GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Tovuz təhsili uçuruma sürüklənir

Tovuz təhsili uçuruma sürüklənir

Tarix: 13-02-2017, 13:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 649
Tovuz təhsili uçuruma sürüklənir

Odur ki, həmin vaxtdan bir neçə il keçsə də, Validə xanım hələ də həmin günlərin uğursuz ab-havasını unuda bilmir

Dünən “Gündəm Xəbər”in elektron poçtuna Tovuz rayon sakinləri adından müraciət daxil olub. Həmin müraciətdə Tovuzun təhsil sistemində yaşanan neqativ hallara xüsusi yer verilir, baş alıb gedən qanunsuzluqlardan əməlli-başlıca bəhs olunur. Müraciət müəllifləri vurğulayırlar ki, 2012-ci ildən Tovuz təhsilinə rəhbərlik edən Validə Hüseynovanın fəaliyyəti, hal-hazırda rayon ictimaiyyəti tərəfindən məqbul qiymətləndirilmir. Sakinlərin iddialarına görə, o, qeyd olunan ildən yarıtmaz fəaliyyəti ilə bu sahənin həm məhvinə, daha çox isə geriləməsinə səbəb olmuşdur. Bir müddət bundan əvvəl, adı çəkilən rayonun təhsilində yaşananlar haqda tənqidi açıqlama dərc edərkən onu da vurğulamışdıq ki, Validə Hüseynova 2010-cu il parlament seçkilərində deputatlığa namizəd oldu və amma MM-də əyləşə bilmədi. Buna baxmayaraq o, çox keçmədi ki, hansısa himayədarının “dobro” deməsindən sonra, Tovuz təhsilinə rəhbərlik etmək ixtiyarını da qazana bildi. Əldə etdiyimiz məlumatlara görə onun əsas istəyi rayonun təhsilinə rəhbərlik etmək yox, daha çox deputat olmaq imiş. Odur ki, həmin vaxtdan bir neçə il keçsə də, Validə xanım hələ də həmin günlərin uğursuz ab-havasını unuda bilmir.
Onu da vurğulayaq ki, Validə xanım Tovuz təhsilinə rəhbərlik etdikdən sonra məktəblərdə şagirdlərin dərslərə davamiyyətləri xeyli aşağı düşür. Hal-hazırda müəllimlərin tam əksəriyyəti repetitorluq fəaliyyəti ilə məşğul olduqlarından, onlar şagirdləri öyrətmək istəmirlər, yuxarı sinif şagirdlərinin əksəriyyəti isə dərsələrə getmirlər. Məktəb direktorları müəllimlərdən “xərac” yığırlar və şagirdlərin dərslərdən yayınmalarına göz də yumurlar. Təbii ki, yaxın vaxtlara qədər Tovuz təhsilinə müdirlik edən Validə xanım bütün bunlardan xəbərdar olub və onun belə bir məsələlərdə marağı olduğu üçün o, bir kimsəni heç vaxt cəzalandırmağa cəhd belə göstərməyib. Rayonun Mülkülü, Xatınlı, Qaraxanlı, Bozalqanlı, Azaflı, Əsrik Cırdaxan kənd tam orta məktəblərində və digər təhsil ocaqlarında yaşanan ab-hava, artıq dözülməz həddə çatıb. Əksər məktəblərdə istiliklə bağlı ciddi problemlər yaşansa da, problemin varlığı əksər hallarda Validə xanımı heç də narahat etməyib


Validə Hüseynovanın qol qoyduğu qanunsuzluqlardan biri də, rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış büdcə vəsaitlərini təyinatı üzrə xərcləməməsi və minbir yollarla ələ keçirməsi də olub. Belə bir səbəblər üzündəndir ki, bu gün rayonun mərkəzi ərazilərində, kənd və qəsəbələrində, iri yaşayış məntəqələrində fəaliyyət göstərən təhsil müəssisələrindən bəziləri bərbad haldadır. Hər il avadanlıqlar almaq məqsədilə büdcədən ayrılan vəsaitlərə, heç də yeni avadanlıqlar alınmır. Məhz, ötən illərdə alınmışlar təmir olunaraq qaydaya salınır və rəsmi sənədlərdə yeniləri alınıb deyə sənədləşdirilir. Təhsilə ayrılan yanacağın “qeybə çəkilməsi” də, başqa bir söhbətin mövzusudur. Digər bir məqama da diqqət yetirək. Validə xanım adı çəkilən təhsil şöbəsinə müdir təyin olunduqdan sonra, təhsil şöbəsinin bütün strukturlarında nəzarəti tam ələ keçirir. Bu da ona digər vəzifə sahiblərinin hansısa maxinasiyalara qol qoymalarına, nəsə əldə etmələrinə imkan vermir. Onun belə bir addımlarının nəticəsi o olur ki, əldə olunan gəlirlər bir əldə cəmləşir və onun özünə çatdırılır. Məsələn, əgər bir kimsə yaxınını təhsil şöbəsinə hansısa işə düzəltmək istəyərsə, o zaman o, "get “haqq-hesab”ı düzəlt gətir, mən özüm həll edəcəyəm” deməkdən də çəkinmir.

Bir sözlə onun rəhbərliyə təyinatından sonra Tovuz təhsilində həyacan təbili çalındı, əksər direktorlar daşıdıqları vəzifələrinə “əlvida” dedilər, peşəkar müəllimlərin çoxu olmazın oyunlara da salındılar. Baş verən və daha çox narazılıq hissinin əmələ gəlməsinə səbəb olan amillərdən biri də, dərs saatlarının bölgüsü zamanı ədalətsizliyə yol verilməsi hallarının varlığıdır.
Onun müdir təyinatından sonra, təhsil şöbəsinin giriş qapısına "zabor” çəkilməsi, mühafizəçi yerləşdirilməsi və mühafizəçilərə xüsusi tapşırıqlar verilməsi və s-də, əslində ciddi müzakirəyə səbəb olan problemlərdən birinə çevrildi. Məhz, ona görə ki, Tovuz rayon Təhsil Şöbəsi qapalı müəssisələrdən biri deyil ki, ora daxil olmaq üçün hansısa rəhbər şəxsdən, yaxud da mühafizəçidən xüsusi icazə almağa ehtiyac duyulsun. Çünki qanunvericiliyin tələbinə görə, təhsil şöbələri açıq müəssisələrdən biri hesab olunur və belə bir səbəblər üzündən də, ora daxil olmaq, yaxud da oradan çıxmaq üçün, bir kimsədən icazə almaq tələb olunmamalıdır Əvvəla onu qeyd etmək yerinə düşər ki, Validə xanımın bu cür idarəçiliyi tətbiq etməkdə məqsədi, heç də onun Tovuz təhsilinin qayğısına qalmaq deyil, sadəcə olaraq qol qoyduğu çoxsaylı qanunsuzluqların daha çox mediaya sızmasının qarşısını almağa hesablanmış addımlarıdır. Çünki, əldə etdiyimiz məlumatlara görə, o, təhsil şöbəsində əməlli-başlıca "bazar” açıb.
Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Araşdırmalarımız davam edəcək. Odur ki, bizi izləməyi unutmayın.

Mirzə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tovuz rayon Təhsil Şöbəsində idarəçilik bir əldə cəmləşib

    Tovuz rayon Təhsil Şöbəsində idarəçilik bir əldə ...

    22-04-2016, 20:48

  • 
  • Tovuzu yeyib-sovuranlar var! Tovuzda “canlı pul sovurma” tətbiqi

    Tovuzu yeyib-sovuranlar var! Tovuzda “canlı pul ...

    21-02-2015, 12:53

  • 
  • Sumqayıt təhsilində “jurnal” problemi

    Sumqayıt təhsilində “jurnal” problemi ...

    25-04-2016, 11:48

  • 
  • “Texnikabank”ın “Tovuz” filialında 5 milyonluq maxinasiya

    “Texnikabank”ın “Tovuz” filialında 5 milyonluq ...

    18-11-2013, 18:22

  • 
  • Tovuz Gömrük İdarəsində tabesizlik

    Tovuz Gömrük İdarəsində tabesizlik ...

    18-01-2014, 11:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu