Respublikamizin təhsil sahəsində yaşanan hər bir problem, zaman-zaman geniş ictimaiyyətin diqqət mərkəzində duran məsələlərdən biri olub. Belə bir səbəblər üzündən də, bu sahədə əldə olunan uğurlarla bərabər, uğursuzluqlar da daim müzakirələrə səbəb olub ki, bu da nəticə etibarilə ümumi məqsədlərimizin həllinə öz təsirini göstərib. Onu da vurğulamaq yerinə düşər ki, Sumqayıtın təhsilində yaşananlar da, bir mətbu orqan olaraq daim diqqət mərkəzimizdə durub. Belə bir səbəb üzündən də, hələ bir neçə gün bundan əvvəl bu şəhərin təhsilində yaşananlarla bağlı məlumatları “Gündəm Xəbər”ə çatdıran mənbə bildirdi ki, “bir müddət bundan əvvəl şəhər 24 saylı tam orta məktəbin direktoru olmuş Ruhiyyə xanım Tağıyevanın, qəflətən Sumqayıtın təhsil şöbəsinə müdir təyin olunması, bu gün də tam əksəriyyəti çaşbaş qoymaqdadır”. Buna səbəb, onun direktor olduğu illər ərzində, rəhbərlik etdiyi təhsil ocağını rüşvətxorluq yuvasına çevirməsi göstərilir. Yəni, Ruhiyyə xanımın ötən illərdəki fəaliyyəti haqda məlumatları redaksiyamıza çatdıran mənbə vurğulayır ki, “o, vaxtilə rəhbərlik etdiyi təhsil ocağında rüşvətin jurnal üzrə yığılması qaydasının əsasını qoysa da, hansısa şəxs həmin “jurnal”ı müəmmalı şəkildə ortadan “əkişdirə” bilir. Bu da əməlli-başlı söz-söhbətə, qarşıdurmaya səbəb olsa da, başıbəlalı jurnalın taleyi bu gün də əksəriyyətə “qaranlıq” qalmaqdadır. İndi olub-keçənlərə diqqət yetirək. Adı rüşvət amilinin çiçəklənməsində hallanan bir şəxsin, aparıcı bir şəhərin təhsilinə hansı əsasla rəhbərlik edir? Məgər, nazirlik müdir təyinatında sağlam bir kadr tapa bilmədimi ki, 24 saylı tam orta məktəbi “ağgünə” çıxarmış bir şəxsi, Sumqayıt təhsilinə rəhbər təyin etdi? Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?