GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Türk generalı

Türk generalı

Tarix: 10-04-2013, 10:23 Bölmə :Ölkə Baxış: 919
Türk generalı

İsgəndər Həmidova 65 yaşın zirvəsindən böyük qələbə müjdəsi ilə…

Həmidov İsgəndər Məcid oğlu 10 aprel 1948-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda anadan olub. 1988-ci ildə başlanan milli azadlıq hərəkatının liderlik edənlərdən biri olub. İsgəndər Həmidov 1992-ci il 16 may tarixindən 16 aprel 1993-cü il tarixə qədər Daxili İşlər Naziri vəzifəsində çalışıb. 1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusu həbsdən azad etmək, "İstiqlal" qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək kimi saxta ittihamlarla 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında azadlığa çıxıb. Bu gün İsgəndər bəyin 65 yaşı tamam olur.
Rəsmi tərcümeyi halı bir yana qoyub onun haqda öz sözümüzü danışaq. Çünki öncə SÖZ yarandı... Yaradanın bir «ol» sözündən yarandı hər şey, yaradılanlar özləri yaratmaq eşqinə düşdülər.. Sonra beynin çevrədən dərk etdiyi nəyəsə ad verdi İnsan və özü Söz yaratdı. Sanki yaratdığının sehrinə düşdü, gözəlliyinə, gücünə vuruldu insan. Bu vurğunluq sehrində yaşaya-yaşaya yaratdı, yarada-yarada yaşatdı.
Yaradılmışın sayı yaradanın sayını keçdi. Yaradıldıqca, çoxaldıqca adiləşdi insan üçün söz. Zihaf gecəsi gərdək əvəzinə əyyaşlar məclisinə atılmış bakirə qız kimi təkrar-təkrar çeynəndi, bütün gözəlliyini itirdi söz. Sevərək də öldürmək olurmuş. İnsan sözü sevə-sevə, bu sevgi təsirindən yarada-yarada öldürdü. Amma bu çox sonralar oldu (bəlkə də «sözün su qiyməti» aldığı zamanımızda). Öncə yaranan söz isə Tanrı nəfəsi qədər pak, müqəddəsdir. O ilkin sözlərhansısa gözəgörünməz qüvvəylə sonadək bakirəliyini saxladılar. Əyyaşlıq bu gözəlliyə toxunmaq gücündə deyildi... İlk öncə söz yarandı, Tanrı sözü. Sonra yer, göy, insan, torpaq...
...Və tarixin hansısa uzaq bir anında, sözün Tanrı pıçıltısının paklığına qovuşduğu zamanda kiminsə dilindən bir söz çıxdı: TÜRK! Kimə, nəyə deyildi bu söz? İlk dəfə hansı formada, hansı anlamda işləndi görəsən? Min illər sonra yerlə göylə əlləşən, səmanın gözəgörünməzliyinə belə nüfuz edən alimlər baş sındırdılar bu sözün ilkin forması, anlamı üzərində. Amma çifayda. Türk sözü kimsəyə öz sirrini açmadı. Sanki Tanrı dili ilə, Tanrı dərgahında söylənmişdi bu söz...
...Və Tanrıdan gələn başqa bir söz: SAVAŞın sizinlə, savaşanlara qarşı savaşın! Tanrı öz elçilərindən birinə «İsa mənim sözümdür»-deyə tərif verib. Əslində bütün elçilər Tanrı sözünün bəşərə çatdırıcısıdır. Amma bu elçilərin hamısı da bəşərin baqısına məruz qaldı. Sözünün, elçisinin qorunmadığı bir zamanda verdi Tanrı bu əmri: Savaşın...
... Qısa, qəzəb dolu, sensasiyalı siyasi xəbərlərə alışmış oxucunu bəlkə də yorduq. Amma bu girişimiz elə yazacağımız ünvanın təyinatı üçündür. Savaşdan və Türkdən yazacayıq. SAVAŞAN TÜRKdən.
Əslində bu bir savaşdır, səngərlər qazılmasa da, əlimizdə silah olmasa da itkimiz-ölənimiz, döyülənimiz, tutularaq əsir alınanımız var. Ortada iki ordunun savaşı gedir. GENERAL bir çoxları üçün sadəcə bir rütbə sayıla bilər, amma illərdir zülmə və şərə qarşı apardığımız savaşın önündə olan isimlərdən biri olan İSGƏNDƏR HƏMİDOV bu rütbəni həmdə savaşımızın önündə olması ilə təsdiqlədi. TÜRK GENERALI obrazı ilı. İllərdir millətinin və dövlətinin adına haqq bildiyi bütün mövqelərin ən sərt məqamında onu gördük. Keçilən yolda həbs də oldu, təqib də, işgəncə də, təhqir də...Qara vicdanlarını qara əməllə ortaya qoyanlar BOZ QURDun qəfəsə sığmadığının fərqinə varmadılar. İsgəndər bəy məhbəsdə belə dünyanı dar etdi bu insanlara.
Milyonlarla kapitala, minlərlə boynuyoğunlara, zor və işgəncə aparatına, daha nələrə, nələrə sahib olanlar daş divarlar arasındakı bir söz adamının qələmi qarşısında aciz qaldılar.
Ötən illər ərzində nələr yaşamadıq ki, 93-cü ilin ağır günlərindən bu yana harda Azərbaycan, Demokratiya, Vətəndaş söhbəti oldusa o söhbətlərin başında İsgəndər bəy də oldu...
Nə zaman rejim azadlığa, millətə qarşı durdusa, cismi və əqidəsi ilə dəyənəyə və zorakılığa qarşı İsgəndər bəyi gördük... Ölümü, şəri, həbsi göz önünə alıb çıxdı bu yola. «Çeynənən bir millətin haq bağıran səsi» kimi hər kəsi susdurdu. Bu mübarizəni həm də savaş kimi gördüyümüzdən general rütbəsində görmüşük onu. İndi TÜRK GENERALIna qarşı şər rejimin oliqarxları və generalları dayanıb. QƏLƏBƏ sözünə, özünə və millətinə xəyanət etməyənindir. SAVAŞINDA SÖZ QƏLƏBƏN QUTLU OLSUN, TÜRK GENERALI!!!.. 65 yaşın zirvəsindən böyük qələbə müjdəsi ilə…

“Gündəm xəbər”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsgəndər Həmidov da Milli Şuradan imtina etdi

    İsgəndər Həmidov da Milli Şuradan imtina etdi ...

    10-01-2014, 18:15

  • 
  • İsgəndər Həmidov sərbəst buraxıldı

    İsgəndər Həmidov sərbəst buraxıldı ...

    29-05-2013, 19:08

  • 
  • İsgəndər Həmidov bu çıxışa görə həbs olundu- VİDEO ÇIXIŞ

    İsgəndər Həmidov bu çıxışa görə həbs olundu- ...

    29-05-2013, 17:02

  • 
  • MSK İsgəndər Həmidovun şikayətinə baxdı

    MSK İsgəndər Həmidovun şikayətinə baxdı ...

    16-10-2015, 17:15

  • 
  • İsgəndər Həmidov: "Üstümə tapança çəkdilər"

    İsgəndər Həmidov: "Üstümə tapança ...

    29-05-2013, 20:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu