GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycan müharibə ərəfəsində

Azərbaycan müharibə ərəfəsində

Tarix: 30-01-2013, 10:09 Bölmə :Maraqlı Baxış: 865
Azərbaycan müharibə ərəfəsində

İşğal olunmuş ərazidə aeroportun tikilməsi onsuz da gərgin olan
münasibətləri bir az gərginləşdirmək üçün atılmış addım hesab edilir


Ermənistanın Azərbaycanın işğal olunmuş Xocalı rayonunda tikdirdiyi aeroport mövzusu bir müddətdir ki, siyasi gündəmin başlıca məsələlərindən birinə çevrilib. Problemin bu yaxınlarda xarici işlər nazirlərinin görüşündə çözüləcəyi deyilsə də, narahatlıq çəkilmir, çünki Ermənistan tərəfi uçuşlara başlayacağını, Azərbaycan isə təyyarələrin vurulacağını deyir. Həm də işğal olunmuş ərazidə aeroportun tikilməsi onsuz da gərgin olan münasibətləri bir az gərginləşdirmək üçün atılmış addım hesab edilir.
Ortalıqda tək aeroport məsələsi olsaydı bəlkə də buna bir çarə tapmaq olardı, amma Ermənistan işğal olunmuş əraziləri həm də sürətlə məskunlaşdırmaqla məşğuldur. Bu ölkənin hətta prezident seçkisi ərəfəsində olması belə, onu bir anlığa da Qarabağ məsələsindən uzaqlaşdırmır. 2012-ci ildə problemlə bağlı cəmi bir yüksək görüş keçirildi. Bundan sonra siyasi təmaslara fasilə verildi. Ehtimal olunurdu ki, yeni Rusiya hakimiyyəti əvvəlki illərdəki təşəbbüsü davam etdirəcək. Amma bu, baş vermədi. Əvəzində isə bölgənin hərbi-siyasi teatrını dəyişmək üçün addımlar atılmağa başlandı. Hətta belə təəssürat yaranır ki, Ermənistan özünün siyasi təxribatları üçün zamanı bir o qədər də təsadüfən seçməyib…

Rusiya gedir, yoxsa qayıdır?

Bəli, məqam həqiqətən də təsadüfən seçilməyib. 22 ildən sonra Azərbaycan Rusiya ilə hərbi əməkdaşlığına, nəhayət ki, nöqtə qoyub. Bu addım isə alqışlanmaqla bahəm, həm də potensial təhlükə mənbəyi kimi qeyd edildi. Güman etmirik ki, onun təhlükəli məqamları hakimiyyət dairələrində tam şəkildə təsəvvür olunmur. Yox, hakimiyyət nəyin baş verdiyinin fərqindədir. Elə ona görə də qəhrəman qismində görünməyə tələsmir və öz məmurlarının çıxış və bəyanatlarında Rusiya ilə əməkdaşlığın hələ bundan sonra «möhtəşəm səhifə»sinin açılacağına işarə vurur. Amma bu belədirmi? Əsla. Rusiya Azərbaycanın bütün qazını almaq iddiasında idi. Artıq bu, real görünmür və bu səhifəni çevrilmiş hesab etmək olar. Üstəlik, Rusiyanın ölkədə hərbi iştirakına da son qoyuldu.
Ermənistan indi bu məqamdan maksimum yararlanmağa cəhd edir, sanki Rusiyanı ilk dəfə kəşf edib. Bu yaxınlarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevanda hərbi akademiyasının açılması haqda da qərar qəbul edildi. Rusiya tərəfi mütəmadi olaraq Qarabağda hərbi əməliyyatların başlayacağı təqdirdə neytral mövqe tutmayacağına işarə edir. Həm də bölgədə iştirakla bağlı Rusiya Gürcüstana da bir ümidlə baxır. Davosda iki ölkənin baş nazirləri arasında ilk ayaqüstü söhbət oldu. Amma güman ki, gələcəkdə Cənubi Qafqazın geosiyasi arxitekturası məhz indiki şəkildə qurulacaq və Ermənistan böyük bir ehtimalla Rusiyanın Cənubi Qafqazda əsas və yeganə forpostu kimi qalacaq. Beləliklə, 150 il bundan əvvəl başlanmış Qafqaz uğrunda müharibə hələlik diplomatik dəhlizlərdə davam edir. Bəlkə də Ermənistan onu bu dəhlizlərdən kənara çıxarmaq istərdi, amma xoşbəxtlikdən heç də hər şey ondan və onun əsas geosiyasi müttəfiqindən – Rusiyadan asılı deyil…

Boşalmış geosiyasi yeri kim tutacaq?

Azərbaycanın və eləcə də Gürcüstanın Qərbin qapılarını döyməsi üçün ciddi əsasları var, çünki Cənubi Qafqazda kimin kim olması indi daha aydın görünür. Zənnimizcə, bu vəziyyətdən ilk növbədə ABŞ müəyyən nəticələr çıxarmalıdır. Ermənistan hər iki dövlətin – həm ABŞ-ın, həm də Rusiyanın dəstəyindən yararlanır. Amma elə bir vaxt yetişib ki, ABŞ siyasətçiləri öz erməni əsilli seçicilərinə Ermənistanın geosiyasi seçimi haqda iradlarını bildirməlidirlər. Azərbaycana gəldikdə isə o, indiki vəziyyətdə Ermənistanın Rusiya ilə yaxınlaşmasını Türkiyə ilə hərbi əməkdaşlığın genişləndirilməsi, NATO ilə təmasların sıxlaşdırılması hesabına kompensasiya edə bilərdi. Amma edəcəkmi? Təəssüf ki, Qərb Azərbaycanın hakimiyyət dairələrini ehtiyatlandırmaqda davam edir.
Əsas maneə də həmişə olduğu kimi dəyərlər məsələsidir. Azərbaycan hakimiyyəti siyasətdə özünün arxaik, hətta feodal dəyərlərini qoruyub saxlamağa cəhd edir. Həm də artıq bir qədər əvvəldə qeyd etdiyimiz kimi, hakimiyyət dairələri qəhrəman qismində görünmək istəmir, öz hakimiyyətləri üçün riskləri artırmağa bir o qədər can atmırlar. Amma Davosda maraqlı bir siyasi ştrix oldu. İ. Əliyevdən müsahibə götürən jurnalist sonda ona bir vərəq uzatdı. Vərəqdə Qərb və ABŞ qeyd olunmuşdu və jurnalistin xahişi ilə İ. Əliyev bu ölkələrin iqtisadiyyatları arasında seçim etməli idi. O, seçimini etdi və ABŞ iqtisadiyyatını göstərdi. Amma əsas bu deyil. Odur ki, vərəqdə Rusiya, ümumiyyətlə, yox idi. Düzdür, söhbət iqtisadiyyatdan gedirdi, amma bəzən iqtisadiyyat elə dövlətin siyasi çəkisini də müəyyən edir.
Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağda orduya əmr verildi Azərbaycanın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlərə start verilib.

    Qarabağda orduya əmr verildi Azərbaycanın işğal ...

    17-04-2015, 15:34

  • 
  • Ermənistana çağırış: "Azərbaycanın işğal olunmuş əraziləri dərhal azad edilməlidir"

    Ermənistana çağırış: "Azərbaycanın işğal ...

    4-04-2016, 11:57

  • 
  • Aeroport qalmaqalı dalana dirəndi

    Aeroport qalmaqalı dalana dirəndi ...

    5-02-2013, 10:42

  • 
  • İrəvanın aeroport iddialarına etiraz artır

    İrəvanın aeroport iddialarına etiraz artır ...

    16-01-2013, 10:23

  • 
  • Qarabağ münaqişəsinin həll edilməsində İsveçrədən dəstək istəlinib

    Qarabağ münaqişəsinin həll edilməsində İsveçrədən ...

    12-11-2013, 11:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu