GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qənimət Zahidi Avropa da rahat buraxmırlar

Qənimət Zahidi Avropa da rahat buraxmırlar

Tarix: 8-12-2012, 11:10 Bölmə :Ölkə Baxış: 720
Qənimət Zahidi Avropa da rahat buraxmırlar

Baş redaktor şantaj və təhdidlə üz-üzə

gundemxeber.az “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid təhdid edilir. Bu barədə baş redaktor həm rəhbəri olduğu qəzetdə, həm də sosial şəbəkədəki statusunda bilgi verib. Onun sözlərinə görə, təhdid və hədələr təbii olaraq onun peşə fəaliyyəti ilə bağlıdır.
Q. Zahid onu təhdid edənlərə mesaj da ünvanlayıb: “Məni şantaj etmək və ya hədələmək istəyən bütün şəxslərin və dövlət qurumlarının nəzərinə çatdırıram: bu taktikanız arsenalınızda olan çirkin texnologiyalardan yararlanmaqla insanları necə sındırdığınızın daha bir sübutudur. Mənə qarşı bütün təhdid hərəkətlərinizlə bu əməliyyatların məhz sizə məxsus olduğunu bir daha altından xətt çəkməklə təsdiq edirsiniz. Məni hədələməklə ram edə biləcəyinizi ağlınızdan belə keçirməyin. Təsir əks-təsirə bərabərdir. Əgər çevrənizdə və başınızın üstündəki insanların sizin üçün dəyəri varsa, bu təhdid faktorundan vaz keçməyinizi məsləhət görürəm”.
Q.Zahid “Yeni Müsavat”a açıqlamasında bu təhdidin detallarına toxunub. Öncə bildirib ki, ona qarşı bu əməliyyatda iştirak edənlərdən kimlərinsə adını açıqlamaq istəmir: “Məsələn, dünyaya isinişə bilməmiş bir gənci mənim arxamca salıb hansısa murdar proyektləri icra etmək istəyirlərsə, mən bu gənci niyə ifşa edim ki?! Mənim işim bu gəncə həyatı başa salmaqdır. Axı onun gələcəyi var. Görürsünüzmü, Naxçıvandan qaçan İbrahim Musayevi? O da gəncdir, cəmi 22 yaşı var. Bizim cəmiyyət bu cür gəncləri o dəhşətlərin içindən qoparmağı, onları reabilitasiya etməyi bacarmalıdır. Mən kimisə ifşa etmək istəmirəm, yazığım gəlir. Amma mətbuatda və sosial şəbəkələrdə verdiyim açıqlamaların ünvanına yetişdiyinə şübhə etmirəm. Mən təqiblərə, təzyiqlərə vərdiş etmiş adamam. Gənc deyiləm, yaşım 50-ni haqlayıb. Buna görə də çılğınlıq etmək, hay-küy salmaq, üçüncü-dördüncü dərəcəli faktorlarla mübarizə aparmaq mənim işim deyil. Mən bu açıqlamanı ona görə verirəm ki, yaramaz və sarsaq texnologiyaları sevən o murdar mərkəzlər özlərini yığışdırsınlar”.
Q.Zahid onu da deyib ki, Azərbaycanda əlahiddə götürülmüş hər hansı dövlət orqanından şübhələnmir: “Ona görə ki, Azərbaycanda bəlli-başlı funksiyalar üzrə müəyyənləşmiş fəaliyyət prinsipləri olan heç bir dövlət orqanı yoxdur. Siyasi hakimiyyətin mövcud olmadığı, dövlət mənafelərinin beş-altı adamın mənafelərinə fəda edildiyi bir ölkədə hansı dövlət orqanı haqqında nəsə demək olar ki?! Burada Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşını da rahatlıqla terrora cəlb edə bilərlər”.
Baş redaktordan konkret hansı yazısından və ya açıqlamasından sonra bu mərkəzlərin hədəfinə gəlməsini də soruşulub. O, suala sualla cavab verib: “Sizcə, mənim fəaliyyətim diktatura qurmaq istəyən bir rejim üçün arzuolunmaz deyilmi?”
“Azadlıq”ın baş redaktoru bu açıqlamasının Fransada siyasi mühacir statusu almasına təkan verəcəyi şübhələrinə də aydınlıq gətirdi. Dedi ki, onun Fransada siyasi mühacir statusu almaq kimi bir problemi yoxdur: “Ailəm orada siyasi mühacir statusu alıb və orada da yaşayır. Mənim fəaliyyətimə görə təqib edilən ailə üzvlərimə status verilirsə, mənə əlavə hansısa arqumentlər yaratmaq lazım deyil. Və nəhayət, mənə siyasi mühacir kimi Fransada qalmaq təklif edilib, amma bundan imtina etmişəm. Hesab edirəm ki, indi siyasi mühacir kimi rahat həyat axtarmaq yox, Azərbaycan avtoritarizminə qarşı ən müxtəlif layihələr üzərində düşünmək lazımdır. Baxmayaraq ki, həyat yoldaşım və uşaqlarım siyasi mühacir statusu alıblar, bu yaxınlarda onlar da çox maraqlı layihələr üzərində fəaliyyətə başlayacaqlar”.

Elçin
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qənimət Zahid məhkəməyə cəlb edilir

    Qənimət Zahid məhkəməyə cəlb edilir ...

    24-10-2014, 10:36

  • 
  • Xədicə İsmayıl işində Qənimət Zahid söhbəti: "Bu kağız-kuğuzu...."

    Xədicə İsmayıl işində Qənimət Zahid söhbəti: ...

    5-12-2014, 22:45

  • 
  • Qənimət Zahid DİN-ə cavab verdi

    Qənimət Zahid DİN-ə cavab verdi ...

    16-01-2013, 10:47

  • 
  • Avropa.info PKK tərəfindən təhdid edilidi (Fotofakt)

    Avropa.info PKK tərəfindən təhdid edilidi ...

    26-11-2014, 22:53

  • 
  • Əhməd Davudoğlu : Milli təhlükəsizliyimizi təhdid edən istənilən təhlükəyə qarşı cavab verəcəyik

    Əhməd Davudoğlu : Milli təhlükəsizliyimizi təhdid ...

    27-03-2014, 09:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu