GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Belə situasiyada hər dəqiqə müharibə başlaya bilər”

“Belə situasiyada hər dəqiqə müharibə başlaya bilər”

Tarix: 13-04-2016, 01:19 Bölmə :Ölkə Baxış: 0
“Belə situasiyada hər dəqiqə müharibə başlaya bilər”

Rasim Ağayev: “Azərbaycan tərəfi ilk dəfə olaraq danışıqlar prosesinə “güclü əl” kimi qatılacaq”

Sabiq dövlət müşaviri, politoloq Rasim Ağayevlə müsahibəni təqdim edirik.

- Rasim bəy, 2-5 aprel tarixlərində cəbhədə baş verən döyüşləri Dağlıq Qarabağ münaqişəsinin həlli konteksində necə şərh etmək olar?

- Biz gərək bu hadisələrə, habelə onun qiymətləndirilməsinə ehtiyatlı yanaşaq. Çünki cəbhədə baş verən hadisələrin əsas məqamları - niyə qəfildən müharibə başladı, niyə dayandır məsələsi barədə dəqiq məlumata malik deyilik. Bizi heç bu maraqlandırmamalıdır da. Üstəlik ilk hücuma bizim başladığımız və ya ermənilərin bizim postlara hücum çəkməsi də əsas məsələ deyil. Söhbət ondan gedir ki, bu iki dövlət müharibə şəraitində yaşayır, ortada sülh müqaviləsi yoxdur. Atəşkəs olsa da, son 20 ildə bu dəfələrlə pozulub. De-fakto biz müharibə şəraitindəyik, de-yure isə sülh sənədi yoxdur. Belə situasiyada hər dəqiqə müharibə başlaya bilər. Biz bu məsələləri bir kənara qoyuruq. Söhbət ondan gedir ki, Azərbaycan-Ermənistan savaşı 1988-ci ildən başlayır. Ermənilər Dağlıq Qarabağa sahib çıxdılar, əlavə yeddi rayonumuzu da işğal etdilər. Bu beynəlxalq qarətdir. Dünya birliyi, beynəlxalq aləm isə sanki bunu belə də qəbul etdi. Bir dövlət də Azərbaycana üzrxahlıq bildirmədi. Faktiki dedilər ki, ermənilər nə ediblərsə düz edib, məsələ danışıqlar vasitəsilə həll edilməlidir. Həmin ərəfədə İrəvanda mitinqlər gedirdi, Rusiya bizi qəbul etmirdi, Amerikaya gedib-gələ bilmirdik, Avropa nəyin baş

verdiyinin fərqində deyildi və s. Birincisi, aprelin 2-də cəbhədə gərginlik müşahidə edildi, Azərbaycan ordusu müəyyən tədbirlərə əl atdı. 2 apreldən sonra bütün beynəlxalq qurumlar, siyasətçilər deyirlər ki, Azərbaycan hücuma keçib. Eyni zamanda beynəlxalq qurumlar Azərbaycanın ünvanına bir kəskin söz demədi. Bəli, hansısa ölkələrdə qəzetlər, ictimai insanlar konkret olaraq tərəflərdən birinin mövqeyini tutdu, ağzına gələni dedi və s. Ancaq Azərbaycanın ünvanına rəsmi olaraq bir şey səslənmədi, biz əleyhimizə olacaq bəyanatla rastlaşmadıq. Bu da, onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında siyasi vəziyyət dəyişib. Faktiki olaraq münaqişə ilə bağlı beynəlxalq cəmiyyətdə dəqiq informasiya var. Hər bir ölkə və beynəlxalq qurumlar bilirlər ki, bu torpaqlar kimindir, necə işğal edilib və s.

İkincisi, beynəlxalq aləmdə Azərbaycanın siyasi durumu tamamilə başqadır. Bəli, Azərbaycanla hesablaşırlar. Mən hadisələri qabaqlamaq istəmirəm. Görünür Azərbaycan bu məsələdə həssas davranır, lazımı məsələləri müxtəlif səviyyələrdə müzakirə edir. Baxın, dünyanın tanınmış siyasətçiləri sanki bu hadisələrə hazır idi. Azərbaycan ordusu yaxşı silahlanıb, nizam-intizam güclüdür, silah sarıdan problem yoxdur. Mən gözləyirdim ki, ordumuz bəzi rayonları geri qaytaracaq, müharibə fazasını Dağlıq Qarabağın sərhəddinə gətirəcək. Lakin belə olmadı. Buna baxmayaraq belə yanaşmaq lazımdır ki, Azərbaycan-Ermənistan konfliktində ilk dəfədir ki, Azərbaycan özünü çox qüvvətli, hazırcavab və haqlı tərəf kimi göstərib. Mənə elə gəlir ki, bu ermənilər üçün gözlənilməz oldu. Məncə, Sarkisyandan tutmuş Ohaniyana qədər onlar sanki Qarbaçov zamanında yaşayırlar. Yəni

Qarbaçov dövründə erməni tərəfi nə istəyirdisə onu da keçirirdi, özlərini hakim mütləq kimi aparırdı. Amma indi belə bir vəziyyət yoxdur. Onlar gördü ki, Azərbaycanın güclü, müasir silahlarla silahlanan ordusu var və özünü qorumaq, müharibə aparmaq imkanları və resursları mövcuddur. 2-5 aprel hadisələrindən gəlinən nəticə budur.

- Yəni Azərbaycan hərbi baxımdan Ermənistandan yüksəkdir?

-Belə də qəbul etmək olar. Onu demək istəyirəm ki, artıq ermənilərin dərsi verildi. Ermənistan faşistləri gördü ki, artıq onların qarşısında aciz kənd camaatı deyil, nizamlı ordu və siyasi qüvvə dayanıb. Məsələnin mahiyyəti budur.

Yeri gəlmişkən, qeyd etməliyik ki, bu hadisələr zamanı biz ölkədə yüksək vətənpərvərlik ab-havası gördük. Ordu böyük qüvvədir. Ola bilsin ki, daha geniş hücum təşkil etmək olardı. Ancaq bu siyasətçilərin deyil, hərbçilərin işidir. Biz ancaq ortada olan reallıqdan danışa bilərik.

- Tərəflərin əməliyyatları dayandırmaq təşəbbüsü Moskvadan gəlib, Azərbaycan və Ermənistanın baş qərargah rəisləri Moskvada görüşərək razılıq əldə edib. Bunu necə qiymətləndirmək olar?

- Düzdür, belə bir xəbər var. Yalnız əməliyyatların dayandırılması məsələsi Moskva ilə razılaşdırılsaydı, bəxtəvər olardıq. Mənim qənaətimə görə, bu məsələ ilə bağlı Moskva Vaşinqtonlada müzakirələr aparır. Bu razılaşmanın məzmununu hələlik biz bilmirik. Ola bilsin ki, bir müddətdən sonra bu məlum olacaq.

- Erməni tərəfinin tələbi məlum idi. Ermənistan cəbhədəki hər iki tərəfin ordusunun 1 apreldəki mövqelərə çəkilməsini istəyirdi. Azərbaycan tərəfi isə bu tələbi rədd edərək aldığı yüksəklikləri və əraziləri geri qaytarmayacağını elan etmişdi. Bundan sonra tərəflər indiki mövqelərdə dayanmaq şərti ilə atəşkəsə razılaşıb...

- Təbii ki, Azərbaycan bəzi yüksəkliklər əldə edib, bir kəndi azad edib. Bu müsbət haldır. Ancaq mənim qənaətimcə, yüksəkliklərin alınması strateji əhəmiyyət daşımır. Burada daha əhəmiyyətli olanı Azərbaycanın nümayiş etdirdiyi hərbi qüvvəsidir. Əsas məsələ budur. Erməniləri bu məqam qorxudur.

O ki, qaldı erməni tərəfinin tələbinə, Azərbaycan ordusunun 1 aprelə qədər ki, mövqelərinə çəkilməsini istəmək ciddi məsələ deyil. Çünki Azərbaycan tərəfi indiki məqamda hazırkı durumla da, razılaşmaya bilər.

- Rusiya xarici işlər naziri Sergey Lavrov sabah Bakıya səfər edəcək, onun ardınca baş nazir Medvedev Bakıda danışıqlar aparacaq. Bu danışıqlarda nə gözləmək olar?

- Bilirsinizmi, indi söhbət ondan gedir ki, kim problemi həll etdisə, həmin dövlətin mövqeyi Cənubi Qafqazda güclənəcək. Məncə, ABŞ anlayır ki, onun bura gələrək nəyisə həll etmək imkanı yoxdur. Düzdür, Amerika qüdrətli ölkədir, super gücdür. Amma Amerika uzaq, Rusiya isə yaxındadır. Ola bilsin ki, Rusiyanın aparıcı rolu da, Amerika ilə razılaşdırılsın. Çünki ABŞ Rusiyanın təşəbbüskarlığına etiraz

etmədi, bunu nümayişdə etdirmədi. Reallıq odur ki, yaranan indiki vəziyyətdə Rusiya aktivlik nümayiş etdirir.

- Maraqlı məqamlardan biri də, odur ki, cəbhədə baş verən hərbi əməliyyatlara Rusiya tərəfsiz yanaşdı. Sizə elə gəlmirmi ki, “Rusiya Ermənistanı dəstəkləyəcək” mifi bir qədər sındırıldı və bu Azərbaycanın diplomatiyasının hesabına baş verdi?

- Siz demişkən, Rusiya dövlət olaraq bu məsələdə bərabər ayrılmış mövqedə durdu. Həm də Rusiya bunu ustalıqla etdi. Nəzərə almaq lazımdır ki, Rusiyada mətbuatın 40 faizinə qədəri ermənilərin əlindədir. Onlar fəal işləyir. Belə vəziyyətdə Rusiya hakim dairələri tərəflərə yanaşmada bərabər mövqe sərgiləmək üçün ustalıqla oynadı. Bununla da, Rusiya göstərməyə çalışdı ki, bu məsələdə obyektivdir, konkret kiminsə tərəfini tutmur. Nəzərdən qaçırmaq lazım deyil ki, Rusiya Ermənistanla müttəfiqdir. Başqa sözlə, müharibənin uzanmağı Azərbaycanın xeyrinə deyildi. Əgər müharibə bir qədər də, uzansaydı Ermənistan müttəfiqinə deyəcəkdi ki, siz haradasınız?

- Demək istəyirsiniz ki, Azərbaycan diplomatiyası belə zərif məqamları nəzərə alaraq “hərbi əməliyyatlar və dərhal diplomatik addımlar” yanaşmasını ortaya qoydu?

- Məncə bu məqamı bizim siyasilər nəzərə aldı. Obyektiv naminə demək lazımdır ki, başqa cür ola da bilməz. Məsələn, Azərbaycan Ermənistanla müharibə edir. Ermənistan isə Rusiyanın hərbi müttəfiqidir. Üstəlik Kollektiv Təhlükəsizlik

Müqaviləsi Təşkilatı daxilində ciddi əməkdaşlıq edirlər. Yəni Azərbaycan tərəfinin addımlarını anlamaq lazımdır. Məncə, bu doğru yanaşma idi.

- ATƏT-in Minsk Qrupunun həmsədrləri artıq Bakıda görüşlərə başlayıb. Bu səfərdən nə gözləmək olar?

- Minsk Qrupundan heç nə gözləmirəm. Minsk Qrupunu formal təşkilata çeviriblər. Gəlirlər, məlumatlar yığırlar, tərəflərlə görüşürlər və bəyanat verirlər. Vəssalam! Gənclik dövrümdə anam həmişə deyirdi ki, “Rasim gəl əyri oturaq, düz danışaq”. İndi bizdə düz danışmalıyıq. Minsk Qrupunun faktiki indiyə qədər xeyri olmayıb. Ortada nəticə yoxdur. Xatırlayırsınızsa, bir ara deyirdilər ki, Qarabağın açarı Moskvanın əlindədir. Bəli, son hadisələr də göstərir ki, açarın hamısı olmasa da, yarısı Moskvanın əlindədir.

- Qarabağ münaqişəsi indiyə qədər donmuş münaqişə hesab olunurdu. Cəbhədə baş verən son olaylar münaqişəni “buzlaşma” mərhələsindən çıxarırmı?

- Mənə elə gəlir ki, yaranan vəziyyətdə müxtəlif təkliflər ola bilər. Hər şeydən əvvəl Ermənistanın daxilində müxtəlif qüvvələr var. Başqa sözlə, bəzi qüvvələr problemin sülh yolu ilə həllini tərəfdarlarıdır. Ancaq münaqişənin sülh yolu ilə həllinin əleyhinə çıxan qüvvələrdə mövcuddur. Məncə, son hadisələrdən sonra İrəvanda bəzi qüvvələr “Məqam düşüb Sərkisyanı və Qarabağ klanını hakimiyyətdən götürək” yanaşmasını ortaya qoyacaqlar. Çünki Ermənistanda daxili narazılıqlar kifayət qədərdir.

- Yəni Azərbaycan ordusunun cəbhədəki üç günlük addımları Ermənistanın daxili siyasətinə təsir göstərəcək?

- Sözsüz ki, təsir edəcək. Zənnimcə, hazırda Sərksiyanın mövqeyi ciddi şəkildə zəifləyib.

- Ordumuzun cəbhədəki addımları danışıqlar prosesində Azərbaycan diplomatiyasına əlavə güc qatacaqmı?

- Təhlil onu göstərir ki, danışıqlar prosesində ilk dəfə olaraq Azərbaycan güclü əl kimi iştirak edəcək. 1994-cü ildən indiyə qədər Azərbaycan danışıqlar prosesində müharibəni uduzan ölkə kimi iştirak edirdi. Amma indi Azərbaycan ermənilərə göstərib ki, müharibəni istədiyi an başlaya bilər, onun qüdrətli, müasir silahlarla təchiz olunan nizami ordusu var. Bu ordu qarşısına qoyduğu məqsədləri əldə edə bilər. Danışıqlar prosesində əlimizi gücləndirən digər məqam isə ondan ibarətdir ki, beynəlxalq aləm Azərbaycanın bu mövqeyini inkar etmir, onu haqsız və ədalətsiz tərəf saymır. Çünki artıq hamı razılaşır ki, Azərbaycanın torpaqları zəbt edilib. Əgər beynəlxalq aləmin ağlı, gücü, rıçaqları və bacarığı münaqişəni sülh yolu ilə həll etməyə imkan vermirsə, bu zaman işi həll etmək Azərbaycanın öz öhdəsinə düşür. Azərbaycan tərəfi də, bunu etmək üçün gücünü və potensialını nümayiş etdirib, aydın olub ki, bu imkanları mövcuddur. Ermənistan bu məqamı nəzərə almağa məcburdur. 1994-cü ildən bu yana danışıqlar prosesində deyilir ki, kompromisə hazır olmaq lazımdır. Bunu deyərkən daha çox birtərəfli kompromis nəzərdə tutulurdu. Yəni Azərbaycanın kompromisə getməsi. Ancaq indi söhbət

ikitərəfli kompromisdən gedə bilər. Hesab edirəm ki, hazırda ikitərəfli kompromisin yolu açılıb.

Hüseyn ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Müharibə başlaya bilər”- İlham Əliyevdən mesaj

    “Müharibə başlaya bilər”- İlham Əliyevdən mesaj ...

    8-08-2014, 02:17

  • 
  • Fevralın 25-də müharibə başlaya bilər

    Fevralın 25-də müharibə başlaya bilər ...

    12-02-2013, 11:37

  • 
  • Alman politoloq: “Qarabağda müharibə riski var”

    Alman politoloq: “Qarabağda müharibə riski var” ...

    12-07-2013, 10:24

  • 
  • Dağlıq Qarabağda müharibə hər an başlaya bilər

    Dağlıq Qarabağda müharibə hər an başlaya bilər ...

    2-05-2013, 17:27

  • 
  • “Biz müharibəyə hazırıq...”

    “Biz müharibəyə hazırıq...” ...

    25-01-2014, 01:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (64)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu