Şikayət mayın 7-də “Express” poçt xidməti ilə göndərilib və ayın 13-də Fransa gömrüyünə daxil olub Bakı İstintaq Təcridxanasında saxlanan Müsavat başqanının müavini, “Yeni Müsavat” qəzetinin yazarı Tofiq Yaqublunun Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi şikayət yoxa çıxıb. İyunun 10-da “Media forum” saytına danışan vəkil Nemət Kərimli deyib ki, şikayətdə Tofiq Yaqublu haqqında seçilmiş həbs qətimkan tədbirinin qanunsuz olduğu vurğulanır: “Şikayət mayın 7-də “Express” poçt xidməti ilə göndərilib və ayın 13-də Fransa gömrüyünə daxil olub. İyirmi gündən artıq idi ki, sənədlərdən xəbər yox idi. Bu gün isə “Express” poçt xidmətindən sənədlərin Fransa gömrüyündə itdiyini bildirdilər”. İsmayıllı hadisələrində günahlandırılan Tofiq Yaqublu bu il fevralın 4-dən həbsdədir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?