GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Generalın adı cinayətdə hallandı

Generalın adı cinayətdə hallandı

Tarix: 25-04-2016, 14:36 Bölmə :Ölkə Baxış: 0
Generalın adı cinayətdə hallandı

Zərərçəkmiş: “Allahverdi yanımda Etibar Mirzəyevlə telefonla danışdı”

Dələduzluqda ittiham olunan Goranboy rayon sakini, 1955-ci il təvəllüdlü Allahverdi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Allahverdi Hüseynov uzaq qohumu Ülfətin oğlu Faiqi Fövqəladə Hallar Nazirliyinin Aran Regional mərkəzinə zabit vəzifəsinə işə qəbul edilməsinə köməklik edəcəyini yalandan vəd edib.

Allahverdi Hüsseynov onun etibardan sui-istifadə edib aldatmaqla 26 iyul 2014-cü ildə Nəsimi rayonu A.Mustafayev küçəsi 1-D saylı binanın qarşısındakı körpünün altında Ülfətdən 7000 manatı alaraq ələ keçirib. Allahverdi, vəd etdiyi köməkliyi yerinə yetirmədən zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Allahverdi Hüseynov Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli ziyan vurmaqla dələduzluq etmək) maddəsi ilə ittiham edilib. Onun barəsində olan cinayət işi Nəsimi Rayon Məhkəməsində araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Allahverdi Hüseynov bildirib ki, 2014-cü ildə Goranboy rayonunda olarkən yeznəsi Ramizdən iki ay müddətinə 7.000 manat borc pul istəyib: “Ramizdə həmin pulu Ülfətin oğlu Faiqlə göndərəcəyini bildirdi. Həmin ilin sentyabr ayında Faiq mənə zəng etdi və Ramizin verdiyi 7000 manatı mənə çatdırmalı olduğunu söylədi. Biz Nəsimi rayonu 3-cü mikrorayon dairəsindəki körpünün altında görüşdük və Faiqdən həmin pulu aldım. Bir müddətdən sonra Ramizin mənə borc kimi verdiyi 7000 manatı qudası Ülfətdən aldığını öyrəndim”.

“Borcumu qaytara bilmədim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, iki ay ərzində pulu qaytara bilməyib: “Ramizdən aldığım borcu Ülfətə verə bilmədim. Bundan sonra Ülfət birbaşa mənimlə əlaqə saxladı və pulunu geri istədi. Maddi vəziyyətimin ağır olduğunu deyərək imkanım olan kimi pulu

qaytaracağıma söz verdim. Lakin borcumu qaytara bilmədiyimdən Ülfət barəmdə polisə şikayət etdi. İbtidai istintaq dövründə borcumdan 1000 manatı zərərçəkmişə qaytarmışam. Bunu nəzərə alaraq barəmdə bəraət hökmü çıxarılmasını xahiş edirəm”.

Zərərçəkmiş şəxs qismində ifadə verən Ülfət bildirib ki, oğlu Faiq uzun müddət işsiz qalıb, tanışları olmadığından heç bir yerə işə düzəldə bilməyib: “Oğlumun həyat yoldaşının dayısı Allahverdi Hüseynovu tanımışaç və münasibətlərim yaxşı olub”.

“Telefonda generalla danışdı”

Zərərçəkmişin sözlərinə görə, 2014-cü ilin iyun ayında Faiq Allahverdi Hüseynovun 15000 manat müqabilində Fövqəladə Hallar Nazirliyində zabit vəzifəsinə işə qəbul etdirməkdə köməklik edə biləcəyini ona deyib: “Bu səbəbdən Allahverdi ilə görüşdüm. Görüş zamanı Allahverdi oğlumin söylədiklərini təsdiq edərək həmin nazirlikdə yüksək rütbəli tanışlarının olduğunu və 15000 manat müqabilində bu şəxslər vasitəsilə oğlumu işə düzəldə biləcəyini bildidi. Allahverdi mənim yanımda nazirlikdə general rütbəsində olan Etibar Mirzəyev adlı şəxslə telefonla danışdı. Qohumum olduğundan Allahverdiyə tam inandım və onunla razılaşdım”.

Zərərçəkmiş əlavə edib ki, bir neçə gündən sonra Allahverdi onunla əlaqə saxlayaraq oğluna məxsus bəzi sənədlərin surətini alıb, daha sonra isə onunla görüşərək pul məsələsini müzakirə edib: “Görüş vaxtı Allahverdi əvvəlcədən məndən tam şəkildə 15000 manat istədi. İmkanım olmadığını deyərək ilkin olaraq 7000 manat, oğlumun işə düzəlməsi barədə əmr verildikdən sonra isə qalan pulu verə biləcəyimi bildirdim. Allahverdi bununla razılaşdı”.

Ülfət bildirib ki, bir neçə gündən sonra Allahverdi ona zəng edərək oğlunun işini həll etmək üçün Bakı şəhərinə gəldiyini deyib və pulu istəyib: “Bankdan oğlumun adına kredit götürərək 26 iyul 2014-cü il tarixdə 7000 manatı Allahverdiyə çatdırmaq üçün oğlum Faiqə verdim. Oğlum həmin günü gecə saat 04 radələrində rayondan çıxdı və saat 10-

11 radələrində mənə zəng edərək 3-cü mikrorayon dairəsindəki körpünün altında pulu Allahverdiyə verdiyini bildirdi”.

“Generalın 8 min manatı da qabaqcadan istədiyini bildirdi”

Zərərçəkmişin sözlərinə görə, bundan sonra Allahverdi zəng edərək pulu Faiqdən aldığını deyib: “Üç aydan çox keçməsinə baxmayaraq oğlumun iş məsələsinin hələ alınmadığını gördüm və Allahverdi ilə əlaqə saxladım. Allahverdi işi həll edən generalın qalan 8000 manatı da qabaqcadan istədiyini bildirdi. Allahverdiyə əvvəldən razışlaşdığımız şərti xatırlatdım və əmr çıxmayanadək qalan pulu verməyəcəyimi yenidən bildirdım. Həmin gündən etibarən Allahverdi hər dəfə müxtəlif bəhanlərlə işin həll edilməsi üçün vaxt istədi, sonradan isə ümumiyyətlə zənglərə cavab vermədi. Buna görə də polisə müraciət etdim. Bundan sonra Allahverdi hər şeyi boynuna aldı, yazılı iltizam verərək pulu 20 mart 2015-ci il tarixədək qaytaracağına söz verdi. Bununlda belə Allahverdi dəymiş ziyandan yalnız 1000 manat qaytardı, qalan borcumu isə ödəmədi. Buna görə də ondan şikayətçiyəm”.

Məhkəmənin hökmü ilə Allahverdi Hüseynov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, məhkəmə cəza təyin edərkən, onun zərərçəkmiş şəxsi aldatmaq niyyətinin olmaması barədə verdiyi ifadəsini və borc kimi aldığı 6000 manat pulun 1000 manatını qaytarmasını, ali təhsilli olmasını, müxtəlif dövlət müəssisələrində işlədiyini, Qarabağ müharibə veteranı və yüksək diabet xəstəsi olduğunu, yeddi ay ərzində həbsxana şəraitində qaldığından gözlərinin tutulduğunu və əvvəllər məhkum olunmadığını nəzərə almadan ona ədalətsiz cəza təyin edib.

Allahverdi Hüseynovun barəsində bəraət hökmünün çıxarılması ilə bağlı yazdığı şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim İlqar Murquzovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini müəyyən edən hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, Allahverdi Hüseynovun apelyasiya şikayəti təmin edilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • 22 nəfəri aldadan saxta “MTN-çilər” məhkəməyə çıxarıldı

    22 nəfəri aldadan saxta “MTN-çilər” məhkəməyə ...

    31-07-2015, 00:04

  • 
  • Aygün Kazımovanın qardaşına 12 il həbs cəzası verildi

    Aygün Kazımovanın qardaşına 12 il həbs cəzası ...

    13-10-2014, 13:15

  • 
  • "Sonra mən eşitdim ki, onun çox adama borcu var" - Arif Əsgərovun oğlunun sürücüsü məhkəmədə ifadə verib

    "Sonra mən eşitdim ki, onun çox adama borcu ...

    19-03-2018, 12:53

  • 
  • Arif Əsgərovun bacanağı məhkəmədə ifadə verdi

    Arif Əsgərovun bacanağı məhkəmədə ifadə verdi ...

    13-11-2017, 14:30

  • 
  • Öş işçilərinə 200 mindən şox pul “atan” baş redaktor məhkəmə qarşısında

    Öş işçilərinə 200 mindən şox pul “atan” baş ...

    21-11-2017, 14:34


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (94)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu