GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Universitet rəhbərindən məntiqsiz açıqlamalar

Universitet rəhbərindən məntiqsiz açıqlamalar

Tarix: 25-04-2016, 15:13 Bölmə :Ölkə Baxış: 0
Universitet rəhbərindən məntiqsiz açıqlamalar

O, vəzifəsinin icraasına başladığı ilk gündən atdığı addımları, söylədiyi naşı açıqlamaları ilə də yadda qaldı

Bu gün respublikamızın hər bir ərazisindəki təhsil ocaqlarının fəaliyyəti tam əksəriyyət tərəfindən müəyyən mənada qiymətləndirilir və həmin təhsil ocaqlarına qarşı bəlli ictimai münasibət də formalaşır. Lənkəran Dövlət Universiteti də aparıcı təhsil ocaqlarından biri olduğu üçün, bu ali təhsil müəssisəsinin ictimai-siyasi həyatında baş verən hadisələr, həyata keçirilən idarəçiliyin mahiyyəti, rəhbər şəxslərin hazırlıq göstəricisi, onların bir çox məsələlərlə bağlı söylədikləri açıqlamaların mahiyyəti və.s kimi məsələlər də, daim diqqət mərkəzində saxlanılır, yeri gələndə müəyyən müzakirələrə də səbəb olur.

Onu da qeyd edək ki, hələ bir müddət bundan əvvəl sabiq rektor Asəf İsgəndərov daşıdığı vəzifəsindən uzaqlaşdırıldıqdan sonra, universitetdə rektor vəzifəsini, universitetin tədris işləri üzrə prorektoru cənab Nizami Yusifov müvəqqəti icra etməyə başladı. O, vəzifəsinin icraasına başladığı ilk gündən atdığı addımları, söylədiyi naşı açıqlamaları ilə də yadda qaldı. Adicə bir faktı qeyd edək ki, cəbhə bölgəsində baş verən son hadisələr zamanı Lənkəran şəhərinə ilk olaraq üç şəhid göndərilir ki, həmin gün cənab Nizami Yusifov tələbələri şəhidlərin dəfninə buraxmır. Baxmayaraq ki, torpaqlarımız uğrunda canından keçən hər bir şəhidimizin dəfnində izdiham yaşanır, xalq onların ölməzliyi qarşısında baş əyir və ruhlarına dualar oxuyaraq, onları son mənzilə də yola salırlar. Belə bir yanaşma dövlət başçısından tutmuş sıravi vətandaşadək hər kəs tərəfindən nümayiş etdirildiyi halda, görəsən Nizami Yusifovun bu cür yanaşmasına nə ad vermək olar? Əgər ad vermək olarsa...

Əvvəla onu da vurğulayaq ki, bir müddət bundan əvvəl sabiq rektor Asəf İsgəndərov prezidentin müvafiq qərarı ilə daşıdığı vəzifəsindən azad olunsa da, onun təhsil sahəsindəki səmərəli fəaliyyəti unudulmadı və o, ölkə rəhbəri tərəfindən “Şərəf Ordeni” ilə də təltif olundu. Amma, Nizami Yusifov unversitet tələbələri ilə ayrı-ayrılıqda görüşərkən bildirib ki, “ona “Şərəf Ordeni”ni hakimiyyətin yüksək çinli vəzifə sahiblərindən biri verdirib. Əgər Asəf İsgəndərova orden verilməsəydi, o halda onunla bağlı yoxlamalar aparılardı və həbsi də həyata keçirilə bilərdi”. Nizami Yusifov görüş zamanı onu da qeyd edib ki, “mən rektor təsdiq olunana qədər hər bir addım şəffaf olacaq, sonra isə hər iş “öz axarı ilə gedəcək”.

O, başqa bir açıqlamasında da bildirib ki, “Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Universitetin daxili işlərinə olduqca müdaxilələr edir, bu da heç cür yolverilməz haldır. Şəhərin daxili yollarının kənarlarındakı səkilərin rənglənməsi zamanı, mən ona 200 manat pul çatdırmışam, rektor təyin olunduqdan sonra, heç o 200 manatları da verməyəcəyəm” deyə, o, bu gün də məntiqsiz açıqlamalarını danışmaqda davam edir. Belə bir açıqlamaların bildirilməsi, hər kəsdə olduqca ikrah hissi də doğurur. Çünki, sual oluna bilər ki, icra başçısı o qədərmi imkansız şəxsdir ki, o, Nizami Yusifovun 200 manatına möhtac qalsın?.

Bütün bunlardan əlavə o, bir neçə gün bundan əvvəl onu da vurğulayıb ki, “11 aprel 2016-cı il tarixdə təhsil naziri cənab Mikayıl Cabbarovla görüşüm olacaq və görüş zamanı rektor təyin olunmağım əsas müzakirə mövzusuna çevriləcək. Düzdür, mən Lənkəran Dövlət Universitetinə yox, Azərbaycan Texniki Universitetinə rektor təyin olunmaq istəyirəm. Amma, Lənkərandan olduğum üçün, nazir məni bu təhsil ocağına rektor təyin etmək istəyir”.

Nizami Yusifov müəllimlərlə görüşündə isə bildirir ki, “mən rektor təyin olunduqdan sonra, bu universitetdə ancaq lənkəranlılar dərs deyə biləcəklər, digər bölgələrdən olan müəllimlər indidən özləri üçün tədbir görsünlər. Mənim bugünkü missiyam, bölgəmizi universitetə şərəf ordeni verdirən yüksək çinli məmurların təsir dairəsindən xilas etməkdir. Mən bütün bunlara da nail olacağam. Bu gün hər kəs bilir ki, mən Mehriban xanım Əliyevanın kadrıyam, deməli bir kimsə mənə nəsə edə bilməz” deməkdən də çəkinmir. Təəssüf və təəccüb doğuran hal odur ki, bu cür məntiqsiz, yöndəmsiz, əsası olmayan açıqlamalar söyləyən bir şəxs, heç cür inana bilmirik ki, Mehriban xanımın kadrı ola bilsin. Deməli, onun bu cür cəfən açıqlamalar söyləməkdə məqsədi, yalnız və yalnız müəllim-tələbə kontingentini aldatmaqdan ibarətdir.

Mövzuya qayıdacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • SDU-da “təmizləmə əməliyyatı” başladı

    SDU-da “təmizləmə əməliyyatı” başladı ...

    20-12-2013, 20:03

  • 
  • Azərbaycanda universitet rektoru növbəti dəfə ali məktəbin möhrünü götürüb yoxa çıxdı - Müəllimlər maaş ala bilmir (Özəl)

    Azərbaycanda universitet rektoru növbəti dəfə ali ...

    3-04-2015, 13:16

  • 
  • Sumqayıt Dövlət Universitetində yenilənmiş rüşvət mexanizmi

    Sumqayıt Dövlət Universitetində yenilənmiş rüşvət ...

    14-01-2015, 16:22

  • 
  • Sumqayıt Dövlət Universiteti intriqa yuvasına çevrilib

    Sumqayıt Dövlət Universiteti intriqa yuvasına ...

    16-12-2012, 13:38

  • 
  • Sumqayıt Dövlət Universiteti intriqa yuvasına çevrilib

    Sumqayıt Dövlət Universiteti intriqa yuvasına ...

    15-12-2012, 14:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu