Göyçay rayonu Cəyirli kənd sakini Feyzullayev Rahim Zülfü oğlu tərəfindən “Gündəm Xəbər”ə ünvanlanan şikayət ərizəsini çoxsaylı oxucularımıza təqdim edirik.
Nəhayət ki, biz deyən kimidə oldu. 10 aprel 2016-cı il tarixdə Göyçay rayon məhkəməsinin sədri Fərhad Əfəndiyev rüşvət alıb saxta qətnamə çıxardı.Biz ailəliklə intihar edəcəyimizi elan etmişdik.Ancaq 16 saylı Dövlət Reyestr xidmətinə yeni rəis təyin edilmiş Yusif İsayev (Bərdə rayon icra başçısı Vidadi İsayevin qardaşı) bizi qəbul edib bildirdi ki, siz tam arxayın olun qətnamədən apellyasiya şikayəti verin təkrar ekspertiza keçirilməsini xahiş edin belə olanda şəxsən özüm iştirak edib ədalətli qərar çıxarılmasını təmin edəcəm.Hətda otağına saxta ekspert rəyi vermiş mütəxəsis Şahəddin Tacəddinovu çağırıb danladıda.Dedi ki, təkrar ekspertizanı şəxsən özüm edəcəm sənin verdiyin rəy düz gəlməsə barəndə cinayət işi açılması üçün prokurorluğa müraciət edəcəm.Biz də buna görə arxayın olub rüşvətlə çıxarılmış məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermişik.Qeyd edim ki, 16 saylı Dövlət Reyestr xidmətinin rəisi Ədalət Cabbarov Əmlak Məsələləri Komitəsinin Qazax rayon şöbəsinə müdir vəzifəsinə keçirilib. Onun yerinə Bərdə rayon icra başçısı Vidadi İsayevin qardaşı Yusif İsayev təyin edilib. Xatırladım ki. Göyçay rayonunun Cəyirli kəndində 11 nəfərlik ailəmizə 1998- ci il tarixdə pay torpaq sahəsi verilib.Həmin torpaq sahəsi başqa şəxs tərəfindən zəbt edildiyi üçün uzun müddət çəkən məhkəmə mübahisələrindən sonra qanunu qydada 0,68 ha torpaq sahəmizin ölçüləri ekspert mütəxəsisləri tərəfindən müəyyən edilib mərz nişanları qoyuldu.Bütün bunlar Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə məhkəmə icraçıları və Əmlak Komitəsinin əməkdaşları tərfindən həyata keçirildi və buna dair akt tərtib edildi.( bütün bu prosesləri video lentə almışıq) Bundan sonra halal torpağımızda əkin- biçin aparmaq üçün orada təmizlik işləri aparmağa başladıq.Torpağımızı əvvəl zəbt etmiş Fərhad Səfərəliyev buna dözə bilməyib məhkəmədə yenidən iddia qaldırdı. Hakim Fərhad Əfəndiyev isə tam qanunsuz olaraq iddianı icraata götürüb yenidən ekspertiza keçirilməsinə dair qərardad çıxartı və rüşvət hesabına 0,27 ha torpağımın iddiaçı Səfərəliyevə məxsus olmasına dair qanunsuz qətnamə çıxartdı.Hansı ki, bu iş üzrə məhkəmənin qanunu qüvvəyə minmiş və icra olunmuş qətnaməsi var idi.Həmçinin bu rayon məhkəməsində yox İnzibati-İqtisadi Məhkəmədə baxılmalı olan bir iddia idi. Biz ölənə kimi qanunu mübarizəmizi aparacayıq.29 aprel 2016-cı il tarixdə Ədliyyə Naziri cənab Fikrət Məmmədovun Zərdab rayonunda vətəndaşlarla keçirəcəyi görüşdə iştirak edib Fərhad Əfəndiyevin qanunsuz əməlləri barədə subutlar təqdim edəcəyik.Bu hakim saxtakar əməlləri ilə vətəndaşları bezdirib cana yığıb. Yazıda bütün fikirlərlə bağlı adları keçən hər bir şəxsin qarşı tərəf olara mövqeyini bildirmək hüququ var. Belə ki, qed olunan ittihamlarla bağlı qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?