Mart ayında İngiltərənin paytaxtı Londonda səfərdə olan bir qrup azərbaycanlı jurnalist vətənə qayıdan zaman xoşagəlməz halla üzləşib.
Belə ki, 28 mart səhər saatlarında Heydər Əliyev adına hava limanına enən jurnalistlər Tural İbadov və Elmir Həsənovun çantalarının zədələndiyini, içərisində olan əşyalar isə sındığını görüblər. Jurnalist İradə İsaqın çantasında olan bir sıra əşyalar isə oğurlanıb.
Moderator.az məsələni araşdırmaq üçün jurnalist Tural İbadovla əlaqə saxladı. T. İbadov deyilənləri təsdiqləyərək müxbirimizə bildirdi ki, onun çantasında sınan əşyalar olub və o, çantanın üzərinə xüsusi işarə vurduraraq çantada sına biləcək əşyaların olduğunu bildirib. Amma buna baxmayaraq AZAL-ın texniki personalı çanta ilə kobud rəftar ediblər. Nəticədə çantada olan əşyalar sınıb. Həmçinin orada olan mayenin qapağı açılaraq geyim əşyalarının üstünə dağılıb.
Tural İbadovun sözlərinə görə, o, məsələ haqda AZAL-a məlumat versə də məsələ ilə bağlı heç bir nəticə olmayıb.
Sorğu
Yeni dizaynımız necədir?