Modern.az saytı xəbər verir ki, millət vəkili Zahid Oruc Milli Məclisin aprelin 15-də keçirilən iclasında ermənilərə çağırış edib.
O, Dağlıq Qarabağdakı ermənilərə çağırış edərək bildirdi ki, onların təhlükəsizliyinin təmantıçısı yalnız Azətrbaycan dövləti ola bilər:
“Siz yetər ki, Azərbaycan Konstitusiyasına riayət edib burada yaşamanı qəbul edin, əlinizdəki silahı Serj Sərkisyana çevirin”.
Deputat deyib ki, bu gün ermənilər Rusiyanın son hadisələrdə balanslı və bitərəf mövqe tutumasından qəzəblənib və bu mövqeyə hiddətləniblər.
“O zaman soruşuram ki, görəsən bu gün ruslar Dağlıq Qarabağı azad etməyə yardım edib, yoxsa Ermənsitan ərazisini işğal etməyə kömək edib. Bu gün təkcə Rusiya bitərəf olsun və müdaxilə etməsin, bu bizə yetərlidir. Biz öz problemimizi həll edək.”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?