Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalından azad etdiyi kəndlərə 23 ildən sonra ilk dəfə sakinlər qədəm qoyub.
"Report"un məlumatına görə, Cəbrayıldan olan məcburi köçkünlər 23 ildən sonra ilk dəfə öz doğma kəndlərində olublar.
Azərbaycan ordusu tərəfindən işğaldan azad olunan Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndində hərbçilərin nəzarəti altında kənd sakinləri kənd qəbiristanlığını ziyarət edib, qohumlarının ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Cocuq Mərcanlı1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub.
Bununla belə kənd ətraf yüksəkliklərdəki erməni mövqelərinin atış zonası altında olub. Strateji əhəmiyyətli "Lələtəpə" yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsindən sonra Cocuqmərcanlı kəndi üçün təhlükə aradan qalxıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?