gundemxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Tatar kəndində qeydə alınıb.
Kənd sakini, 1974-cü il təvəllüdlü Rizvan Tağıyev döyülərək müxtəlif bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, R. Tağıyev tanışı tərəfindən döyülüb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdıra aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?