KXCP Nizami rayon təşkilatının sədri Südeyif Sadıqlı Azərbaycan və Türkiyənin birləşməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib. S.Sadıqlı mərhum prezident Əbülfəz Elçibəyin də iki dövlətin birləşməsini arzuladığını xatırladıb: “ Mətbuatımızda İlkər Başbuğun maraqlı fikri yer aldı. Deyir ki, “Ən böyük xəyalım Türkiyə və Azərbaycanın tək dövlət olmasıdır”. Təqdirəlayiq fikirdir. İlkər bəyə olan hörmətimlə yanaşı, bu məsələyə Elçibəyin də münasibətini bildirmək istərdim. Elçibəy Türkiyə ilə Azərbaycanın konfederativ dövlətdə birləşməsini istəyirdi. Həm də gələcəkdə buraya digər türk dövlətlərinin də qoşulmasını istəyirdi. Nə üçün konfederativ? Bəy izah edirdi ki, əgər bir dövlətdə birləşsək, dünyadakı türk dövlətlərinin sayını azaltmış olarıq. BMT-də, ATƏT-də və digər beynəlxalq qurumlarda səsimiz azalar. Konfederativ dövlət yaratsaq, həm sayımız dəyişməz, həm də bir olarıq. Ən azı xarici siyasətdə və orduda. Elçibəyə və Başbuğa sayğılarla!”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?