gundemxeber.az “Baku Steel Company” MMC “Yeni Müsavat” qəzetini məhkəməyə verib. Şirkətin mətbuat xidmətindən media quurmlarına göndərilən press-relizə görə, “Baku Steel Company”nin qəzeti məhkəməyə verməsinə səbəb qəzetin 23 noyabr 2012-ci il tarixli 311-ci (5320) sayında dərc edilən “Zülfüqarlı qardaşlarının yağmalanan zavodu bağlandı” sərlövhəli yazı olub: “Son 3 ildə bu qəzetin Azərbaycan metallurgiya sənayesinin inkişafında xüsusi yeri və çəkisi olan “Baku Steel Company” MMC-nin fəaliyyəti barədə yaydığı yalan və heç bir həqiqətə uyğun olmayan məlumatlar müəssiənin çoxminli kollektivi tərəfindən ciddi narazılıqlarla qarşılanıb. Ölkədə yaradılan demokratiya və söz azadlığından bu cür istifadə, əslində sui-istifadə faktoru kimi diqqəti cəlb edir. Məqalədə heç bir jurnalist araşdırması aparılmadan, müvafiq sənədlərə və subutlara istinad edilmədən “Bakı Poladtökmə” ASC-nin və onun İdarə Heyətinin sədri Oqtay Rəfiyevin, o cumlədən “Baku Steel Company” MMC-nin fəaliyyəti barədə yalan, həqiqətə uyğun olmayan məlumat verilib və bununla da həm müəssisələrın çoxminli kollektivinin, həm də idarə heyəti sədrinin işgüzar nüfuzuna ziyan vurulub. Bu göstərilənləri, faktiki olaraq onlar çox az bir hissədir, nəzərə olaraq müəssisə rəhbərlərı Bakı şəhəri Nizami rayon məhkəməsinə muraciət edərək, işgüzar nüfuza vurduğu zərərə görə “Yeni Müsavat” qəzetinin təkzib verməsini və müəssisələrin xeyrinə 1.000.000 (bir milyon) manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş ediblər”. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, sözügedən iddia ərizəsi onlara daxil olmayıb: “İddia ərizəsi ilə tanış deyilik. Onunla tanış olandan sonra açıqlama veriləcək. Ancaq istənilən halda mətbuatın məhkəməyə verilməsi və yüksək məbləğlərdə cərimələrin istənilməsi yaxşı hal deyil. Bu ölkədə söz və mətbuat azadlığına basqı kimi qiymətləndirilə bilər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?