Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Suriyanın əsasən ermənilər yaşayan Kəssab bölgəsində atışmaların güclənməsində Türkiyənin hər hansı müdaxiləsinin olmadığını açıqlayıb. “gundemxeber.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Davutoğlu insani məsələlər müzakirə mövzusu olduqda Türkiyənin heç bir etnik və dini ayrı-seçkilik göstərməyəcəyini qeyd edib. Nazir bəzi çevrələrin qəsdən Türkiyənin orada qarşıdurmaya dəstək verməsi ilə bağlı şayiələr yaydığını vurğulayıb: Davutoğlu Suriyada yaşayan ermənilərin sıxıntı ilə qarşılaşaqları halda Türkiyə torpaqlarına gələ bilcəklərini deyib: “Hər cür yardım etməyə hazırıq. Xüsusilə də erməni toplumuna səslənmək istıyirəm, heç bir təxribat xarakterli şərhələrə aldanmasınlar. Türkiyə erməni cammatının da içərisində olduğu çox mədəni ölkədir. Kəssabdan və ya başqa bir yerdə ermənilər Türkiyəyə gəlmək istərlərsə xoş gəldilər, səfa gəldilər”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?