Cəbhəyanı kəndlərdə bu gün partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) aprelin 21-də Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.
Hesabata əsasən, bu gün Agentlik tərəfindən 10 ev, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi və 1 ədəd 82 mm-lik minaatan mərmisi) aşkar edilib, 39 partlayış yeri, 2 əkin sahəsi və 32 250 kv.m ərazi yoxlanılıb.
Məlumata görə, partlamamış hərbi sursatlar Ağdam rayonunun Ballar və Yusifcanlı kəndləri ərazisində aşkarlanıb.
Ümumilikdə, Agentlik tərəfindən 07-21 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 310 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış kecirilmiş, 139 ədəd partlamamış hərbi sursat aşkar olunaraq, zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?