Müsavat başqanının müşaviri Yadigar Sadlqovun bu gün Lənkəran rayon Polis Şöbəsindən uzun müddət dindirildikdən sonra saxlanılması və barəsəində cinayət işi qaldırılması ilə bağlı partiyadan bəyanat yayılıb.
Musavat.com saytına daxil olan bəyanatın mətnində bildirilir: "Bu gün Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov Lənkəran Şəhər Polis Şöbəsinə aparılıb. Polis şöbəsində 6 saatlıq dindirmədən sonra o, azadlığa buraxılmayıb və onun barəsində saxlanılma qərarı çıxarılıb. Y.Sadıqovun barəsində həbs qətimkan tədbiri seçilib-seçilməyəcəyinə isə sabah məhkəmədə baxılacaq. Müsavat Partiyası bildirir ki, Yadigar Sadıqovun saxlanması sırf sifarişdir və onun siyasi fəaliyyəti ilə bağlıdır. Hakimiyyət öz opponentlərini zərərsizləçdirmək üçün növbəti dəfə ənənəvi qarayaxma, şər və böhtan üsulundan istifadə edib. Müsavat Partiyası bəyan edir ki, hakimiyyət bu cür repressiya və həbslərlə ölkədə gündən-günə artan narazılıq dalğasının qarşısını ala bilməyəcək. Biz Yadigar Sadıqovun dərhal azad edilməsini, onu şərləyənlərin və şərlədənlərin cəzalandırılmasını tələb edirik".
Sorğu
Yeni dizaynımız necədir?