Bu yaxınlarda beyləqanlı sahibkar Tərlan Kamaloğlu ilə aralarında baş verən münaqişə ilə gündəmə gələn Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevdən yeni xəbər var. Qeyd edək ki, icra başçısı ilə sahibkar arasında münaqişə Tərlan Kamaloğlundan yeni salınacaq park üçün pul tələb edilməsi səbəb olmuşdu. Vaqif Abdullayevin tələblərinə əks reaksiya verən sahibkar icra başçısının söyüşlərinə tuş olmuş və nəticədə ikili əlbayaxa olmuşdu. Bu haqda məlumat verən pia.az-a Beyləqandan daxil olan məlumata görə, icra başçısı bu yaxınlarda Beyləqan şəhərindəki 20 yanvar küçəsinə asvalt vurmaqla qaz vurub, qazan doldurub. Belə ki, daxil olan məlumatda bildirilir ki, Vaqif Abdullayev həmin küçənin təmirini yaxın dostu, «Orion M» MMC şirkətinini rəhbəri Şükür Məmmədova həvalə edib. 3,4 km olan yolun hər bir kvadrat metri layihədə 12 manata hesablanıb. Standartlara görə yol çəkilişinin hər bir kvadrat metri 6-8 manata hesablanır. Lakin «Orion M» MMC şirkəti qiyməti süni şəkildə şişirtməklə böyük miqdarda dövlət vəsaitini mənimsəyib. Məlumata əsasən bu, hələ mənimsə halının ancaq bir hissəsidir. Layihədə yolun asvalt örtüyünün qalınlığı 5-6 sm nəzərdə tutulsa da, yola ancaq 2 sm qalınlığında asvalt döşənilib. Bu isə çəkilən yolun yaxın zamanda yenidən dağılacağına dəlalət edir. 20 yanvar küçəsinin çəkilməsi üçün dövlətin ayırdığı vəsaitin böyük bir hissəsi isə bu yolla mənimsənilib. Xatırladaq ki, Ş.Məmmədov əvvələr İmişli Yol İdarəisinin müdiri olub. Vaqif Abdullayev Beyləqana icra başçısı təyin olunduqdan sonra isə Şükür Məmmədov «Orion M» MMC şirkətini yaradıb və Beyləqanda çalışmağa başalayıb. Şükür Məmmədovun Beyləqandakı ən böyük işi isə, prezident İlham Əliyevin yerli əhalinin yol probleminini həll etmək məqsədi ilə Bolsulu, Təzəkənd, Kəbirli, Minstroy və Sirik yaşayış sahələrini Ağcabədinin Qaradolaq magistralına birləşdirməli olan Beyləqan-Ağcabədi yolunun çəkilməsi olub. Prezidentin bu yolun çəkilişi üçün ayırdığı 6 milyon manatın böyük bir hissəsi isə hələ yol çəkilişi başlamazdan əvvəl Vaqif Abdullayev tərəfindən mənimsənilib və layihəni öz dostuna verən icra başçısı yolun yarıtmaz və keyfiyyətsiz çəkilməsi üçün şərait yaradıb. Hardasa 3 milyon manata çəkilən həmin yol 5 ay əvvəl istifadəyə verilməsinə baxmayaraq, artıq dağılmağa başlayıb. Yolun həm asvalt örtüyü layihədə göstərildiyndən iki dəfə nazik vurulub, həm də, həmin yolun enindən iki metrə ixtisar olunub. Həmin yolda salınan 9 körpüdə isə normaya uyğun tikilmədiyinə görə çökmələr yaranıb. Məlumatda həmçinin bildirilir ki, Vaqif Abdullayev dostuna yeni tenderlərin verilməsinə çalışır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?