GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Eldar Mahmudovun şər imperiyasının qurbanları

Eldar Mahmudovun şər imperiyasının qurbanları

Tarix: 22-04-2016, 00:26 Bölmə :Ölkə Baxış: 0
Eldar Mahmudovun şər imperiyasının qurbanları

300 min istədilər, vermədi, ömürlük cəza aldı…

“Mənim oğlum casus deyil, vətənini, dövlətini sevən, ömrü boyu haram tikə yeməyən adamdır. MTN-də oğlumdan 300 min manat tələb ediblər, istədikləri məbləği ala bilmədikdə işgəncə veriblər, döyüblər, ayağını sındırıblar, boynuna narkotik vasitə, vətənə xəyanət kimi ağır ittihamlar qoyublar, ömürlük həbsə atıblar”. Bunu virtualaz.org saytına Iran kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilən Hafiz Vəliyevin anası Dilzarə Vəliyeva deyib.

Söhbət 2013-cü ilin mayında MTN-in keçirdiyi səs-küylü “casus əməliyyatı” zamanı həbs olunan iki nəfərdən birindən gedir. Həmin vaxt MTN elan etmişdi ki, Hafiz Vəliyev və Müdafiə Sənayesi Nazirliyinin işçisi olan Ağamir Ağamirov Iran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunublar, SEPAH-ın “Qaffari” adlı əməkdaşı ilə görüşərək Iranın xeyrinə casusluq etmək öhdəliyini üzərlərinə götürüblər. Sonradan qapalı keçirilən məhkəmə prosesində bu şəxslərə ən ağır cəza-ömürlük həbs cəzası verilib.

Ancaq H.Vəliyevin anası Dilzarə Vəliyeva deyir ki, oğlu əslində MTN-in keçmiş rəhbərliyinin formalaşdırdığı cinayətkar qruplaşmanın çoxsaylı qurbanlarından biridir. Belə ki, MTN əməkdaşları əslində H.Vəliyevi Irana casusluq ittihamı ilə şantaj edərək ondan yüz minlərlə dollar pul qoparmaq istəyiblər. Xırda ticarətlə məşğul olan H.Vəliyevdə isə MTN-çilərə verməyə bu qədər pul olmadığına görə ona amansız işgəncələr veriblər, qurama ittihamlarla qapalı məhkəməyə çıxarıblar və ömürlük həbsə məhkum ediblər.

“Oğlumun MTN-də olduğunu bizə demirdilər”

D.Vəliyevanın sözlərinə görə, oğlu Hafiz 20 ilə yaxın kiçik bizneslə məşğul olub, Irandan, Dubaydan gətirdiyi qab-qacaqları Mingəçevir şəhərindəki özünəməxsus mağazada satıb. Qab-qacaq mağazası ilə yanaşı Hafizin dini rəmzlərin, suvenirlərin satıldığı dükanı da olub. Növbəti dəfə Irana mal dalınca gedərkən 2013-cü ilin mayında hava limanında saxlanılıb. Üç gün onun harada olduğunu öyrənə bilməyiblər. Sonradan Hafiz Vəliyevin MTN-də saxlanıldığı bəlli olub.

Dilzarə Vəliyevanın danışdıqlarından: “Həmin gün gəlinim zəng vurub dedi ki, evimizdə axtarış aparırlar, Hafizin həbs olunduğunu deyirlər. Üç gün oğlumu axtardıq, tapa bilmədik. Evdə axtarış aparanlar bizə Hafizin harada olduğunu demirdilər. Üç gündən sonra məlum oldu ki, oğlum MTN-də saxlanılır. Bizi vəkil tutmağa da qoymurdular, dedilər dövlət tərəfindən vəkillə təmin olunub. Istintaq dövründə Hafizin dostlarını, biznes ortaqlarını bir-bir MTN-ə çağırıb, dindirdilər. Cəmi 12 nəfərə yaxın adamı istintaq adı altında MTN-ə çağırıblar, şantaj ediblər, pullarını alıb buraxıblar. Düz 1 il 3 ay oğlumun üzünü görmədim. Məhkəmə prosesi də qapalı keçirilirdi, yalnız məhkəməyə gətiriləndə Hafizi uzaqdan görə bilirdim, övladımı elə hala salmışdılar ki, tanıya bilmədim, çox arıqlamışdı, ayağını çəkirdi. Öyrəndik ki, ona amansız işgəncələr veriblər”.

“Bu qədər pulu haradan tapa bilərdik axı?”

D.Vəliyeva deyir ki, oğluna əvvəlcə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxta ittiham irəli sürülüb. Onun bildirdiyinə görə, saxlanılanda Hafizə əvvəlcə deyiblər ki, guya maşınında külli miqdarda narkotik vasitə olması barədə onlarda məlumat var. MTN-ə aparanda isə ona vətən xaini, casus damğası vurublar, deyiblər ki, guya Iranın xeyrinə casusluqla məşğul olub. “Barəsində cinayət işi başladıblar, deyiblər ki, 300 min manat versə casusluq ittihamını götürəcəklər, narkotik ittihamı ilə məhkəməyə çıxarıb yüngül cəza ilə azadlığa buraxılmasına kömək edəcəklər. Hafiz o qədər pulu haradan tapa bilərdi axı? Tələb olunan məbləği verə bilməyəndə oğluma vətənə xəyanətlə bağlı saxta ittiham irəli sürdülər” – qadın danışır.

D.Vəliyevanın bildirdiyinə görə, MTN-də oğluna işgəncələr verilib, sol ayağı dizdən aşağı sındırılıb, müntəzəm olaraq döyülüb. H.Vəliyevin işinin istintaqını MTN-in Istintaq Idarəsinin rəisi, hazırda həbsdə olan general Mövlan Şıxəliyev şəxsən nəzarətdə saxlayıb. Iş üzrə müstəntiq isə Kənan Əliyev olub. “Oğlumdan 300 min manat tələb edən də həmin müstəntiq olub. Ona deyib ki, 300 min gətirsə məhkəməyə narkotik ittihamı ilə çıxarılacaq. Ancaq nə narkotik, nə vətənə xəyanət ittihamı mənim övladıma yaraşmır. Hafizi tanıyanlar onun necə vətənpərvər olduğunu bilir. Vətəninə, dövlətinə çox bağlı insandır. Oğlum Qərb Universitetini bitirib, bir ilə yaxın Iranın Qəzvin şəhərində oxuyub, dindar, hacı adamdır. Ziyarətgahlara insanları aparırdı, köməksizlərə əl tutur, yardım edirdi. Mingəçevir, Bərdə camaatı Hafizə, onun xeyirxahlığına yaxşı bələddir” – D.Vəliyeva deyir.

“Pul vermədiyimə görə bu qədər alçaqlığa gedəcəklərini düşünmürdüm”

H.Vəliyevin anası yada salır ki, istintaq oğlunu Iran vətəndaşı olan Əhməd Qəffari adlı şəxslə əməkdaşlıqda ittiham edib. Hansı ki, bu adda adamın mövcudluğunu göstərən heç bir dəlil, heç bir əlamət ortaya qoyulmadı: “MTN onun Əhməd Qəffari adlı Iran vətəndaşı ilə hər hansı təmasını sübut edən heç bir dəlil göstərməyib. Yəni, belə bir adamın Hafizlə hər hansı bir əlaqəsi üzə çıxmadı. Istintaq zamanı son 10 ildə Hafizin telefon nömrələri, danışıqlar, evimizdə, mağazada aparılan axtarışlar, şəxsi həyatı, ticarət əlaqələri belə araşdırıldı. Bütün bu araşdırmalara baxmayaraq orada Əhməd Qaffari adlı şəxslə heç bir təmas müəyyən olunmadı. Ancaq oğlumun üzərindən bu qurama ittihamı götürmədilər”.

Hafiz Vəliyev özü barəsində çıxarılan hökmdən verdiyi apelyasiya şikayətində ona qarşı irəli sürülən ağır ittiham barədə bunları yazır: “Onların istədiyi pulu vermədikdə düşündüm ki, yəqin casusluq ittihamının boşa çıxdığını görüb məni qurama narkotik ittihamı ilə məhkəməyə çıxaracaqlar. Çünki müstəntiq özü ”pul verməsən ən azı narkotiklə içəri gedəcəksən” demişdi. Ancaq pul vermədiyimə görə bu qədər alçaqlığa gedəcəklərini, mənə vətən xaini damğası vuracaqlarını ağlıma gətirməzdim. Mən bir müsəlmanam, özümü vətənpərvər azərbaycanlı hesab edirəm. Dövlət mənə nə pislik edib ki, mən də ona xəyanət edim?”

Hafiz Vəliyev apelyasiya müraciətində bildirir ki, Azərbaycan dövlətinə, onun qanunlarına güvənir. Azərbaycanın milli mənafelərini həmişə üstün tutub, heç bir düşmənçilik fəaliyyəti ilə məşğul olmayıb: “Istintaq zamanı yüzə yaxın adam dindiriblər. Onlar da mənim dövlət mənafelərini qoruduğumu bildiriblər. Necə ola bilər ki, məni dövlətə xəyanətdə günahlandırsınlar?”

Müstəntiq “heç olmasa 100 min verin” deyir

D.Vəliyeva deyir ki, istintaq yekunlaşıb iş məhkəməyə göndərilən ərəfədə müstəntiq Kənan Əliyev o biri oğlu Xəyyamı çağıraraq heç olmasa 100 min manat vermələrini istəyib. Hətta bir dəfə Hafizi Xəyyamla görüşdürüb də. Xəyyam ondan soruşub ki, bəlkə şeytan aldadıb səni, bizə düzünü danış. Hafiz isə bircə kəlmə deyib ki, bu işin üstü onsuz da açılacaq, qoy nə qədər istəyirlər araşdırsınlar, heç kimə pul verməyin, mənim heç bir günahım yoxdur.

Kürdaxanıya gələn MTN əməkdaşı dustaqdan nə xahiş edib?

Dərdli qadının danışdıqlarından məlum olur ki, ötən ilin oktyabrında Eldar Mahmudovun işdən çıxarılmasından, onun mütəşəkkil qruplaşmasının üzvlərinin həbsindən sona Anar adlı MTN əməkdaşı 1 saylı Istintaq Təcridxanasına gələrək “bank işçisi” adı altında H.Vəliyevlə görüşüb. Görüş zamanı H.Vəliyevə məlum olub ki, həmin şəxs bank işçisi deyil, MTN əməkdaşıdır.

Həmin əməkdaş cəmi bir neçə ay əvvəl MTN-də işgəncəyə məruz qoyduqları, saxta ittihamlarla ömürlük həbsə atdıqları Hafizə bu dəfə yalvar-yaxar edib ki, MTN-də baş verənlər barədə heç nə danışmasın, heç kimə heç nə deməsin. Bildirib ki, apelyasiya məhkəməsində ona köməklik ediləcək, bəraət veriləcək. “Bu, bir daha sübut edir ki, mənim oğlumu günahsız həbs ediblər. Dəfələrlə bu işin yenidən araşdırılması ilə müxtəlif qurumlara şikayət etdik, xeyri olmadı. Açıq-aşkar deyirdilər ki, bizlik deyil, MTN qoymur” – D.Vəliyeva deyir.

“MTN Allah deyil, Allahdan qorxun!”

H.Vəliyevlə eyni vaxtda onun tanışı, Müdafiə Sənaye Nazirliyinin baş məsləhətçisi Ağamir Ağamirov da eyni ittihamlarla həbs olunub və məhkəmənin hökmü ilə ömürlük cəza alıb. D.Vəliyeva deyir ki, Ağamirin atası Novruz Ağamirov oğlunun başına gələn haqsızlıqlara dözməyib, infarktdan ölüb: “Ağamir ibadət əhli olub, Hafiz onu dindar kimi tanıyıb. Ağamirin valideynləri Ağcabədidə yaşayır, çox nüfuzlu bir ailədəndir. Iş məhkəməyə gələndə oğluma deyiblər ki, Ağamirin üzünə dur, səni buraxaq. Hafiz buna razılıq verməyib”.

Qadın danışır ki, onun oğluna və Ağamirə MTN-də verdikləri zülmlər bəs etmirmiş kimi qapalı keçirilən məhkəmədə də əzab veriblər, ailə üzvləri ilə görüşməyə qoymayıblar: “Bir dəfə Ağamirin 14 yaşlı oğlu atasını görmək üçün zala girmək istəyirdi, qoymadılar, MTN icazə vermir dedilər. Uşaq isə ”MTN Allah deyil, Allahdan qorxun! Mən atamın üzünü görə bilməyəcəyəm?” deyib ağlayırdı. Ağamirin atası sonuncu dəfə MTN-dən çıxanda dedi ki, bilmirəm, o günü görəcəyəm, ya yox, amma bu binada bu qədər haqsızlıq, allahsızlıq edənlər elə yerlə yeksan olacaq ki, biri də qalmayacaq. Onun dediyi kimi də oldu. Onun oğluna, mənim oğluma torba tikənlərin biri də yerində qalmadı. Mən gecə-gündüz prezidentmizə dua edirəm ki, bu zülmkarların cəzasını verdi”.

Dilarə Vəliyevanın danışdıqlarına görə MTN-in MTN-in Antiterror Mərkəzinin rəis müavini I.Əliyev (həbsxanada özünü asıb) də oğlunun dindirilməsində iştirak edib: “Ilqar ona hədə-qorxu gəlirmiş ki, sənin telefon danışıqlarına qulaq asmışıq., casusluq edibsən, Irandan narkotik daşımısan. Hafiz də deyib ki,mən Iranda da, Dubayda da ancaq tacirlərlə görüşürəm, onlarla əlaqə saxlayıram, telefonla danışdıqlarım da ancaq ticarət adamlarıdır. Hafizə məhkəmədə danışmaq, özünü müdafiə etmək imkanı da verməyiblər, həqiqəti deməyə qoymayıblar. Hətta müstəntiq dəfələrlə hədələyib ki , danışsa vəziyyəti yaxşı olmayacaq”.

Dilzarə Vəliyeva Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa və ölkə başçısına müraciət edib. MTN-in quldur dəstəsinin zərərsizləşdirilməsindən sonra bu bandanın əməllərindən zərər çəkən digərləri kimi onların müracətlərinə də baxılacağını, işin yenidən araşdırılacağına ümid edir: “Bu işə yenidən baxılmasını, dərindən araşdırılmasını xahiş edirik. Mənim oğlum da MTN qurbanıdır. Bu işin qurama olduğu gün kimi aydındır. Haqsız yerə məhkum olunmuş övladlarımızın azadlığa buraxılmasını istəyirik. Biz dövlətimizə xəyanət edən yox, onun uğrunda özümüzü və övladlarımızı mərdliklə qurban verənlərdənik”.

MTN-in vəzifəli şəxslərinin sahibkarlara qarşı cinayətləri və digər əməlləri Baş Prokurorluqda araşdırılır. Araşdırma ilə bağlı H.Vəliyev özü, qardaşı və anası artıq ifadə veriblər.

D.Vəliyeva deyir ki, aprelin 15-də baş prokuror Zakir Qaralovla görüşüb. Baş prokuror onun şikayətini dinləyib və yaxın günlərdə araşdırılacağını bildirib.

H.Vəliyevin vəkili Fərid Həsənov isə virtualaz.org saytına bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin işgəncələrə məruz qalması, saxta sübutlarla ittiham olunması və qanunsuz həbs edilməsi ilə bağlı Hafiz Vəliyevin işini aparan müstəntiq K.Əliyev və digərləri Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində dindiriliblər. Indi ümid ona qalır ki, hüquq-mühafizə orqanları, şəxsən Baş prokuror bu işin yenidən araşdırılmasını, ədalətin yerini tapmasını təmin edəcəklər…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • MTN-də istintaqı aparılan casus işləri ilə bağlı faktlar

    MTN-də istintaqı aparılan casus işləri ilə bağlı ...

    25-01-2016, 19:42

  • 
  • İran kəşfiyyatına yaxın biznesmenlər Eldar Mahmudov və çevrəsinə villalar hədiyyə ediblər - Keçmiş nazirin SEPAH-la əlaqələri ilə bağlı sensasion ittihamlar

    İran kəşfiyyatına yaxın biznesmenlər Eldar ...

    30-10-2015, 23:16

  • 
  • İrana casusluq edənlərə hökm oxundu

    İrana casusluq edənlərə hökm oxundu ...

    8-02-2015, 00:48

  • 
  • Türk iş adamını öldürənə ömürlük cəza tələbi

    Türk iş adamını öldürənə ömürlük cəza tələbi ...

    13-04-2015, 21:52

  • 
  • MTN əməkdaşı məhkəmə qarşısında

    MTN əməkdaşı məhkəmə qarşısında ...

    15-01-2014, 14:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (94)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu