gundemxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərdəki şadlıq evlərinin birində qeydə alınıb.
Şəhər sakini, 1993-cü il təvəllüdlü Asif Əliyev iştirak etdiyi toyda mübahisə zəminində döyülüb. O kəllə beyin travması əlaməti ilə dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?