vəsiqəsi polis

idarəsində qalıb. Məndə buna uyğun olaraq Lənkəran şəhərinə getdim, yaşadığım ərazi üzrə polis idarəsinə müraciət etdim. Ancaq polis idarəsindən mənə deyildi ki, şəxsiyyət vəsiqəm burada deyil. Onlar ümumiyyətlə bundan məlumatsız olduqlarını bildirdilər. Vəziyyətin belə olduğunu gördükdən sonra mən şəxsiyyət vəsiqəmin itməsi səbəbindən banka 30 manat cərimə ödədim, daha sonra isə 5 manat rüsum ödəyib yeni şəxsiyyət vəsiqəsi almaq qərarına gəldim. Ümid edirəm ki, yaxın günlərdə şəxsiyyət vəsiqəmi alacağam. Bundan sonra isə ola bilsin ki, soydamında müəyyən dəyişiklik edim.

Hüseyn ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Müsavat Partiyasının başqan müavini polis idarəsinə çağırılıb

    Müsavat Partiyasının başqan müavini polis ...

    20-02-2018, 13:28

  • 
  • Yadigar Sadıqov məktub yazıb

    Yadigar Sadıqov məktub yazıb ...

    6-07-2013, 19:25

  • 
  • Müsavat Yadigar Sadıqova azadlıq tələb edir

    Müsavat Yadigar Sadıqova azadlıq tələb edir ...

    27-06-2013, 18:35

  • 
  • Müsavat Partiyasının başqanlığına 3 nəfər namizədliyini irəli sürəcəyini bildirib

    Müsavat Partiyasının başqanlığına 3 nəfər ...

    18-09-2019, 15:29

  • 
  • Müsavatdan Yadigar Sadıqovun həbsi ilə bağlı - NÖVBƏTİ BƏYANAT

    Müsavatdan Yadigar Sadıqovun həbsi ilə bağlı - ...

    1-07-2013, 18:58


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (94)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu