"Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın marağı olsa, münaqişənin həlli ilə bağlı dönüş yarana bilər".
Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri səviyyəsində dönüş əldə etmək qeyri-mümkündür: "Onlar orta səviyyəlidir. Onların işi hansısa təklifləri tərəflərə çatdırmaq, hansısa razılaşma üçün fikirləri öyrənməkdir. O ki qaldı, münaqişənin həlli üçün dönüşün yaranması məsələsinə, Ermənistan Rusiyanın cibindədir. Rusiyanın bunda marağı olsa, münaqişənin həlli ilə bağlı dönüş yarana bilər".
Qeyd edək ki, danışıqlar prosesinin bərpa olunması yollarını müzakirə etmək məqsədi ilə ATƏT-in həmsədrləri dünən Bakıda səfərdə olublar. Həmsədrlər bu gün Xankəndi və İrəvanda görüşlər keçirməyi planlaşdırırlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?