GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Rusiyanın bölgəsinə sülhməramlı adı altında öz hərbçilərini yerləşdirmək istəyi Azərbaycan üçün təhlükəlidir”

“Rusiyanın bölgəsinə sülhməramlı adı altında öz hərbçilərini yerləşdirmək istəyi Azərbaycan üçün təhlükəlidir”

Tarix: 25-04-2016, 15:15 Bölmə :Ölkə Baxış: 0
“Rusiyanın bölgəsinə sülhməramlı adı altında öz hərbçilərini yerləşdirmək istəyi Azərbaycan üçün təhlükəlidir”

Elçin Şıxlı: “Rusiya Qərbə göstərmək istədi ki, Cənubi Qafqazda söz sahibi odur”

Tanınmış ictimai-siyasi xadim, “Ayna Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlının müsahibəsini təqdim edirik.

- Elçin müəllim, regionda yaranan durum, proseslərin inkişaf istiqaməti barədə nə düşünürsüz?

- Hesab edirəm ki, biz geosiyasi qarşıdurma və onun seqmentləri haqda danışmalıyıq. ABŞ-da nüvə sammiti keçirildi. Həmin sammitdə Prezident Əliyev də iştirak etdi, bir sıra görüşlər keçirdi. Bu səfərin əhəmiyyəti və mənası var idi. Şübhəsiz ki, Ermənistan rəhbərliyi də bu sammitə qatılmışdı. Məhz bu səfər ərəfəsində və ondan sonra ABŞ-la Azərbaycan arasında münasibətlər bir qədər yumşaldı. Bakıda insan haqları, vətəndaş cəmiyyəti ilə bağlı pozitiv addımlar atıldı. Bu səfər ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələdə inkişafı baxımından mühüm idi. Lakin aydındır ki, ABŞ-la geosiyasi mübarizə aparan ölkələr var və onlar bu durumdan razı qalmadı. Qeyd edim ki, bu ərəfədə Rusiya Suriyadan çıxdığını ifadə etdi. Bildiyiniz kimi Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edilir, sanki bu ölkəyə ciddi təzyiqlər olunur, neftin qiyməti aşağı salınır və s. Hesab edirəm ki, bu mərhələdə Rusiya daxili problemlərdən fikri yayındırmaq və həm də Qərbə göstərmək istədi ki, bizim yaşadığımız regionda söz sahibi odur. Bu səbəbdən də əlaltısı Ermənistanı qızışdırdı, nəticədə cəbhə xəttində vəziyyət gərginləşdi. Azərbaycan ordusu da öz sözünü dedi və çoxlarını əslində çaşdırdı. Cəbhədə vəziyyət mürəkkəbləşən kimi Rusiya özü ortaya çıxdı, vasitəçilik etməyə, atəşkəsin əldə edilməsi üçün diplomatik təmaslara başladı. Mənə elə gəlir ki, əslində Azərbaycan ordusunun cəbhədə belə güclü zərbə endirməsini Ermənistan, eləcə də onun havadarları gözləmirdi. Ancaq bu Rusiyanın məqsədlərinə uyğun idi. Çünki sonda atəşkəs məhz Rusiyanın vasitəsilə yaradıldı.

- Hazırda atəşkəs bərpa olunub və yeni danışıqlar prosesinə start veriləcək. Bu mərhələdən nə gözləyirsiniz?

- ATƏT-in Minsk Qrupu neçə illərdir ki, bu istiqamətdə danışıqlar aparır, amma ortada real nəticə yoxdur. Üstəlik Minsk Qrupu həmsədr ölkələrinin hər birinin öz marağı var. İndiki mərhələdə Rusiyanın marağı münaqişə bölgəsinə sülhməramlı adı altında öz hərbçilərini yerləşdirməkdir. Məncə, bu bizim üçün çətin, təhlükəli və incə məqamdır. Biz bilirik ki, Rusiya təxminən 24 ilə yaxındır ki, hərbi baxımdan regionda iştirak etmir. Qəbələ RLS-nin fəaliyyətinə isə Prezident İlham Əliyev tərəfindən son verildi. Başqa sözlə, Azərbaycan nadir ölkələrdəndir ki, burada başqa ölkənin hərbi kontingenti yoxdur. İndiki halda Rusiyada hesab edirlər ki, münaqişə zonasına hərbi kontingent yerləşdirmək və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq daha münasibdir. Burada bir məqsəd də odur ki, Ermənistanın Qərbə yaxınlaşmasına imkan verməsinlər. Türkiyəyə mesaj versinlər

ki, buralarda mənim sözüm keçir və s. Bu ilk baxışdan regional nüfuz uğrunda atılan addımlardır, lakin dərin baxanda görünür ki, həm də geosiyasi mübarizənin bir hissəsidir. Söhbət ondan gedir ki, Rusiya dünyanın bir çox nöqtələrindən sıxışdırılır. Bu ölkə belə halların qarşısını almaq üçün addımlar atır. Mənim müşahidəm belədir ki, Rusiya strateji baxımdan zəif düşür, amma taktiki addımlarla öz mövqeyini qoruyub saxlayır.

- Ermənistanda daxili ictimai-siyasi vəziyyətin mürəkkəb olduğu ortadadır. Bu ölkədə hadisələr hansı istiqamətdə inkişaf edə bilər?

- Bu, təbii prosesdir. Ermənistanda əhalinin iqtisadi və maddi vəziyyətinin ağır olduğu, ciddi çətinliklərin mövcudluğu bəllidir. İkincisi, nəzərə alın ki, bir var öz torpağını müdafiə edirsən, bir də var başqa ölkənin torpağını işğal edib onu müdafiə etməyə çalışanda öldürülürsən. İndi erməni ailələrində belə yanaşma var ki, nəyə görə mənim balam gedib başqa ölkənin torpağında ölməlidir. Yəni burada daxili iqtisadi problemlər, üstəlik Qarabağ müharibəsinin nəticələri ciddi təsirə malikdir. Üstəlik erməni iqtidarına qarşı olan qrupların da fəaliyyəti var və bütün bunlar öz rolunu oynayır. Bu mənada vəziyyət ağır və mürəkkəbdir.

- Ermənistanda hakimiyyət dəyişikliyini real hesab edirsinizmi?

- Bu barədə çoxları fikirlər söyləyir. Ancaq hakimiyyət dəyişikliyinin hansı nəticələr yaradacağı daha əhəmiyyətli olmalıdır. Mən hesab edirəm ki, Ermənistanda hakimiyyət dəyişsə də, yeni komanda iqtidara gəlsə də, bu ölkə forpost olaraq qalacaq. Bu baxımdan Ermənistanda Rusiyaya qarşı etirazlar, bayraq yandırılması və s kimi məsələlər Moskva üçün əhəmiyyətli deyil. Bu kimi məsələlər Rusiyanı əsla qayğılandırmır.

- Prezident Obama ilə prezident Putin arasında telefon danışığı olub, ondan əvvəl isə Con Kerri ilə Sergey Lavrov arasında Qarabağla bağlı danışıq olub. Bunlar bizim optimist olmağımıza səbəb ola bilərmi?

- Mən optimist düşüncədə deyiləm. Rusiya Suriyaya daxil olmazdan öncə bu ölkədə Rusiyanın bir dəniz bazası var idi. İndi Rusiya ora daxil oldu və sonra qoşununu Suriyadan çıxardığını elan etdi. Məncə, bu sadəcə fiksiyadır. Hazırda Suriyada Rusiyanın daha çox hərbi kontingenti var. Bu baxımdan Rusiya taktiki baxımdan uddu. İkincisi, unutmaq olmaz ki, ABŞ-da prezident seçkilərinə start verilib, bu mərhələdə prezident Obamanın heç bir nüfuzu qalmayacaq. Ona görə də, düşünmürəm ki, indiki Amerika hakimiyyəti nəsə köklü və əsaslı dəyişikliklərə nail ola biləcək. Sadəcə, onların buna zamanı qalmayıb. Obama iqtidarının hazırkı davranışı heç bir optimist nəticə haqda düşünməyə əsas yaratmır. Bir zaman Obama ruslarla dost olmaq xətti apardı, sonradan başa düşəndə ki, bu, mümkün olmayacaq, onda artıq gec oldu. Odur ki, müxtəlif dövlətlərin maraqlarına diqqət edəndə bəlli olur ki, bizim Qarabağla bağlı danışıqlar prosesi daha çox imitasiya xarakterli ola bilər. Bu, Ermənistanın maraqlarına da uyğundur. Biz isə regionda status-kvonun dəyişməsində maraqlıyıq və indiki durumu sakit müşahidə

etməyəcəyimizi qeyd etmişik. Odur ki, indidən nəticə haqda konkret bir söz demək doğru olmazdı. - Qətərdə neft hasil edən ölkələrin görüşündə razılıq əldə olunmadı. Bu fakt Rusiyadakı iqtisadi böhrana necə təsir edəcək? - Bəli, orada müzakirələr aparılsa da, razılıq əldə edilmədi. Nəticənin əldə olunmamasına görə, Rusiya ərəb ölkələrini ittiham etdi. Əslində nə baş verir? 1970-1980-cı illərdə Ronald Reyqan ərəb ölkələri ilə danışdı və neftin qiyməti 20 dollardan 8 dollara endi. Həmçinin bir sıra digər taktiki addımlarla da SSRİ iqtisadiyyatına zərbələr endirildi və iqtisadiyyat süquta uğradıldı. Mənim fikrimcə, indi də bu ssenari təkrar edilir. Odur ki, neftin qiyməti aşağı düşdükcə qonşu Rusiyaya daha az maliyyə daxil olur və iqtisadiyyatın həcmi daralır. İndi bir çoxları deyirlər ki, Səudiyyə Ərəbistanı ABŞ-a qarşı gedəcək, onların ABŞ-da 750 milyard pulu var, bu aktivləri geri çəkəcək və s. Bunların hamısı məncə, oyundur. Bu saat əsas məqsəd Rusiyadır. Qəti əminəm ki, Qərblə İranın münasibətlərinin yumşalması da bu məqsədə xidmət edir. Çünki İran uzun illərdir ki, neftdən gəlir əldə etmir. İran və Səudiyyənin dünya neft bazarında qalması və qiymətlərə təsir etməsi üçün onların bazarda olması yetərlidir. Digər tərəfdən, Rusiyanın özü də neft hasilatının azaldılmasının əleyhinədir. Çünki hasilat azalsa, Rusiyaya indikindən də az maliyyə daxil olacaq. Bu mənada Qətərdə neft hasilatı ölkələrinin toplantısının nəticəsiz olacağı əvvəlcədən gözlənilirdi. Digər məqam isə odur ki, ABŞ-da şist neft və qaz texnologiyası inkişaf edib. Qərbdə neçə illərdir ki, ənənəvi yanacaq növlərinin digər enerji mənbələri ilə əvəzlənməsi üzərində iş gedir və bu istiqamətdə xeyli inkişaf olub. Rusiyada isə belə elmi araşdırmalar, müasir texnologiya yoxdur. İndi hibrid müharibələr vasitəsilə və texnologiyaları inkişaf etdirməklə Qərb irəliyə gedir. Hazırda vəsaitlər daha çox texnologiyalara sərf edilir. Adicə sizə bir məqamı deyim. Cəbhə xəttində baş verən hadisələr zamanı Azərbaycan müasir texnologiyalardan ustalıqla istifadə etdi və bunun sayəsində Ermənistanda çaşqınlıq yarandı. Yəni indiki dövrdə müasir texnologiyanın alternativi yoxdur. Sanksiyalar, iqtisadiyyatda yaranan problemlər, neftin qiymətinin dəfələrlə ucuzlaşması qonşu Rusiyanın müasir texnologiyaya milyardlarla vəsait ayırmasının qarşısını alır.

- Türkiyə də regional oyunlarda iştirak edir. Sizcə, Ankaranın regional siyasəti, addımları nə dərəcədə uğurludur?

- Tamamilə düz dediniz ki, Türkiyə regional oyunlarda iştirak edir. Amma Türkiyənin özünün daxili problemləri var. Hazırda düşünürəm ki, Avropa ölkələrinin Türkiyənin laxlamasında marağı yoxdur. Çünki Avropanın qaçqın problemi var və bu problemin qarşısında hazırda Türkiyə durur. Türkiyə də addımları ilə regional qüvvə olaraq iş görmək istəyir, amma bir çox hallarda təəssüflər olsun ki, bu alınmır. Ancaq indi Türkiyə daha çox daxilindəki problemləri yoluna qoymalıdır. Məsələn, Türkiyə PKK problemini çözməli, İraq və Suriyada kürd muxtariyyətlərinin yaranmasının qarşısını almalıdır. Çünki bu hallar Türkiyə dövlətçiliyi üçün ciddi təhdiddir. Bu problemlər Türkiyə üzərində "Demokl qılıncı" olaraq asılıb. Odur ki, Türkiyənin vəziyyəti çox mürəkkəbdir. Bu, Ankaranı sövq etdi ki, regional oyunçu olaraq fəallaşsın. Mənə elə gəlir ki,

Türkiyənin strateji baxımdan səhv addımlarından biri də Rusiyaya bel bağlaması oldu. Əslində postsovet ölkələrindən başqa dünyada Rusiyanı heç bir ölkə daha yaxından və dərindən bilmir. Türkiyə bir zaman özünü elə vəziyyətə gətirmişdi ki, az qala bu ölkədə turizm sektoru rusların bura gəlib-gəlməməyindən asılı qalmışdı.

Hüseyn ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Elçin Şıxlı: "Çalışıram bağdan şəhərə gəlməyim ki, benzinpulu az çıxsın” - VİDEOMÜSAHIBƏ

    Elçin Şıxlı: "Çalışıram bağdan şəhərə ...

    23-07-2015, 19:29

  • 
  • Novruz Məmmədov: "Prezident İlham Əliyevin ABŞ-a səfəri tarixi bir səfər oldu"

    Novruz Məmmədov: "Prezident İlham Əliyevin ...

    4-04-2016, 00:07

  • 
  • “Mehman Əliyevin həbsi “beşinci kalon”un işidir” – ELÇİN ŞIXLI

    “Mehman Əliyevin həbsi “beşinci kalon”un işidir” ...

    11-09-2017, 17:27

  • 
  • Azərbaycan müharibə ərəfəsində

    Azərbaycan müharibə ərəfəsində ...

    30-01-2013, 10:09

  • 
  • Sammit öncəsi Şimali Koreyanın ABŞ-dan tələbləri

    Sammit öncəsi Şimali Koreyanın ABŞ-dan tələbləri ...

    31-05-2018, 13:56


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (94)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu