GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Tovuz rayon Təhsil Şöbəsində idarəçilik bir əldə cəmləşib

Tovuz rayon Təhsil Şöbəsində idarəçilik bir əldə cəmləşib

Tarix: 22-04-2016, 20:48 Bölmə :Ölkə Baxış: 0
Tovuz rayon Təhsil Şöbəsində idarəçilik bir əldə cəmləşib

Rəhbər şəxs üçün belə bir idarəçiliyin tətbiqi uğurlu variant hesab olunsa da, onun əmələ gətirdiyi uğursuzluqlarda, daha çox olur
Hələ bir neçə il bundan əvvəl, Validə xanım Hüseynovanın Tovuz rayon təhsil şöbəsinə müdir təyin olunması, dövrü mətbuatda daha çox müzakirə olunan məsələlərdən birinə də çevrilmişdi. Düzdür, onun təyinatından əvvəl şöbə müdiri vəzifəsini daşıyan Şamil müəllimin
fəaliyyəti, heç də qənaətbəxş hesab olunmurdu. Amma, onun təyinatının ilk günlərindən tam əksəriyyət belə bir düşüncəyə sahib idilər ki, Validə xanım məktəb direktorluğundan təhsil şöbəsinin müdirliyinə yüksələ bildi, deməli Tovuz təhsilində yeni bir canlanma baş verəcək, bir çox problemlər həllini də tapacaq. Amma, zaman keçdikcə hər kəsə o da bəlli oldu ki, nəzər və diqqəti belə bir düşüncəyə kökləmək, boş-boş xülyalardan başqa bir şey deyil. Çünki onun təyinatından ötən müddət ərzində, Tovuz təhsilinə elə bir divan tutulub ki, gəl görəsən!. Belə bir səbəblər üzündən də, bu gün tam əksəriyyət Validə xanımı təhsilimizin qənimi hesab etməkdən belə çəkinmirlər. Ona qarşı belə bir yanaşma niyə əmələ gəlir məsələsinə aydınlıq gətirmək, yaxud da lazımi məlumatları əldə etmək üçün, heç də vaxt itirməyə dəyməz. Sadəcə olaraq, rayonun bir neçə təhsil ocaqlarına baş çəkmək kifayət edər ki, nədən Validə xanım Hüseynovanı təhsilimizin qənimi hesab edirlər yanaşmasına aydınlıq gətirə bilək. Çünki, “Gündəm Xəbər”ə daxil olan məlumatlara görə o, müdir təyinatının icraasına başladığı vaxtdan, Tovuz təhsilinə elə bir zərbələr vurub ki, həmin zərbələrin izlərini hələ uzun müddət silmək mümkün olmayacaq. Məsələn, adicə bir məqama diqqət yetirək və yaşanan ab-havanın varlığına münasibət də bildirməyə çalışaq. Validə xanım müdir təyin olunduqdan sonra, rəhbərlik etdiyi qurumun bütün strukturlarında nəzarəti bir əldə cəmləşdirdi. Əslinə baxsan bu cür idarəçiliyin tətbiqi rəhbər şəxs üçün uğurlu variant hesab olunsa da, amma onu da unutmaq olmaz ki, tətbiq olunan idarəçilik saysız-hesabsız problemlərə də yollar açır. Məsələn, belə olan halda Validə xanım digər vəzifə sahiblərinin həll edəcəyi məsələlərə müdaxilə edib, vəzifə səlahiyyətini də aşıb-daşır. Bu cür idarəçilik digər vəzifə sahiblərinin həm də hansısa maxinasiyalara qol qoymalarının qarşısını alır, amma son anda nəticə o olur ki, əldə olunan gəlirlər bir əldə cəmləşir və Validə xanımın özünə çatdırılır. Məsələn, hələ bir müddət bundan əvvəl rayonun Qovlar qəsəbə sakini (müəyyən səbəblər üzündən hələlik həmin şəxsin adını çəkmirik) “Gündəm Xəbər”in əməkdaşına bildirir ki, “mən gəlnimi rayonun təhsil ocaqlarından birinə müəllimə düzəltdirmək istəyirdim. Bu məqsədlə bir neçə dəfə təhsil şöbəsi müdirinin yanında oldum. Son dəfə o, mənə bildirdi ki, “get sənə dediyim 5-i gətir gəl, həll edim. Sən bilmirsən ki, həmin 5-in hamısı mənlik deyil” dedikdə, sanki təşvişə düşdüm” deyir. Bəli, belə bir addımların atılması, yaxud da hansısa valideynin qarşısında bu cür şərtlərin qoyulması, onu söyləməyə əsas verir ki, həqiqətən də Tovuz rayon Təhsil Şöbəsində idarəçilik bir əldə cəmləşib.
Validə xanımın müdir təyinatından sonra, təhsil şöbəsinə giriş-çıxışın da müəyyən mənada məhdudlaşdırılması, bu gün daha çox müzakirə olunan problemlərdəndir. Məsələn, bir anlığa onu da qeyd edək ki, Tovuz rayonunda da çoxsaylı dövlət qurumları var ki, həmin qurumlara kimlərinsə girib-çıxmaları, hansısa problemlərin əmələ gəlməsinə belə səbəb olmur. Amma, Tovuz rayon Təhsil Şöbəsinə məxsus binanın giriş qapısına “əzəmətli zabor” çəkdirilməsi, etibarlı mühafizəçilərin varlığı və onlara xüsusi tapşırıqların verilməsi, əslində ciddi müzakirəyə səbəb olan problemlərdəndir. Belə olan halda hər kəsin nəzər-diqqətində, təhsil şöbəsinin sanki qapalı müəssisələrdən biri olması düşüncəsi də formalaşır. Təəccüb doğuran hal odur ki, mövcud qanunvericiliyimizdə göstərilmədiyi halda, bəs səbəb nədir ki, Tovuz rayon Təhsil Şöbəsinə girib-çıxmaq belə bir formada məhdudlaşdırılıb. Yəni, həmin şöbədə hansısa şəxsə nəsə deyəcəksənsə, mütləq rəhbərlikdən, yaxud da mühafizəçilərdən xüsusi icazə alınmalıdır?. Axı, qanunvericiliyin tələbinə görə təhsil şöbələri açıq müəssisələrdən biri hesab olunur və belə bir səbəblər üzündən də, ora daxil olmaq, yaxud da çıxmaq üçün, bir kimsədən xüsusi icazə almaq da tələb olunmur. Belə olan halda ortaya çoxsaylı suallar çıxır ki, qonşu Gəncə şəhərində, Şəmkirdə, Gədəbəydə, Göygöldə, Ağstafada, Qazaxda və digər şəhər və rayon təhsil şöbələrində hər hansı mühafizəçidən, rəhbərlikdən xüsusi icazə almaq tələb olunmadığı halda, səbəb nədir ki, Tovuz rayon Təhsil Şöbəsinin giriş qapısında belə bir “senzura”, belə bir ab-havanın varlığı hökm sürməkdədir.
Onu da qeyd edək ki, Validə xanımın belə bir idarəçiliyi tətbiq etməkdə məqsədi, heç də onun Tovuz təhsilinin qayğısına qalmaq deyil, sadəcə olaraq qol qoyduğu qanunsuzluq əməllərinin ört-basdır edilməsi yönündə, vaxtında atdığı qabaqlayıcı addımıdır. Çünki, “Gündəm Xəbər”i məlumatlandıran mənbə bildirir ki, onun vaxtilə Milli Məclisə gedən yolu bağlandığından, bu gün o, heyfini təhsil şöbəsində “bazar” açmaqla çıxır. O, hansı addımını atırsa, atdığı addımının nə ilə nəticələnəcəyini də əvvəlcədən yaxşı dərk edir, sadəcə olaraq qol qoyduğu qanunsuzluqların KİV nümayəndələri tərəfindən ictimailəşməməsi üçün, “dəridən-qabıqdan çıxmağa”da hazır olur.
Əldə etdiyimiz başqa bir məlumatlara görə, Validə xanım hələ bir müddət bundan əvvəl tabeçiliyində olan şəxslərə, təhsil şöbəsinə KİV nümayəndələrinin daxil olmalarının mümkün qədər qarşısını almaq tapşırığını da verib. Odur ki, o, həm də özünün vaxtında verdiyi tapşırıqla “əzəmətli zabor” və etibarlı mühafizəçi problemini gündəmə gətirib və həllinə də nail ola bilib. Belə bir səbəblər üzündəndir ki, bu gün hansısa media təmsilçisi Tovuzun təhsil ocaqlarında yaşanan problemlərlə bağlı rəhbərliklə, yaxud da səlahiyyətli şəxslərlə əlaqə saxlayıb, onlardan problemlərin varlığına münasibətlərini öyrənə bilmirlər. Çünki, “əzəmətli zabor”, etibarlı mühafizəçi poroblemi, media nümayəndələrinin təhsil şöbələrinə daxil olmalarının qarşısını alır.
Məlumatlı mənbə onu da bildirir ki, “rəhbərlik KİV nümayəndələrindən olduqca ehtiyat edir və belə bir səbəblər üzündən də, o, istər təhsil şöbəsinin giriş qapısındakı mühafizəçilərinə, istərsə də tabeçiliyində olan vəzifə sahiblərinə, hər zaman media nümayəndələrinə qarşı həssas olmaq tapşırığını verib” deyir.
Ümumiyyətlə, biz də bir mətbu orqan olaraq istənilən sahədə yaşanan anarxiyanın, özbaşınalığın əleyhinəyik. Odur ki, Tovuz rayon Təhsil Şöbəsində də, oxşar vəziyyətin əmələ gəlməsini istəməzdik. Rəhbərliyin düzüb qoşduğu “əzəmətli zabor”, etibarlı mühafizəçi porobleminin varlığına da, heç bir halda haqq qazandıra bilmirik. Çünki, atılan addımlar KİV nümayəndələrini (nəzərdə KİV nümayəndələrini nəzərdə tuturuq) təhsil şöbəsinin rəhbərliyindən tamamilə təcrid edir. Bu cür hallar da, yaşanan problemlərin media təmsilçiləri tərəfindən bitərəfli qaydada işıqlandırmaları ilə nəticələnir.
“Gündəm Xəbər”ə daxil olan başqa bir məlumata görə, təqribən bir neçə gün bundan əvvəl, aparıcı xəbər portallarından birinin əməkdaşı təhsil şöbəsinə daxil olmaq istəsə də, mühafizəçi onun içəri daxil olmasına imkan vermir. Belə olan halda tərəflər arasında əməlli-başlıca mübahisə başlayır və vəziyyət o həddə qədər gəlib çatır ki, hətta mühafizəçi onun üstünə “lom” da çəkir.
Araşdırmalarımız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mirzə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Tovuz təhsili uçuruma sürüklənir

    Tovuz təhsili uçuruma sürüklənir ...

    13-02-2017, 13:36

  • 
  • Beyləqan təhsilinin “qara günləri”

    Beyləqan təhsilinin “qara günləri” ...

    26-11-2016, 00:55

  • 
  • Tovuz təhsilində «zorlama»

    Tovuz təhsilində «zorlama» ...

    20-02-2014, 23:43

  • 
  • Beyləqan təhsilinin bəxti bu dəfə də gətirmədi

    Beyləqan təhsilinin bəxti bu dəfə də gətirmədi ...

    8-01-2017, 21:06

  • 
  • Sumqayıt təhsilində “jurnal” problemi

    Sumqayıt təhsilində “jurnal” problemi ...

    25-04-2016, 11:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu