GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Özlərinin satqın damğasını başqalarına vurmaq istəyənlər belə addım atırlar" - Mirmahmud Mirəlioğlu

"Özlərinin satqın damğasını başqalarına vurmaq istəyənlər belə addım atırlar" - Mirmahmud Mirəlioğlu

Tarix: 22-04-2016, 00:36 Bölmə :Ölkə Baxış: 0
"Özlərinin satqın damğasını başqalarına vurmaq istəyənlər belə addım atırlar" - Mirmahmud Mirəlioğlu

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun Avropa. info-ya müsahibəsi

- Mirmahmud bəy, aprelin 2-sən Qarabağ cəbhəsində şiddətli döyüşlər baş verdi və Azərbaycan Ordusu bir neçə strateji yüksəkliyi erməni işğalından azad elədi. Bu əməliyyatlar Qarabağ münaqişəsinin həllində Azərbaycanın xeyrinə dönüş yarada bilərmi? Proseslərin bundan sonrakı inkişafını necə proqnozlaşdırırsınız?

- Bu əməliyyatlar problemin həlli ilə bağlı Azərbaycanın etməli olduğu və edə biləcəklərinin ilk müsbət testi oldu. Azərbaycan dünyaya göstərdi ki, o öz torpaqlarını işğaldan azad etməlidir və edə bilər. 1994-cü ildən başlayan, Azərbaycana heç bir xeyri olmayan, bütün cəhətləri ilə Azərbaycan əleyhinə işləyən atəşkəs rejiminin nə qədər əhəmiyyətsiz olduğu təsdiqləndi. Azərbaycanın xeyrinə artıq dönüş yaradıldı. İllər uzunu “sülh və ya hərb yolu” ilə problemin həll olunması dilemması qarşısında qoyulan Azərbaycan cəmiyyəti məsələnin müharibə yolundan başqa həll yolu olmadığının şahidi oldu. Azərbaycan öz ərazisində antiterror əməliyyatı aparmalı idi. Biz, 9 il qabaq Azərbaycan hakimiyyətinə Qarabağda antiterror əməliyyatı aparmaq üçün təkliflər paketi təqdim elədik. Bakıdakı ABŞ böyük elçiliyinin göstərdiyi maraq qədər Azərbaycan höküməti bu paketə maraq göstərmədi . Ozamankı ABŞ-ın Azərbaycandakı səfiri Demokratiya Uğrunda İttifaqın “Qarabağda anti terror əməliyyatı” təklifılər paketini öyrənmək üçün iki dəfə görüş keçirdi.

Biz bu döyüşlərdən sonra dayanmamalıydıq. Başladığımız döyüşləri başa çatdırmalıydıq. İşğalçıların maşa kimi istifadə etdikləri erməniləri müqəddəs torpaqlarımızdan təmizləməliydik. Beynəlxalq qanunlar, BMT TŞ-nin 4 qətnaməsi bizim ən böyük silahımız idi. Biz Azərbaycan əsgərinin qanıyla azad etdiyi və edəcək torpaqlarımızı diplomatik gediş və beynəlxalq qanunlarla müdafiə etməyi də bacarmalıyıq.

Torpaqlarımızın işğaldan azad olunmasını ordumuz təmim edirdi. İndiyə qədərki bütün müzakirələr, sammitlər, variantlar bu gün yenidən gündəmə gəlsə də, proseslərin inkişafı ordumuzun qələbəsindən asılıdır. Problemin sülh yolu ilə həlli də, yalnız torpaqların bizm ordumuz tərəfindən azad olunmasından keçir. Sülh Azərbaycan əsgərinin silahı ilə gəlməlidir. Reallaşacaq qəti və son qələbə də bizimdir! Bunu dost da, düşmən də bilməlidir. Və biz qalib gələcəyik!

- Mirmahmud bəy, ötən ilin parlament seçkiləri öncəsi iqtidar – müxalifət dialoqu dayandırıldı. Bu dialoqun yenidən bərpa olunması üçün nələr tələb olunur. Sizcə, iqtidar – müxalifət dialoqunun əsas mövzusu nə olmalıdır?

- Bu dialoq deyil, görüş idi. Hakimiyyət görüşü dialoq adlandırsa da, özü görüşə ehtiyac duymadı. Birincisi, hakimiyyətin istəyi tələb olunur. Hakimiyyət görüşü istəmir. İqtidar müxalifət görüşünün əsas mövzusunu Azərbaycan ordusu müəyyənləşdirsə də, Azərbaycan hakimiyyəti reallaşdırmadı. Bu gün Azərbaycan hakimiyyətinin ideoloqları fərqində olmalıdırlar ki, Vətən, Torpaq, Dövlət, Bayraq uğrunda mübarizəyə qalxan bütöv bir cəmiyyətin mübarizəsi də bu olmalıdır. Lakin görünən budur ki, rüşvət və korrupsiya bü müqqədəs mübarizənin müzakirəsini də arxa plana qoyur.

- Uzun illərdir ki, müxalifət partiyaları seçkilərdən öncə bir araya gəlir, seçkilərdən sonra isə bu birliklər dağılır. Bəlkə bu birliklərin dağılmasının səbəbi vahid ideoloji əsasların olmamasıdır. Yoxsa, başqa səbəblər də var?

- Dünyada da belə təcrübələr var. Vahid ideoloji əsasların olmaması, ümumimilli birlikdən, torpaq və vətən birliyindən xeyli asılıdır. Postsovet məkanına daxil olan Azərbaycanda başqa səbəblər də var; rüs və fars xidmətində duranlar, kommunist qafalılar, antidemolratik adamlar nə qədər aparıcı olacaqlarsa, bu belə də davam edəcək.

- Bir müddət öncə müxalifət partiyalarının Anti – böhran Koolisiyası yaradılıb. Lakin AXCP və Müsavat bu qurumdan kənardadır. Bu partiyaların qurumda fəaliyyət göstərməməsi hansı səbəblərdən qaynaqlanır?

- Bu sualalın doğru və obyektiv cavabı adını çəkdiyiniz partiyaların özündədir. Böhrana qarşı, demokratiya, azadlıq və insan haqları uğrunda mübarizə aparanların bir yerdə olması çox vacibdir. Amma hökm deyil. Hər kəs, bu və digər istiqamətdə fəaliyyətini özü müəyyənləşdirir və mübarizəsini özü aparır.

- Adətən, seçkilər başa çatan kimi siyasi partiyalar yeni seçkilərə hazırlaşır. KXCP növbəti prezident seçkilərinə təkbaşına getmək fikrindədi, yoxsa prezidentliyə vahid namizəd məsələsini əsas prioritet hesab edir?

- Seçkiyə bir xeyli var. 2013-cü il seçkisi tarixə qovuşdu və bu seçkidə müxalifətin vahid namizəd taktikası özünü nə qədər doğrultdusa, hər kəs gördü. Vahid namizəd məsələsi son prezident seçklilərində əslində, müxalifətin namizədinin olmamasına hesablanmış bir gediş idi. Real namizədlərin bir – birinə güzəştə getmək niyyətləri və qərarları olmadığına görə bu taktikanı seçdilər.

Siyasi partiyanın əsas məqsədi, seçkilərdə öz adı və namizədi ilə iştirak etməsi olmlıdır. Bizim iştirakımız da, zamanın şərtlərinin diktəsindən asılı idi. Növbəti prezident seçkiləri ilə bağlı hansı variantın əsas olması seçki ərəfəsində bir daha müəyyənləşəcək. İndiki mövqeyimiz budur.

- İllər uzunu müxalifət düşərgəsində belə bir stereotip formalaşıb. Müxalifət partiyasından çıxan, yaxud siyasi mənsubiyyətini dəyişən şəxslərə “satqın” damğası vurulur. Bu tendensiya niyə müxalifət partiyalarında bu qədər geniş yayılıb? Axı partiyaya üzv olan şəxslər bu təşkilatlara üzv olanda öhdəlik götürməyiblər ki, ömürlük bu partiyaya üzv kimi qalacaqlar...

- Bu, o qədər geniş yayılmayıb. Amma özlərinin satqın damğasını başqalarına vurmaq istəyənlər belə addım atırlar. Bu metoddan istifadə edənlər daha çox göndərişlə, sifarişlə işləyənlərdir. Sanki bununla da, öz tərcümeyi - hallarını dəyişirlər.

Adətən millətçi təşklilatlar, öz ideyalarını yürütmək və genişləndirmək üçün ümumi razılaşdırılmış qaydalar müəyyənləşdirirlər. Həmin qaydalar əsasında da bütün sol- kommunist, liberal, sosial demokrat yönümlü təşkilatlarda millətçilər yetişdirirlər. Bunun üçün onlar məktəb rolunu oynayırlar. Türkiyə Cümnhüriyyətində bütün siyasi partiyalarda aparıcı millətçi kadrlar, şəxslər var. Azərbaycan təcrübəsində isə siyasi partiyalara – “gələnləri öyüm, gedənləri söyüm” təcrübəsi var. Bu da siyasətin qara səhifəsidir. Azərbaycanda siyasət çox gəncdir, gəncliyin də belə səhfləri olur. Təəssüf ki, bu var, amma inanıram, gələcəkdə olmayacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Milli Şura bitdi” – Mirmahmud Mirəlioğlu

    “Milli Şura bitdi” – Mirmahmud Mirəlioğlu ...

    7-01-2014, 13:14

  • 
  • Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib

    Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib ...

    25-08-2013, 14:35

  • 
  • Mirmahmud Mirəlioğlu məhkəməyə üz tutdu

    Mirmahmud Mirəlioğlu məhkəməyə üz tutdu ...

    16-10-2015, 14:20

  • 
  • Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu növbəti qurultayda namizəd olmayacağını bildirib

    Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu ...

    4-08-2015, 11:44

  • 
  • Mirmahmud Mirəlioğlu Milli Şuradan çıxdı

    Mirmahmud Mirəlioğlu Milli Şuradan çıxdı ...

    18-09-2014, 02:25


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (94)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu